Məhkəmə qərarları › İş №2(103)-1067/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1067/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1067/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1067/2023 (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, X3 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Səid Şahniyar oğlu İbrahimlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 1 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan ümumi sahəsi 500 m2 olan qeyri-yaşayış sahəsinin payçıya (İddiaçı) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m2 üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyri yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışına əsasən pay dəyəri ******* ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır.

3. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 1 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m2 olan qeyriyaşayış sahəsinin payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m2 üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri- yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək, cavabdeh tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 m2 olan qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, “Araz-T.İ" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 2 ünvandakı 558-ci məhəllədə yerləşən “ARAZ-T.İ" MMC tərəfindən tikilməkdə olan binada 500 kv.metr qeyri-yaşayış sahəsini ona verməyi, o isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə götürülmüş öhdəlikləri yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 1.250.000 ABŞ dolları məbləğində pul vəsaitini Cəmiyyətə ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq 500 kv.metr qeyriyaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Bundan sonra iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 m2 olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, ona məxsus qeyriyaşayış obyektinin bir hissəsi xx.xx.2011-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən qeyd olunan qeyri-yaşayış obyektini almışdır və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsi ilə mülkiyyət hüququ təkrar təsdiq edilmişdir. Cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüququnu pozmuşdur. "xxxx" MMC ilə aralarında daşınmaz əmlaka dair müqavilə daha əvvəl, xx.xx.2006-cı ildə bağlanmışdır. Odur ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması zəruridir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilə iddia tələbi təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv. m olan qeyri-yaşayış sahəsi boşaldılaraq, İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMCnin mülkiyyətində olmayan əşya (qeyri-yaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.Buna baxmayaraq, iddiaçı bugünə kimi müvafiq qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.3-cü, 152.5-ci, 158.1.2-ci, 452.1-ci, 324.1-ci, 337.1-ci, 337.2-ci, 337.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini onunla əsaslandırmışdır ki, “Araz-T.İ" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 2 ünvandakı 558-ci məhəllədə yerləşən “ARAZ-T.İ" MMC tərəfindən tikilməkdə olan binada 500 kv.metr qeyri-yaşayış sahəsini ona verməyi, o isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə götürülmüş öhdəlikləri yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 1.250.000 ABŞ dolları məbləğində pul vəsaitini Cəmiyyətə ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq 500 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir.Bundan sonra iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən kilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 m2 olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, ona məxsus qeyri-yaşayış obyektinin bir hissəsi xx.xx.2011-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən qeyd olunan qeyriyaşayış obyektini almışdır və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2857/2020 saylı qətnaməsi ilə mülkiyyət hüququ təkrar təsdiq edilmişdir. Cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüququnu pozmuşdur. "xxxx" MMC ilə aralarında daşınmaz əmlaka dair müqavilə daha əvvəl, xx.xx.2006-cı ildə bağlanmışdır. Odur ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması zəruridir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3162/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv. m olan qeyri-yaşayış sahəsi boşaldılaraq, İddiaçı təhvil verilməsi qət edilmişdir.Aşağıda qeyd olunan müddəalara və faktlara görə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3162/2022 saylı Qətnaməsi əsassız və qanunsuzdur.Məhkəmənin mövqeyi bununla əsaslandırmışdır ki, “iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Belə ki, AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir”. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olarkən tarixi müəyyən edilməyən maliyyə arayışı, Araz-T.İ MMC-yə məxsus olmayan möhür vardır. Məhkəmə sübutları araşdırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78,79,87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiyi arxiv arayışının tarixi barədə, təqdim edilən müqavilənin Araz-T.İ MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir.Bundan başqa, Araz-T.İ MMC xx.xx.2022-ci il tarixli hazırlıq iclasında mülki işin dayandırılması barədə ərizə versə də məhkəmə 2(004)-3162/2022 saylı mülki işin dayandırılmasına istər məhkəmə iclas protokolunda, istər məhkəmə qərardadı ilə, istərsə də məhkəmə qətnaməsində münasibət bildirməmişdir. Cavabdeh mülki işin dayandırılması üçün səbəbi Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyi əsas götürmüşdür. Lakin məhkəmə buna baxmayaraq, iddiaçının təqdim etdiyi Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)- 2857/2020 saylı qətnaməsinə münasibət bildirmişdir.Qeyd edir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin cavabdeh X4 aid olduğunu bilə-bilə məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqaviləni əsas sübut kimi təqdim etmişdir. Lakin, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1- 373.2-ci maddələrində qeyd edilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Cavabdehin məhkəmə iclasında iştirak etməməsi müddətin keçməsi ilə bağlı ərizənin verilməsi hüququnun pozulması anlamına gəlmişdir.Əlavə olaraq qeyd edim ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinin payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m2 üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüş və öhdəliyi tam icra etmişdir.Cavabdehin məhkəmə iclasının gedişatından xəbərdar olmadığı üçün həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçının vəkili və nümayəndəsi elekton kabinet vasitəsilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin Qərarlarının surətlərini təqdim edərək bildirmişdir ki, digər şəxslərin iddiası üzrə inzibati icraat qaydasında məhkəmə qərarlarıa əsasən çıxarış aldıqları sahələr iddiaçının qeyriyaşayış sahəsi ilə üst-üstə düşdüyündən həmin məhkəmə qərarlarının ləğvini xahiş etmiş və Bakı İnzibati-Məhkəməsində mübahisə davam edir.Lakin Cavabdeh1 ilə inzibati məhkəmə mübahisəsi olmasa da Cavabdeh1 satılmış qeyri-yaşayış sahəsi iddiaçıya məxsus sahənin bir hissəsidir.Həmçinin, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən tikilən binada 500,0 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı verməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur.Həmin qətnamədən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti geri qaytarılmışdır və qətnamə qanuni qüvvəsini almışdır.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsindən onların maraqlarına toxunmadığına, yəni iddiaçının tələb etdiyi sahə ilə cavabdehə məxsus sahə eyni olmadığından apellyasiya verməmişlər.

15. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlak (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 217.4-cü məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.

23. Belə ki, məhkəmə Kollegiyası verilmiş iddia tələbi və apellyasiya şikayəti üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv. m olan qeyri-yaşayış sahəsi boşaldılaraq, İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınmalıdır.

26. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər.

27. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir.

28. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır.

31. Mübahisənin obyektiv həlli ilə bağlı Bakı apellyasiya məhkəməsinin mülki Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühəndis-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır.

32. Daha sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli Rəyi daxil olduqdan sonra işin icraatı təzələnmişdir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli Rəyinə əsasən İddiaçı ilə "Araz-T.İ.” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsidir. Baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alaraq, X2 verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmadı.

34. Qərardadın ikinci sualı üzrə. "xxxx" MMC ilə və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyriyaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, hazırda mövcuddur, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və "Payçı" Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 m² təşkil edir.

35. Qərardadın üçüncü sualı üzrə, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə Əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üstüstə düşdüyü müəyyən edilmişdir.

36. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarından və tətbiq edilən nüquq normalarından çıxış edərək hesab edir ki, İddiaçı ilə "Araz-T.İ.” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsi olması, ekspertiza baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alaraq, X2 verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmaması, lakin "xxxx" MMC ilə və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşməsi, hazırda mövcud olması, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və "Payçı" Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 m² təşkil etməsinin müəyyən olunması məhkəmə Kollegiyasına nəticəyə gəlməyə əsas verir ki, iddiaçının “Araz-T.İ." MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni və müqaviləyə əsasən Cavabdeh1 qeyri-yaşayış sahəsinin verilməsini mübahisələndirməyə subyektiv hüququ yoxdur.

37. Məhkəmə Kollegiyası xüsusən diqqətə çəkir ki, iddiaçıya verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır.

38. Məhkəmə Kollegiyası qərardadın üçüncü sualı üzrə, ekspert Rəyininə münasibətdə qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən İddiaçı verilmiş qeyriyaşayış sahəsi ilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə Əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst- üstə düşdüyü müəyyən edilmişdir.

39. Bu da özlüyündə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının surət olaraq təqdim etdiyi və İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyriyaşayış sahəsinin plan-sxemi 500,0 kvm sahə üçün plan-sxem olmamışdır.

40. Məhkəmə Kollegiyası nəzərə alır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən 500,0 kvm qeyri-yaşayış sahəsinin plan-sxemini təqdim etməmiş, “ Araz-T.İ" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə Əsasən Cavabdeh1 verilmiş 119 kv.metr qeyri-yaşayış sahəsinin 119 kv.metr surətini təqdim etmişdir.

41. Nəzərə alınır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Halbuki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 500,0 kvm təşkil edir.

43. Bu səbəbdən, yəni, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, yuxarıda istinad olunan ekspert Rəyininə əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə Əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst- üstə düşdüyü müəyyən edilmişdir.

44. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 45.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Beləliklə, məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarından və tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, İddiaçı ilə "Araz- T.İ.” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsi olması, ekspertiza baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alaraq, X2 verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmaması, lakin "xxxx" MMC ilə və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşməsi, hazırda mövcud olması, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və "Payçı" Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 m² təşkil etməsinin müəyyən olunması məhkəmə Kollegiyasına nəticəyə gəlməyə əsas verir ki, iddiaçının “Araz-T.İ." MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni və müqaviləyə əsasən Cavabdeh1 qeyri-yaşayış sahəsinin verilməsini mübahisələndirməyə subyektiv hüququ yoxdur, odur ki, iddianın təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

47. Odur ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

48. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Həmçinin, MPM-in 119-cu maddəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasınının xərci 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasınının xərci 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar