Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10577/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X3 cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinə qarşı "sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2549/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin üzərinə 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli sorğuya cavab verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 03.08.2021-ci tarixdə iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək, Cavabdeh 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli vəkil sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin sorğuda tələb olunan sənədləri təqdim etməklə cavab verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X4 iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının vətəndaşı Rəsulova (Əhmədova) Aytac Elşən qızı 11 yanvar 2021-ci il tarixində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu ilə "Hüquqi yardım göstərilməsi haqqında" müqavilə bağlayaraq onun hüquqlarının müdafiəsini həyata keçirməsini iddiaçıya tapşırmışdır. Rəsulova (Əhmədova) Aytac Elşən qızı 2014-cü ildə Rusiya Federasiyasında təhsil aldığı təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsinə köçürüldüyünü, köçürülmə zamanı "Təfəkkür” Universitetinin rəhbərliyi tərəfindən ondan "rəsmi köçürülmə ödənişi” adı ilə 15000 (on beş min) manat məbləğində pul alındığını, həmin ödənişin qəbzini tələb etdikdə ona qiymət kitabçası və tələbə bileti təqdim edilərək bu məbləğin qanuni yolla köçürülmə üçün alındığını və qəbzin gələcəkdə təqdim ediləcəyini bildirmişlər. A.Rəsulova (Əhmədova) bundan sonra "Təfəkkür” Universitetində üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu "Təfəkkür” Universitetinin "Dəmirbank” ASC-dəki hesabına köçürmüş, bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə rəsmi ödəniş adı ilə ondan 800 (səkkiz vüz) manat, ümumilikdə 2400 (iki min dörd yüz) manat pul alınmış, ən sonda isə ondan diplom işinə görə 2500 (iki min beş yüz) manat pul alınmış, 2017-ci ildə təhsilini bitirməyinə baxmayaraq, hələ də diplomunu ala bilməmiş və bununla bağlı ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 15-ci maddələrinə əsasən hüquqlarını müdafiə etdiyi İddiaçı2 Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olması barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilinəsi haqqında əmrlərdən çıxarışların, X2 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) iddiaçıya təqdim olunmasına dair 14 yanvar 2021-ci il tarixli sorğu ilə Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinə müraciət etmişdir. Sorğu sifarişli poçtla cavabdehə 04.02.2021-ci il tarixində çatdırılmışdır. Sorğunun rəsmi qaydada təqdim olunmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh sorğuya cavab verməmişdir. Bildirir ki, cavabdehin sorğuya cavab verməməsi qanunsuz hesab edilməli və onun üzərinə sorğuya cavab vermə öhdəliyi qoyulmalıdır. "Vəkillər və vəkillik fəaliyyəti haqqında'' Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsində göstərilir ki, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq və s. vəkilin hüququdur. Cavabdeh sorğuya vaxtında, əsaslandırılmış şəkildə və sorğuda göstərilənlərə uyğun cavab verməməklə həmçinin "İnformasiya əldə etmək haqqında’' Azərbaycan Respublikası Qanununun bir sıra normalarının tələblərini pozmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2549/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur və bir sıra prosessual tələblərin pozulması ilə qəbul edilmişdir. Belə ki, sorğuya onların tərəfindən iki dəfə cavab verilməsi barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, birinci məhkəmə iclasında iştirakları müəyyən səbəblərdən mümkün olmamış, ikinci məhkəmə iclasında isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə onlara zalda təqdim edildiyindən və dərhal qətnamə qəbul edildiyindən qarşılıqlı iddia verməyə və etiraz bildirməyə imkanları olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlandığı 20 saylı, 14.01.2021-ci il tarixli ərizəsinin məzmununda "Azərbaycan Respublikasının vətəndaşı Rəsulova (Əhmədova) Aytac Elşən qızı müraciət edərək 2014cü ildə Rusiya Federasiyasında təhsil aldığı təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin əyani şöbəsinin Filologiya və ibtidai sinif müəlliməliyi fakültəsinə köçürüldüyünü, köçürülmə zamanı "Təfəkkür” Universitetinin rəhbərliyi tərəfindən ondan "rəsmi köçürülmə ödənişi” adı ilə 15000 (on beş min) manat məbləğində pul alındığını, həmin ödənişin qəbzini tələb etdiyində ona qiymət kitabçası və tələbə bileti təqdim edilərək həmin məbləğin qanuni yol ilə köçürülmə üçün alındığının və qəbzin gələcəkdə təqdim ediləcəyinin bildirildiyini, bundan sonra "Təfəkkür” Universitetində üç il təhsil aldığını, hər il təhsil haqqı olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu "Təfəkkür” Universitetinin "Dəmirbank” ASC-dəki hesabına köçürdüyünü, bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə rəsmi ödəniş adı ilə ondan 800 (səkkiz yüz) manat, ümumilikdə 2400 (iki min dörd yüz) manat pul alındığını, ən sonda isə ondan diplom işinə görə 2500 (iki min beş yüz) manat pul alındığını, 2017-ci ildə təhsilini bitirməyinə baxmayaraq hələ də diplomunu ala bilmədiyini bildirərək ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 15-ci maddələrinə əsasən hüquqlarını müdafiə etdiyim İddiaçı2 Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olması barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilməsi haqqında əmrlərdən çıxarışların, X2 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) mənə təqdim olunmasını xahiş edirəm” göstərilmişdir; İş materiallarında olan Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin 31.05.2021ci il tarixli, 3/73 nömrəli məktubunun surətinə əlavə olunmuş məhkəmənin 28 saylı 11 yanvar 2021-ci il tarixli sorğusuna cavabın məzmununda "Qeyd edilən sorğunuz "Təfəkkür” Universitetində araşdırılmışdır. Məlumat üçün bildiririk ki, Rəsulova (Əhmədova) Aytac Elşən qızı eyni iddia ilə bağlı Bakı şəhəri İnzibati Məhkəməsinə müraciət etmişdir və onun təhsili ilə əlaqədar bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Xahiş edirik, nəzərə alasınız” göstərilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadınaın surətindən görünür ki, iddiaçılar X5, X12, X8, X6, X1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinə qarşı "diplomların verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 digər iddiaçı Aytac Rəsulovaya vəkil qismində göstərdiyi hüquqi yardım çərçivəsində Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinə 20 saylı, 14.01.2021-ci il tarixli sorgu ilə müraciət etmiş, lakin sorğuya mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdeh bu sorğuya 01.03.2021-ci il tarixli məktubla cavab verdiyini göstərsə də, iş materialarında olan həmin tarixli məktubun surətindən bəlli olur ki, sorğuya mahiyyəti üzrə cavab verilməmiş, yalnız sənədlərin məhkəməyə təqdim edilməsi göstərilmiş, bununla da cavabdeh sorğunu cavablandırmaqdan yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi vətəndaşların müraciət etmək hüququnu özündə əks etdirir. Həmin maddənin 1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. "Vətəndaşların müraciəti” haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2005ci il tarixli, № 1024-İİQ saylı Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəinə əsasən informasiya sahibinə müraciət edən hər kəs 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1 -ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın Həmin Qanunun 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə informasiya sorğusu icra olunmuş sayılır. “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətini çıxarmaq hüququna malikdirlər. İşin hallarını və qanunverijiliyin sadalanan tələblərini nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının javabdehə ünvanladığı sorğuya sonunju tərəfindən mahiyyəti üzrə javab verilməməsi və həmin sorğuda göstərilən sənədlərin və məlumatların sorğuverənə təqdim edilməməsi “Vətəndaşların müraciətləri haqqında”, "İnformasiya əldə etmək haqqında” və “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunların tələblərinə zidd olmuşdur. Bu səbəbdən birinji instansiya məhkəməsinin iddianı təmin etməklə bağlı gəldiyi nətijə işin hallarına və qanunverijiliyin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, javabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)- 2549/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10577/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10577/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver