Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10565/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-ci il tarixli 2(001)-4572/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(001)- 4572/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, iddiaçının apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(001)- 4572/2019 saylı qətnaməsindən iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10565/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10565/2021
20.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver