Məhkəmə qərarları › İş №2(103)-1056/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1056/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1056/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)-111/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkməməsinə müraciət edərək, 12 yanvar 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı АSC-nin xeyrinə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 27.601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 94.150,55 ABŞ dolları, 22 yanvar 2010-cu il tarixli K-237/NRM nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz, 23.952,50 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 91.661,65 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, K-249/NRM saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0,03228 ha torpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 əmlakları ən geci bir ay ərzində tərk etmələri, əmlakların boşaldılması, əmlaklara dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X6, məhkəməyə verilmiş iddia ərizəsində qeyri-dəqiqlik olduğunu, kredit müqavilələri üzrə ipotekada olan əmlakların hansı müqaviləyə aid olması tam aydın olmadığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 27.601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 94.150,55 ABŞ dolları, 22 yanvar 2010-cu il tarixli K- 237/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz, 23.952,50 ABŞ dolları artırılmış faiz borcu cərimə), cəmi 91.661,65 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, K-249/NRM saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0,03228 ha rorpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evinə, K237/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 əmlakları ən geci bir ay ərzində tərk etmələri, əmlakların boşaldılması, əmlaklara dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)- 111/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas borc, 55.033,85 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 69709,15 ABŞ dolları, 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas borc, 60.369,32 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 68548,32 ABŞ dolları, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 38257,47 (yüz otuz səkkiz min iki yüz əlli yeddi dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın K-237/NRM saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində erləşən 2419a saylı bağ evinə yönəldilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 479 saylı bağ sahəsi 31.250 (səksən min) manat ilkin satış qiyməti ilə, Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evi 16800 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh3 və Cavabdeh4 nəxsus əmlaka tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh3 və Cavabdeh4 ən geci bir ay ərzində həmin əmlakları boşaldmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 345 (üç yüz qırx beş) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsi əsassız olduğundan, mövcud qanunvericiliyə zidd olduğundan ləğv edilməlidir. Məhkəmə işə tam, hərtərəfli baxmayaraq mübahisəni düzgün həll etməmişdir.Qətnamədən görünür ki, iddiaçı kreditdən istifadəyə görə hesablanmış faiz borcunu şişirdərək yüksək məbləğ göstərmişdir. Hesab edir ki, həmin faiz borcu süni surətdə şişirdilərək yüksək məbləğ göstərildiyindən həmin fakt yenidən araşdırılmalı, bununla bağlı mütəxəssis dəvət edilməli, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, həmin faiz borcu yenidən hesablanmalı və bu barədə ekspert rəyi alınmalıdır. Hesab edir ki, məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, Sabunçu rayon məhkəməsinin həmin qətnaməsinin nə dərəcədə qanuna uyğun olubolmaması barədə münasibətini bildirməlidir. İşə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri Sabunçu rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4499/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)-111/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5494/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4499/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və əsas borcun tutulmasının qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, sonradan vermiş olduğu kassasiya şikayətində isə yalnız borcun tutulması hissəsini mübahisələndirmiş və kassasiya instansiya məhkəməsi də kassasiya şikayətini əsaslı hesab etməklə yenidən baxılması üçün göndərmişdir. Kassasiya instansiya məhkəməsi qərarında apellyasiya məhkəməsinin qətnaməsini hansı hissədə yoxladığını qeyd etməsə də, qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, kassasiya instansiya məhkəməsi qətnaməni yalnız cavabdehdən əsas və faiz borcun tutulması hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-111/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi faiz borcun tutulması hissəsində dəyişdirilməli, 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə 381,04 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 3602,65 ABŞ dolları ümumilikdə 3983,69 ABŞ dolları və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə 47334,03 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 2709,68 ABŞ dolları ümumilikdə 50043,71 ABŞ dolları faiz borcu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, ləğv prosesində olan AGBank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə 24 aу müddətinə, illik 26 faizlə 100000 ABŞ dolları, 12 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 26 faizlə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. 12 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün AGBank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 Hacıağa oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0.03228 ha torpaqsahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilərək dövlət reyestrində xx.xx.2010-cu il tarixdə müvafiq qeydiyyat aparılmışdır. “AGBank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və Cavabdeh4 ilə bağladığı 05 mart 2014 cü il tarixli ipoteka müqaviləsi və müqavilənin 1 nömrəli əlavə razılığına əsasən xx.xx.2010-cu il tarixli və 12 fevral 2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsi və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evi iddiaçı ləğv prosesində olan AGBank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət reyestrində xx.xx.2014-cü il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İş materiallarıda olan xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 172096 ABŞ dolları ödəniş etmiş, 113821 ABŞ dolları əsas borcdan, 58723 ABŞ dolları faiz borcuna silinmişdir. xx.xx.2015- ci il tarixinə Cavabdeh1 6179 ABŞ dolları əsas borcu, 60369.32 ABŞ dolları faiz borcu, 27601.93 ABŞ dolları artırılmış faiz borcu olmaqla cəmi 94150.25 ABŞ dolları borcu vardır. İş materiallarıda olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 110764.42 ABŞ dolları ödəniş etmiş, 87324.70 ABŞ dolları əsas borcdan, 23439.72 ABŞ dolları faiz borcuna silinmişdir. xx.xx.2017-ci il tarixinə Cavabdeh1 12675.30 ABŞ dolları əsas borcu, 55033.85 ABŞ dolları faiz borcu, 23952.50 ABŞ dolları artırılmış faiz borcu olmaqla cəmi 91661.65 ABŞ dolları borcu vardır. İş materiallarıda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2019-cu il tarixli ekspert rəyi ilə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən tarixə yəni, xx.xx.2015-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu müəyyən edilir. İş materiallarıda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə 22 yanvar 2010-cu il tarixli və 12 fevral 2010-cu il tarixli kredit müqavilələrinin bitmə tarixlərinə və həmin tarixlərdən sonrakı edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2012ci ilə əsas borc üzrə 49693 ABŞ dolları, faiz borcu üzrə 41689.87 ABŞ dolları, xx.xx.2017ci il tarixinə əsas borc üzrə 12675.3 ABŞ dolları, faiz borcu üzrə 58658.17 ABŞ dolları, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2012-ci ilə əsas borc üzrə 118015.68 ABŞ dolları, faiz borcu üzrə 47334.03 ABŞ dolları, xx.xx.2015ci il tarixinə əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu olduğu müəyyən edilir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini mötəbər sübut kimi qəbul etsə də həmin rəylərin mötəbərliyini əsaslandırmamışdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair xx.xx.2019-cu il tarixli eksper rəyi ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 172096 ABŞ dolları ödəniş etdiyi, edilmiş ödənişdən 113821 ABŞ dolları əsas borcdan, 58723 ABŞ dolları faiz borcundan silindiyi və nəticədə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən tarixə yəni, xx.xx.2015-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu olduğu müəyyən edilsə də rəy yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı ilə əsaslandırılmış, borcun müəyyənləşdirilməsi üçün tədqiqat aparılmamış və hesablanmış 60369.32 ABŞ dolları məbləğində faiz borcunun hansı qayda hesablandığı göstərilməmişdir. Bundan başqa xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 172096 ABŞ dollarının hansı tarixlərdə və hansı nisbətdə ödənilməsinin müəyyənləşdirilməsi qalıq borcuna münasibətdə faizlərin düzgün hesablanması üçün mühüm əhəmiyyətə malik olsa da xx.xx.2019-cu il tarixli rəydə ekspert tərəfindən bu hallar üzrə tədqiqat aparılmamışdır. İş üzrə keçirilmiş ikinci ekspertizanın nəticəsinə dair 20 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə bağlı isə qeyd edilməlidir ki, 22 yanvar 2010-cu il tarixli və 12 fevral 2010- cu il tarixli kredit müqavilələrinin bitmə tarixlərinə və həmin tarixlərdən sonrakı edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2012ci ilə əsas borc üzrə 49693 ABŞ dolları, faiz borcu üzrə 41689.87 ABŞ dolları, xx.xx.2017ci il tarixinə əsas borc üzrə 12675.3 ABŞ dolları, faiz borcu üzrə 58658.17 ABŞ dolları, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2012-ci ilə əsas borc üzrə 118015.68 ABŞ dolları, faiz borcu üzrə 47334.03 ABŞ dolları, xx.xx.2015-ci il tarixinə əsas borc üzrə 6179 ABŞ dolları, faiz borcu üzrə 60369.32 ABŞ dolları borcu olduğu müəyyən edilsə də ekspert nəzərə almamışdır ki, müqavilə müddəti btdikdən sonrakı dövr üçün müqavilə faizi deyil, bank uçot faizi tutulmalıdır. Qeyd edilməlidir ki, xx.xx.2010-cu il tarixli ekspert rəyi ilə də kredit müqavilələri üzrə edilmiş ödənişlərin hansı tarixlərdə və hansı nisbətdə ödənilməsi müəyyənləşdirilməmiş, ekspert tərəfindən bu hallar üzrə tədqiqat aparılmamış, ümumiyətlə ekspet rəyi faiz borcunun tutulması hissəsində əsalandırılmamışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyləri kifayət qədər əsaslandırılmadığından mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizasının keçirilməsinə zərurət yaranmışdır. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizası keçirməli və həmin ekspertizanın nəticəsini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək müfaviq məhkəmə aktı qəbul etməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi ekspert qarşısında suallar qoyarkən müqavilənin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün faiz borcun hesablanmasının müqavilə faizi əsasında deyil bank uçot faizi əsasında aparıldığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında 19 yanvar 2022-ci il qərardadı ilə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еdilmişdir. İş materiallarına əlavə edilmiş və təkrar apellyasiya icraatı zamanı tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzi tərəfindən verilmiş 9/850 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki; 22 yanvar 2010-cu il tarixli K-237/NRM nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və ödəniş qəbzləri məlumatları və 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2012-ci il tarixədək (müqavilənin bitmə tarix) banka olan borcu 70726,96 ABŞ dolları məbləğində müəyyən olnur, o cümlədən: xx.xx.2012-ci il tarixə: (əsas borc üzrə 70245,92 USD, faiz borcu üzrə 381,04 USD). İllik 5%-lə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və ödəniş qəbzləri məlumatları və 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixədək (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 29360,81 ABŞ dolları məbləğində müəyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə: (əsas borc üzrə 25758,16 USD, faiz borcu üzrə 3602,65 USD). 12 fevral 2010-cu il tarixli K-249/NRM nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və ödəniş qəbzləri məlumatları və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2012-ci il tarixədək (müqavilənin bitmə tarix) banka olan borc 165349,71 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2012-ci il tarixə: (əsas borc üzrə 118015,68 USD, faiz borcu üzrə 47334,03 USD). İllik 5%-lə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və ödəniş qəbzləri məlumatları və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixədək (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 20020,83 ABŞ dolları məbləğində müəyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə: (əsas borc üzrə 17311,15 USD, faiz borcu üzrə 2709,68 USD) müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instanisya məhkəməsi iddiaçının iddia tələbini əsas götürməklə Cavabdeh1 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas borcun tutulması hissəsində iş üzrə haqlı olsa da, faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzi tərəfindən verilmiş 9/850 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki; 22 yanvar 2010-cu il tarixli K-237/NRM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixədək (müqavilənin bitmə tarix) banka olan borcu faiz borcu üzrə 381,04 USD və müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2017-ci il tarixədək illik 5%-lə 3602,65 USD və 12 fevral 2010-cu il tarixli K-249/NRM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixədək (müqavilənin bitmə tarix) banka olan faiz borcu üzrə 47334,03 USD və müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2017-ci il tarixədək illik 5%-lə 2709,68 USD müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 22 yanvar 2010-cu il tarixli K-237/NRM nömrəli və 12 fevral 2010-cu il tarixli K-249/NRM nömrəli kredit müqavilələri üzrə məhz ekspert rəyində göstərilən həddə faiz borcu müəyyənləşdirilməklə cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-111/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi faiz borcun tutulması hissəsində dəyişdirilməli, 22 yanvar 2010cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə 381,04 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 3602,65 ABŞ dolları ümumilikdə 3983,69 ABŞ dolları və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə 47334,03 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 2709,68 ABŞ dolları ümumilikdə 50043,71 ABŞ dolları faiz borcu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-111/2020 saylı, 22 oktyabr 2020ci il tarixli qətnaməsi faiz borcun tutulması hissəsində dəyişdirilsin. 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə 381,04 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 3602,65 ABŞ dolları ümumilikdə 3983,69 ABŞ dolları və 12 fevral 2010-cu il tarixli K- 249/NRM saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə 47334,03 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 2709,68 ABŞ dolları ümumilikdə 50043,71 ABŞ dolları faiz borcu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul Cavabdeh1 tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar