Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10580/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-789/2004 saylı, 19.04.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış yeri üzrə qeydiyyatın ləğvi”, habelə iddiaçı X10 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilərək Cavabdeh1, X1, X5, X6, X3, X7 və X8 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılmaları, həmin şəxslərin mübahisəli evə olan qeydiyyatlarının ləğv edilməsi, Oktyabr rayon İcra Hakimiyyətinin 20.12.1976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında 21.01.1977-ci il tarixdə X2 adına Bakı şəhəri, əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı orderin etibarsız hesab edilməsi, eləcə də Oktyabr rayon İcra Hakimiyyətinin 68/4 saylı, 16.01.1987-ci il tarixli sərəncamı ilə Cavabdeh1 ilə bağlanılmış mənzil kirayə müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 06.12.2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 19.04.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eləcə də Cavabdeh2 əlavə iddiası təmin edilərək Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3-də yerləşən 3 saylı evə Azərbaycan Respublikası Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində 28.02.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv olunması qət edilmişdir. Bakı şəhər Yasamai Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.04.2004-cü il tarixli qətnaməsi icraya yönəldilmiş və bu barədə icra vərəqəsi verilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 19 aprel 2004-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamai Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim G.Babazadə, iş №2(004)-789/2004) Yasamal Rayon Məhkəməsinin 19 aprel 2004cü il tarixli 2- 789/2004 nömrəli qətnaməsinin nəticə (qət etdi) hissəsində “Cavabdeh1, X9, X12, X13, X11, X14 və X15 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılsınlar” ifadəsinə “Cavabdeh1, X1, X5, X6, X3, X7 və X8 əri-arvadı, valideynləri və uşaqları ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılsınlar” kimi izah verilmişdir. Borclu Cavabdeh1 sözügedən qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ərizəyə baxılması barədə ona bildiriş göndərilməmişdir. İcra məmutunun icra sənədinə izah verilməsi barədə ərizəsini məhkəmə qəbul etməkdən imtina etməli idi. Belə ki, “İcra haqqında” Qanunun 14cü maddəsinə uyğun olaraq icra sənədinin verilməsinə əsas olmuş qərarın, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-789/2004 saylı iş üzrə 19.04.2004-cü il tarixli qətnaməsinin izah olunması üçün müraciət olunmamışdır. Hazırkı izahla, Yasamal Rayon Məhkəməsinin 19.04.2004-cü il tarixli qətnaməsinin məzmunu dəyişdirilmişdir. Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Birinci instansiya məhkəməsinin 19.04.2004-cü il tarixli qətnamənin nəticə hissəsində göstərilən “bütün ailə üzvləri” ifadəsinə verdiyi izah qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur və heç də qətnamənin məzmununun dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmunu dəyişdirmədən izah etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1, 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-10580/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10580/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver