Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-107/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı, birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(010)-37/2019 saylı qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə, iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(010)-2644/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28A, 45 saylı mənzilə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı mənzildə yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülməsi barədə iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən onun Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28 A, 45 saylı mənzilə istifadə hüququ bərpa edilmişdir. Hal-hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Lakin buna baxmayaraq, mənzilin mülkiyyətçisi - Cavabdeh onu yaşayış sahəsinə buraxmır. Bu səbəbdən o, ayrı-ayrı şəxslərin evində və yaxud küçələrdə yaşamaq məcburiyyətində qalmışdır. Hazırda qaldığı ünvan yataqxanadır. İmkanı olmadığı üçün heç bir yerdə işləmədiyi üçün qaldığı yerdən çıxarmaq istəyirlər. O, çox pis, acınacaqlı vəziyyətdə olduğundan, məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28A, 45 saylı mənzildə yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qanunsuz və əsassız olduğunu, iddiaçının uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığını, onun ailə üzvü olmadığını, mənzili vicdanlı alıcı kimi almaqla onun mülkiyyətində olduğunu göstərərək qətnamənin ləğv edilməsini və İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, cavabdehlər X1, X3 və İddiaçı ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh iddia tələblərini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil X2 alqı-satqı yolu ilə alınmışdır və mənzil alınan zaman cavabdehlər yalnız X5 və X7 qeydiyyatda olmuşlar və onların razılığı alınmışdır. İddiaçı həmin mənzildə qeydiyyatda olmamışdır. Mənzil alınandan sonra İddiaçı həmin mənzilə köçürülməsi barədə Cavabdeh qarşı iddia qaldırmışdır və həmin iş üzrə qiyabi qətnamə qəbul olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzildən istifadə hüququnun bərpa olunduğunu, lakin mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilə buraxılmadığını göstərərək həmin qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunmasını xhiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni yalnız özünə aid hissədə, yəni onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə aid hissədə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsini onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə aid hissədə mübahisələndirdiyindən qətnamənin əsaslılığı həmin hissədə, apellyator Cavabdeh isə xx xxxxx 2019-cu il tarixli qətnaməsini tam mübahisələndirdiyindən həmin qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya baxışı zamanı İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməsini, həmin qətnamənin ləğv edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını, həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili X8 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini, həmin mülki iş üzrə İddiaçı iddiasının rədd edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, xx xxx 2019-cu il tarixli qətnaməsi isə qismən, yəni İddiaçı aid hissədə ləğv edilərək, ona qarşı Cavabdeh verdiyi iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş materiallarında olan məhkəmə aktlarından görünür ki; Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)- 741/2013 saylı qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 28A saylı evin 45ci mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilməsinin onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli 2(103)-1735/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-741/2013 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 28A saylı evin 45-ci mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamə ilə müəyyən odunmuş hal ondan ibarət olmuşdur ki, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 28A saylı evin 45-ci mənzilindən istifadə hüququ vardır. Bakı şəhər Suraxanı rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli, 2(010)-767/2017 saylı qiyabi qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28A, 45 saylı mənzilə köçürülməsini qət etmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli, 2(010)-767/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-767/2017 saylı qərardadına əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli, 2(010)-767/2017 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Cavabdeh məhkəməyə vəsatət verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1735/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsindən şikayət verilənə kimi 2(010)-767/2017 saylı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017- ci il tarixli 2(103)-1735/2015 saylı qərardadından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8 və vəkili X9 tərəfindən kassasiya şikayəti qaytarılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8160/2018 saylı qərarında müəyyən olunur ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(103)- 1735/2017 nömrəli qərardadından verilmiş kassasiya şikayətinin Ali Məhkəmənin qərarı ilə təmin edilmədiyini bildirmiş, qərarın surətini ərizəyə əlavə edərək icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli, 2(010)- 71/2018 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “yaşayış qaydasının müəyyən edilməsi və mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və hazırki iş üzrə baxılan xx xxxxx 2019-cu il tarixli qətnamə qəbul olunmuşdur. İş materiallarında olan, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən daxil olmuş xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28A, 45 saylı mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixdə X4 adına qeydiyyatdan keçmiş, 24 saylı DNK-nın 2V-25 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. Notarius Ə.A.Hüseynov tərəfindən bağlanmış 4Ə-03-622 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 137 saylı MKİS tərəfindən verilmiş arayışında göstərilir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 28A saylı evin 45 saylı mənzilin RX ******* saylı xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən mülk sahibidir. İş materiallarında olan 00149 saylı, xx xxx 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 28A saylı evin 45 saylı mənzilə dair alıcı-ipoteka qoyan qismində Cavabdeh ilə satıcı qismində X5 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır, İş materiallarına əlavə olunmuş 137 saylı MKİS tərəfindən verilmiş arayışında göstərilir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28A, 45 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3- cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır». Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 28A saylı evin 45 saylı mənzili iddiaçının anası X1 mülkiyyətində olmuşdur. xx xxx 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə X5 həmin mənzili Cavabdeh satmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli 2(103)-1735/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-741/2013 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 28A saylı evin 45-ci mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə müəyyən odunmuş hal ondan ibarət olmuşdur ki, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsindəki 28A saylı evin 45-ci mənzilindən istifadə hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(103)- 1735/2015 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8 və vəkili X9 tərəfindən kassasiya şikayəti qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)- 8160/2018 saylı qərarı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017- ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən olunur ki, mübahisəli mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixdə İddiaçı atası X4 adına qeydiyyatdan keçmiş, sonuncu vəfat etdikdən sonra onun arvadı xx xxxx 2004-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadtnamə əsasında mənzilə dair mülkiyyət hüququ barədə çıxarış əldə etmişdir. Göründüyü kimi, X5 mübahisəli mənzili 2013-cü ildə Cavabdeh satmazdən əvvəl onun ailə üzvü İddiaçı mübahisəli mənzildən istifadə hüququ olmaqla həmin mənzildə pasport qeydiyyatında olmuşdur. Mənzil satılarkən orada qeydiyyatda olan ailə üzvü X3 notarial razılığı alınmış, lakin qeydiyyatda olan digər ailə üzvü İddiaçı istifadə hüququnun itirilməsi ilə bağlı alqı-satqıdan bir müddət əvvəl məhkəməyə müraciət olunmuşdur. İddiaçı onun anası X1 mülkiyyətində olmuş mübahisəli mənzilə istifadə hüququnun mövcudluğu qanuni qüvvədə olan məhkəmə qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli 2(103)-1735/2015 saylı qətnaməsi ilə) müəyyən edilmişdir. X5 mübahisəli mənzili 2013-cü ildə Cavabdeh satarkən onun ailə üzvü (qızı) İddiaçı mənzildən istifadə hüququnun itirilməsinə dair notarial qaydada razılıq verməmiş və bununla bağlı hər hansı bir formada öhdəlik götürməmişdir. İddiaçı mənzildən istifadə hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, onun həmin mənzilə köçüb orada yaşamaq hüququ da vardır. Birinci instansiya məhkəməsi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə köçürməklə qanuni və düzgün nəticəyə gəlmişdir. Kollegiya yuxarıda qeyd edilən nəticəyə gəldiyindən İddiaçı və qeyrilərinin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsini İddiaçı aid hissədə əsassız hesab edir, həmin nəticəni işin həqiqi hallarına uyğun hesab etmir. Odur ki, birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə aid hissədə ləğv edilməli, ona qarşı Cavabdeh iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmənin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(010)- 37/2019 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(010)- 2644/2019 saylı qətnaməsi qismən İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı verdiyi “ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-107/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-107/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver