Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1065/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-6244/2024 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X10 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2024-cü il tarixli, 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə (işinə) - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, iddiaçıya məcburi iş buraxma müddəti üzrə əmək haqlarının, yəni işçinin qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixə kimi əmək haqqı və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, məcburi işburaxma müddəti üzrə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə müvafiq olaraq tərkib hissəsini təşkil edən bütün ödənişlərin, o cümlədən Müvafiq dövrlər üzrə məzuniyyət haqlarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli, **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 12-ci bəndində müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində müavinətin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli, **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 9-cu bəndinə müvafiq olaraq ödənilən kollektiv mükafatların, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Milli Observatoriyanın İdarə Heyətinin 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat”ın 5.3-cü bəndinə müvafiq olaraq ödənilən rüblük fərdi mükafatın, mediasiya xərclərinin əvəzi qismində 60 manat rüsumun və poçt xərcinin, vəkilə etibarnamə verilməsi xərcləri qismində 18 manat notariat rüsumun və bankın xidmət haqqının, vəkil xərcləri qismində 320 manat hüquqi yardım xərcinin, səhhətinə vurulmuş ziyana görə (mənəvi zərər) 10.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X10 vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6244/2024 saylı qərardadına əsasən mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6244/2024 saylı qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6244/2024 saylı qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Əmlak Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və digər xərclərin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6244/2024 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X10 şikayət verərək, qərardadın ləğv edilməsini və işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyatının ərazi aidiyyəti anlayışı ilə birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi kimi ərazi aidiyyəti anlayışı (Mülki Prosessual Məcəllə - maddə 33) vahidlik təşkil etmir. Bundan əlavə Mülki Prosessual Məcəllənin müddəaları üstünlük təşkil edir, çünki xüsusi olaraq məhkəməyə iddiaların ərazi üzrə verilməsi münasibətlərini tənzimləyir. Qanunvericilik qurumun hüquqi ünvanı dedikdə onun daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada isə rəhbər orqanlarının qərargahının yerləşdiyi yeri nəzərdə tutur. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X10nin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer məhz Bakı şəhəri, Yasamal Rayonu, X9 Naxçivani, ev 25A ünvanıdır və hesab edirlər ki, məhkəmə bu detalları nəzərə almamış, nəticədə yalnış qərara gələrək tam əsassız və qanunsuz qərardad qəbul etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən çıxarışda vergi ödəyicisi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X10nin faktiki ünvanı Bakı şəhəri, Yasamal Rayonu, X9 Naxçivani, ev 25A kimi göstərilmişdir. Yəni qanunverici hüquqi şəxsin ünvanının olduğu yer üzrə dedikdə onun hüquqi və ya faktiki ünvanını fərqləndirmir. Belə ki, faktiki olaraq hüquqi şəxsin ünvanının olduğu yer Bakı şəhəri, Yasamal Rayonu, X9 Naxçivani, ev 25A ünvanıdır. Məhkəmə normanı düzgün tətbiq etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6244/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(001)-6244/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən , hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qurumun hüquqi ünvanının dövlət reyestrinə daxil edilən məlumatlar sırasına daxil olunmuş, Dövlət qeydiyyatının ərazi aidiyyətinin hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilməsi təsbit olunmuşdur (12.10-cu və 14.1.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən qəbul edilmiş əmrin ləğvini və onun əsasında vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb edir. Cavabdeh faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, X9 Naxçıvani, ev 25A ünvanında yerləşsə də, ünvan 5yyata alınmışdır. Başqa sözlə, onun hüquqi ünvanı məhz sonuncu ünvandır. Qanunvericilikdə hüquqi şəxsə qarşı iddianın məhz onun ünvanının olduğu yerə görə verilməsi imperativ qaydada təsbit olunmuş və bu zaman ünvan dedikdə məhz hüquqi ünvan nəzərdə tutulmuşdur. Bu baxımdan mövcud vəziyyətdə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-6244/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35-cı, 40-cı, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6244/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1065/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1065/2025
07.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver