Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10588/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı və onu vəkilki X3, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(003)- 214/2021 №-li qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(003)-214/2021 №-li qətnaməsi ilə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasar sökülərək, 208.78 kv.m. torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, hasar əvvəlki vəziyyətə gətirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin arxa tərəfində boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun Cavabdeh vəsaiti hesabına qapadılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olaraq 130.72 (bir yüz otuz manat yetmiş iki qəpik) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(003)- 214/2021 №-li qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı şəhəriXəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(003)-214/2021 №-li qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(003)-214/2021 №-li qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir Cavabdeh tərəfindən Xəzər rayon məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayət məhkəmənin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışıdır ki, ilk olaraq bildirir ki, Xəzər Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(O33)-214/2021 saylı qətnaməsini və həmin ış üzrə məhkəmə bildirişlərini almadığımdan, yalnız qətnamə icra olunan zaman icra məmuru vasitəsi ilə qətnamənin mövcudluğundan xəbər tutmuşdur. Dərhal məhkəməyə müraciət edib qətnaməni rəsmi .qaydada aldıcdan sonra apellyasiya şikayətini hazırlamış və təqdim edilməsi üçün Xəzər Rayon Məhkəməsinin birinci mərtəbəsində əyləşən Daxili İşlər Nazirliyinin Baş Mühafizə xidmətinin polis nəfərinə yaxınlaşaraq dəftərxananın yerini soruşduqda, ona binanın arxa tərəfinə müraciət etməli olduğunu bildirmişdir. O, da onun göstərişi ilə, binanın yan tərəfindəki girişə yaxınlaşmış və dəftərxanaya apellyasiya şikayətini təqdim etmişdir. Dəftərxana işçisi sənədlərə baxıb şikayətin bir nüsxəsini qəbul etdi və digər nüsxəsinə dəftərxana ştampı vüraraq qəbul etdiyi tarixi qeyd etdi. Bakı Apellyasiya Məhkəməsində işin kimin icraatında olmasını öyrənmək istəyərkən, ona, bildirdilər ki belə bir iş məhkəmnin icraatına daxil olmamış, bununla bağlı araşdırma apararkən, məlum olmuşdur ki, onu polis nəfəri səhv istiqamətdə yönəltmiş və apellyasiya şikayəti Xəzər Rayon məhkəməsinin dəftərxanası əvəzinə, Xəzər Rayon İcra və Probasiya Şöbəsinin dəftərxanasına verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilməli və cavabdehin ərizəsi təmin edilməli, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən (i/v-97 )görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehə gönərilsədə o, həmin ünvanda yaşamadığından qətnaməni almamışdır.Sonradan qətnamə 15 iyul 2021ci il tarixdə ona təqdim edilmişdir.Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət yanlış olaraq Xəzər rayon İcra şöbəsinə 05.08.2021-ci il tarixdə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, cavabdeh hazırkı iş üzrə qətnaməni aldığı tarixdən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti yalnışlığa yol verilərək Xəzər rayon Məhkəməsinə deyil, Xəzər rayon İcra şöbəsinə təqdim edilmişdir. Məhz bu yalnışlıq nəticəsində prosessual müddət ötürülmüşdür. Bu baxımdan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbinin üzrlü olması ilə bağlı qeyd edilənləri kollegiya əsaslı hesab edərək, müddətin bərpa edilməli olmasını bildirir. Odur ki, qeyd edilənlərə əsasən kollegiya şikayətin dəlillərini əsaslı hesab edərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və müddətin ötürülməsi üzrlü hesab edilməklə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 146, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 apel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ötürülmüş müddət üzrlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10588/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10588/2021
27.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver