Məhkəmə qərarları › İş №2(103)-10644/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10644/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10644/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2129/2021 saylı işi üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə 18.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 ABŞ dolları məbləğində pulun və 2500 manat məbləğində dəymiş maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: ƏN Dövlət Notariat Arxvinin 15.07.2021-ci il tarixli, 05/01-2783/11 nömrəli məktubuna əsasən Abşeron rayon 1 saylı dövlət notariat ofisində 05.09.2006-cı il tarixli razılıq ərizəsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış bağışlama (alğı-satqı) müqaviləsi notariat ofisi tərəfindən arxivə təhvil verilmiş, 2006-cı ilin sentyabr-dekabr aylarına dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavillərə baxış keçirilərkən İddiaçı ilə Əkbərli Ağalı qızı arsında bağlanmış bağışlama (alğı-satqı) müqaviləsi barədə məlumat aşkar edilməmişdir; Cavabdeh tərəfindən yazılmış və notarial qaydada 05.09.2006-cı il tarixdə təsdiq edilmiş ərizəyə əsasən Cavabdeh AR Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 03.07.2006-cı il tarixli, 13/12 saylı qərarına əsasən ona ayrılmış ümumi sahəsi 600 m2 olan torpaq sahəsindən 0,02 ha hissəni satmış və satdığı torpaq sahəsində gələcəkdə tikiləcək evin satılmasına, bağışlanmasına və girov qoyulmasına heç bir iddiası olmayacağını bildirmişdir; 04.08.2021-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən, mülki Cavabdeh adından olan 05.09.2006-cı il tarixli 7E/17 8584 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ərizədə "İmza” sözü qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur; ƏN-İ 077267 nömrəli, 05.09.2006-cı il tarixli etibarnaməyə əsasən Cavabdeh AR Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 03.07.2006-cı il tarixli, 13/12 saylı qərarına əsasən ona ayrılmış ümumi sahəsi 600 m2 olan torpaq sahəsindən 0,02 ha hissəsi barədə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqvilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsinə dair adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə, 05.09.2011-ci ilədək qüvvədədir; Cavabdeh 29.06.2021-ci il tarixində ərizə ilə müraciət edərək, mülki qanunvericiliyə əsasən iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq mülki işə xitam verilməsini xahiş etmişdir (iş.səh.88, 74, 90, 10, 73) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2129/2021 saylı işi üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə İdiaçı İddiaçı Cavabdeh qarşı Cavabdeh 5500 ABŞ dolları məbləğində pulun və 2500 manat məbləğində dəymiş maddi ziyanın alınıb ona verilməsi barədə iddiasının təmin olunmaması və keçirilmiş ekspertiza xərcinin əvəzi olan 125 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 372, 373.1, 373.2, 377.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı torpaq sahəsinə görə ödədiyi 5500 ABŞ dolları məbləğində pul və 2500 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.İddiaçı məhkəməyə sübut qismində Cavabdeh tərəfindən yazılmış və notarial qaydada 05.09.2006-cı il tarixdə təsdiq edilmiş ərizəyə istinad edir, həmin ərizədə torpaq sahəsinin cavabdeh tərəfindən satılması qeyd olunsa da həmin ərizədə satış qiyməti ilə bağlı heç bir qeyd yoxdur. İddiaçı həmin torpağa görə 5500 ABŞ dolları məbləğində pul tələb etsə də məhz torpaq sahəsinə görə cavabdehə bu məbləğdə pul ödəməsinə və əlavə olaraq 2500 manat məbləğində zərərə məruz qalmasına dair sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin alğı- satqı zamanı X2 şahid kimi iştirak etməsini qeyd etsə də X4 məhkəmə iclasında şahid olaraq verdiyi ifadəsində pul ödənilməsinin şahidi olmadığını bildirmişdir.29 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı suala cavab olaraq bildirmişdir ki, 2006-cı ildə ona məlum oldu ki, o , həmin torpaq sahəsində tikinti apara bilməyəcək, çünki həmin torpaq dövlət torpağı idi. Bundan əlavə, ƏN-İ 077267 nömrəli, 05.09.2006-cı il tarixli etibarnamənin müddəti 2011-ci ildə bitmişdir. İddiaçı özü də iddia ərizəsində vurğulayır ki, 2014-cü ildə cavabdehə etibarnamənin müddətinin uzadılması ilə bağlı müraciət etmiş, lakin cavabdeh razı olmamışdır. Göründüyü kimi, iddiaçı hüququnun puzulduğunu bilmiş, lakin məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-cu il tarixli, 2(004)-2129/2021 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 14.2, 106.1, 217.1, 217.3; Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, həmin qətnamə ilə razılaşmır və hesab edir ki, Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. 2006-cı ildə 5000 ABŞ dollarına cavabdehə məxsus 6 sot torpaq sahəsindən 2 sotunu almış və həmin vaxtı cavabdeh notarusda ərizə yazaraq 2 sot torpağı ona satdığını və bundan sonra ona satdığı torpağa dair heç bir iddia irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Həmçinin cavabdeh sözü gedən torpaqdan istifadə edə bilməyi üçün ona 5 il müddətinə etibarnamədə vermişdir. 2014-cü ildə etibarnamənin müddəti bitdiyi üçün cavabdehdən yeni etibarnamə verməsini xahiş edib, cavabdeh isə bildirdi ki, torpaq onundur. Bildirir ki, o, cavadehdən sözü gedən torpağı aldıqdan sonra həmin torpaqda hamarlama işləri apararaq həmin torpağı yaşayış üçün yararlı vəziyyətə gətirmiş və bu işləri görmək üçün onun 2500 manat xərci çıxmışdır. Hazırda cavabdehdən torpağı almaq üçün ödədiyi 5500 ABŞ dolları pulu və torpağı yararlı vəziyətə gətirmək üçün çəkdiyi 2500 manat xərci tələb edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, torpağı 2006-cı ildə Təranə adlı xanımla şərik olaraq aldıqlarını, Təranənin özünə məxsus torpaq sahəsini cavabdehə bağışladığını, notariusda ona ərizənin onlar tərəfindən yazılacağı, bu səbəblə də boş ərizəyə imza atmasının bildirildiyini, onun boş ərizəyə qol çəkdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 139-180, 324, 385-390, 646- 649; Mülki Prosesual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman araşdırma predmeti olmuş və məhkəmə iddia tələbinə dair subutedici əsasların olmadığını və iddia müddətinin ötürülməsi qənaətini təsbit etmişdir. Qeyd edilməlidir ki, iddianın əsasını tərəflər arasında daşınmaz əmlakın alqısatqısından irəli gələn münasibətlər olmuş, lakin qanunla müəyyən edilmiş alqı-satqının aparılması və müvafiq reyesrtdə qeydiyyatların aparılması belə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni mövqedən çıxış edərək, pulu ödənilməsi və zərərlə bağlı barədə sübutların mövcud olmadığına və müddtəin ötürülməsinə rəğmən apellyasiya şikayəti və onun dəlilləri üzrə fərqli hallar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2129/2021 saylı işi üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar