Məhkəmə qərarları › İş №2(103)-10707/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10707/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10707/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1909/2021 saylı işi üzrə 08 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməklə həmin mənzildən məcburi qaydada çıxarılması və 2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək olan dövrdə hər ay üçün 250 manat hesablanmaqla maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 087900 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 nömrəli evin 101 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında 05 oktyabr 2001-ci il tarixdə qeydiyyat aparılmışdır; AZ-İ seriyalı, 283967 nömrəli nikahın pozulması haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 17 yanvar 2018-ci il tarixdə pozulmuş, nikah pozulduqdan sonra qadına Ağarzayeva soyadı verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 dekabr 2020-ci il tarixli arayışından görünür ki, X8 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilində qeydiyyatdadır; Fiziki şəxs Rəsulov İsmayıl tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq m/s ətrafında o cümlədən Azadlıq prospekti 187, 189, 191-də yerləşən binalarda 1 otaqlı mənzilin kirayə haqqı 200 manatdan başlayır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(102)- 4330/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 187 nömrəli evin 101 saylı mənzilində olan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6395/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2911 /2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iş.səh.8,7, 9, 63, 39) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1909/2021 saylı işi üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, 228.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər 13 dekabr 2002-ci il tarixdə nikaha daxil olaraq mübahisəli evdə yaşamış və birgə təsərrüfatlarını idarə etmişlər. Daha sonra aralarındakı münasibətlər korlanmış və 17 yanvar 2018-ci il tarixdə (iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən) nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 187 nömrəli evin 101 saylı mənzilində olan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6395/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.Hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməklə həmin mənzildən məcburi qaydada çıxarılması və 2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək olan dövrdə hər ay üçün 250 manat hesablanmaqla maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etməyərək mübahisəli mənzildən istifadə hüququnun olduğunu bildirir. Cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər 2002-ci ildə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmış və tərəflər arasında ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququ saxlanılmışdır. Belə olan halda keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi onun istifadə hüququna xitam verilməsini tələb edirsə bu zaman cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının "cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və onun məcburi qaydada mübahisəli mənzildən çıxarılması” barədə iddia tələbi təmin edilə bilməz. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Məhkəmə, həmçinin iddia tələbinin "2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək olan dövrdə hər ay üçün 250 manat hesablanmaqla maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən alınaraq ona ödənilməsi” hissəsi ilə əlaqdar qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin "istifadə hüququna xitam verilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Göründüyü kimi, cavabdehin də mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüququnun mövcudluğu artıq iddianın bu hissədə də təmin edilməməsini şərtləndirmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(001)-1909/202 1 saylı qətnaməsini ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə .Azərbavcan Respublikası Konstitusiyasının 130; Mülki Məcəllənin 228.1, 228.2, 228.5; Mülki Prosesual Məcəllənin 360, 384.0.2, 385.1.1, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmış və tərəflər arasında ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququ saxlanılmışdır. Belə olan halda keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi onun istifadə hüququna xitam verilməsini tələb edirsə bu zaman cavabdehin mübanisəni mənzilə istifadə hüquqlarına mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. İşin sübut olunmuş halları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçı hələ cavabdeh ilə nikah münasibətlərinə daxil olmamışdan xeyli müddət əvvəl alqı-satqı müqaviləsi əsasında alınmış, sonradan iddiaçı cavabdehi həmin mənzilə passport qeydiyyatına salmışdır. Lakin, mülkiyyətçi İddiaçı cavabdehin həmin mənzilə istifadə hüququnun tanınmasına dair notarial qaydada razılıq verməmiş, eləcə də cavabdehin mübahisəli mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər arasında nikah münasibətlərinə Binəqdi rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsi ilə xitam verilmiş, onların nikahından övladları olmamış, bununla da bir-birlərinə hər hansı bağlılıqları qalmamışdır. Qeyd olunan mənzilin sahəsi 16,9 kv.m-dən ibarət 1 otaqlı olması iddiaçı ilə cavabdehin həmin mənzildə birgə yaşamasının mümkünsüz, etmiş, 2017-ci ilin sonlarından cavabdeh yalnız olaraq artıq 4 ildən artıq müddətdir ki, həmin mənzildə tək yaşayır və iddiaçının həmin mənzildə yaşamasına imkan vermir ki, bu hal iddiaçının öz əmlakından maneəsiz istifadə etməsinə və mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi nəzər almır ki, cavabdeh 4 ildən artq müddətdir ki, iddiaçının mülkiyyətində olan 1 otaqlı mənzildə tək yaşayır. Cavabdeh həmin mənzildə daha neçə əsr yaşamalıdır ki, onun istifadə hüququ kompensasiya olunmuş olsun. Cavabdeh izahatında qeyd edir ki, mənzil alınarkən iddiaçının 21 yaşı olmuş cavbdeh isə həmin vaxt böyük imkanlara malik olmuş, mülkiyyətində və istifadəsində qeyri-yaşayış obyektləri olmuş, həmin obyektlər Kürdəmir rayon bazarında olmuş. Bakı şəhərində bir neçə avtobusu icarəyə vermişdir. Halbuki, iddiaçı 21 yaşında ümumi sahəsi 16.9 kv.m olan mənzil sahəsi alarkən cavabdehlə nikah münasibətlərində olmamış, cavabdeh iddiaçını 2002-ci ildən əvvəlki müddətdə tanıması, çoxlu sayda daşınmaz əmlakının olması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, iddia ərizəsinə etirazını yalnız ümumi söz birləşmələrindən ibarət olmaqla əsaslandırlmağa çalışmışdır ki, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Ən azından ona görə ki, cavabdehin bu tip əsassız iddiası (mübahisəli mənzilin birgə nikah dövründə ümumi vəsait hesabına alınması) qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə əsassız hesab edilərək rədd edilmişdir. Əvvəlki məhkəmə çəkişməsində də müəyyən edilmişdir ki, hətta nikah dövründə də, iddiaçı özünə əlavə mənzil sahəsi almış, cavabdeh isə həmin mənzilin onun icazəsi olmadan satılmasına etiraz etməmişdir, eləcə də, cavabdehin Kürdəmir rayon bazarında çoxlu sayda qeyri-yaşayış sahəsinin olması barədə rəyi onun məhz Bakı şəhərində iddiaçının mülkiyyətində olan 1 otaqlı mənzil almasına əsas vermir. Bundan başqa, iddiaçı digər iddia tələblərini də irəli sürmüş, bununla bağlı sübutları məhkəməyə təqdim elsə də, məhkəmə əsassız olaraq həmin tələblərin törəmə tələb hesab etməklə rədd etmişdir.Birinci instansiya məhkəməsi tətbiq olunmalı olan qanunvericiliyi qətnamədə düzgün sadalasa da, maddi hüquq normalarım düzgün tətbiq etməmişdir . Məhkəmə kollegiyasının iclasında iştiark edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, hal-hazırda kirayədə yaşadığını, mənzlin nikahdan əvvəl alındığını, cavabdehin Bakıya qeydiyyatda düşməyi üçün köməklik etdiyini sonradan nikah münasibətlərinin yarandığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə əlavəni təqdim edərək, cavabdehin iddiaçı ilə 1999-cu ildə dini nikaha daxil olduqlarının bildirdiyini, lakin dini nikah haqqında şəhadətnamədə 2008- 2012-ci ildə verilmiş şəxsiyyət vəsiqələrinin seriya nömrələrinin qeyd edildiyini, belə olduğu halda 1999-cu ilə dair dini nikah haqqında şəhadətnamədə 2008-2012-ci ilin şəxsiyyət vəsiqələrinin seriya nömrələrinin yazılmasının həqiqətə uyğun olmadığını, mənzilin 2001-ci ildə iddiaçı tərəfindən alındığını, öz adına olan notariat kontorunda təsdiqlənmiş qeydiyyat vəsiqəsinin olduğunu, 2015-ci ildə yəni nikah dövründə iddiaçının qardaşının onun adına mənzil aldığını və həmin mənzili 2015-ci ildə razılıq ərizəsi alaraq satdığını, nikah pozulduğu dövrdən bu günədək cavabdehin həmin mənzildə yaşadığını, iddiaçının nikah pozulduqdan sonra qardaşı ilə birgə yaşadığını, lakin qardaşı rəhmətə getdikdən sonra qardaşının ailəsi ilə gərgin münasibətdə olduğundan kirayə çıxmaq məcburiyyətində qaldığını, onların polisdə münaqişəli ailə kimi qeyiyyatda olduqlarını, mənzilin birgə nikah dövründə əldə edilmədiyini, cavabdehin həmin evdə heç bir xərc çəkmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, tərəflərin rəsmi nikaha daxil olmamışdan bir müddət əvvəl də birlikdə yaşadıqlarını, mənzilin birgə nikah dövründə əldə edildiyini, sadəcə olaraq sənədləşmənin uzun müddət çəkdiyini, cavabdehin həmin məznildə təmir işlərinə xərc çəkdiyini, cavabdehin iddiaçının mənzilə daxil olmasına heç bir maneə yaratmadığını, iddiaçının mənzilə daxil olaraq əşyaları sındırdığını, cavabdehin yaşamağa yerinin olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 13 dekabr 2002-ci ildə nikaha daxil olmuş, onların nikahından övladları olmamış, Binəqədi rayon Məhkəməsinin 30.11,2007-ci il tarixli 2(001 )-15590/2017 saylı qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuş, bu barədə 09.01.2018-ci ildə akt qeydləri kitabında müvafiq qeydiyyat aparılaraq, iddiaçıya müvafiq şəhadətnamə verilmişdir. Eyni zamanda, İddiaçı mübahisə predmeti olan 1 otaqlı 101 saylı mənzili Cavabdeh ilə nikaha daxil olmamışdan xeyli müddət əvvəl, yəni 25.08.2001-ci ildə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsi əsasında almış, 05.10.2001 -ci ildə adına ÖM seriyalı 087900 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı isə cavabdehi 28.01.2002-ci ildə mülkiyyətində olan 101 saylı mənzilə qeydiyyata aldırmış, qeydiyyata alınma zamanı iddiaçı ilə cavabdeh arasında nə nikah münasibətləri mövcud olmuş, nədəki tərəflər arasında istifadə hüququnun yaranması barədə notarial qaydada müqavilə bağlanılmış, eləcə də bu barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı müqavilə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bir müddət sonra, yəni 13.12.2002-ci ildə cavabdehə etimad göstərib onunla nikah münasibətlərinə daxil olmuş, daxil olmadan sonrakı müddətdə də tərəflər arasında hər hansı müqavilə mövcud olmamışdır. İş üzrə cavabdeh bundan əvvəlki məhkəmə çəkişmələrində iddiaçı ilə 09 mart 1999-cu ildən molla kəbini ilə yaşadığını, 2001-ci ilin sentyabr ayında mübahisəli bir otaqlı mənzili aldığını, həmin dövrdə külli məbləğdə pul vəsaiti olduğunu, müxtəlif ərazilərdə çoxlu sayda daşınmaz obyektlərinin olduğunu, 2002ci ilin dekabr ayında iddiaçı ilə nikahlarını rəsmiləşdirdiyini iddia etmişdir. Cavabdehin qeyd etdiyi bütün dəlillər əvvəlki məhkəmə araşdırmasında kifayət qədər araşdırılmış, sonda isə sübutları öz təsdiqini tapmadığına görə cavabdehin iddia tələbləri rədd edilmişdir (Ali Məhkəmənin 02.08.2021-ci il tarixli 2(102)-4330/21 saylı qərarı).Ən bəsit hal ondan ibarətdir ki, cavabdeh 09.03.1999-ci ildən iddiaçı ilə dim nikahda olduğunu və həmin vaxtdan iddiaçı ilə birlikdə yaşamasını iddia etmiş, onun məhkəməyə sübut kimi təqdim etdiyi ərəb və Azərbaycan dilində yazılmış kağızda isə tərəflərə 2008 və 2012-ci ildə verilmiş şəxsiyyət vəsiqələrinin seriya və nömrələri qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı və cavabdehə məxsus olmaqla 2008 və 2012-ci illərdə hüquq-mühafizə orqanları tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin seriya və nömrələnin 1999-ci ildə hansısa din xadimi tərəfindən tərtib edilmiş kəbin kağızında peyda olması qeyri-mümkündürHabelə cavabdeh qeyd olunan 101 saylı mənzili hansı məbləğə, kimdən və hansı notariat kontorunda aldığını, hansı makler vasitəsilə həmin mənzili tapması barədə ən bəsit sualları belə cavablandıra bilməmiş, ümumi sözlərdən istifadə edərək, mənzilin ona məxsus olmasını iddia edərək, 2017-ci ildən nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilməsinə baxmayaraq mübahisəli mənzildə yaşamağa davam etmiş, hətta mənzili təmir etdiyinə görə iddiaçıdan təmir xərclərini də tələb edir.Bir daha qanunvercilyin aşağıdakı normalarına əsasən hesab edirəm ki, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğuna görə təmin edilməlidir.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Qeyd olunan 101 saylı mənzil 2001-ci ilin sentyabr iddiaçının mülkiyyətində olmasına baxmayaraq, 2017-ci ilin sonlarından həmin mənzildən istifadə etməsi və orada yaşaması mümkünsüz olmuş, dəfələrlə ailə münaqişəsi baş verdiyinə və polis bölmələrində hər iki şəxs barəsində qarşılıqlı şikayətlər olduğuna görə, iddiaçı mülkiyyətində olan 1 otaqlı mənzili tərk etmək məcburiyyətində qalmış, cavabdeh isə həmin mənzilə qanunsuz sahiblik edərək iddiaçını həmin mənzilə buraxmamış və hazıki vaxtadək mənzildə yaşamaqda, iddiaçı isə müxtəlif ünvanlarda kirayədə qalmaqda davam edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1 -ci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, “2000-ci il sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Nəzərə alınsa ki, cavabdeh 2002-ci ildə mübahisəli mənzilə qeydiyyata alınmış, habelə iddiaçı ilə nikaha daxıl olmuş və nikahları 2017-ci ildə məhkəmə qaydasında pozulmuş mübahisəli mənzil isə 25.08.2001-ci ildə alqı-satqı müqaviləsi əsasında iddiaçının' mülkiyyətinə keçmiş, mənzilin alınmasında cavabdeh bir manat da xərc çəkməmiş habelə 2002-cilin yanvar ayında iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınarkən evin mülkiyyətçisi İddiaçı ilə istifadə huququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamamışdır. Mənzilə qeydiyyata aındığı dövrdə belə mülkiyyətçinin ailə üzvü sayılmamışdır. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyat keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış və s.) üçün zəruri şərait yaratmaqdan ibarətdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə başqa sənədlərlə yanaşı vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.Bu cür razılaşmanın mövcudluğu, etibarlılıq şərtləri və huquqı nəticələri Mulkı Məcəllənin müddəaları əsasında təhlil olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bu normada nəzərdə tutulan “razılaşma” anlayışı Mülki Məcəllənin 389.1-cı maddəsinə əsasən izah olunmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 406.3-cü maddəsində göstərilir ki, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poet, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda o nəticəyə gəlmək olar ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan “mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma”, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə, mənzildə yaşamaq hüququ əldə edən şəxslə mülkiyyətçi arasında bağlanan, notariat qaydasında təsdiqlənən müqaviləni ehtiva edir. Həmin müqavilə məzmun baxımından, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi; mənzildən istifadə hüququnun həyata keçirilməsi; mənzildən istifadə hüququnun xitamı barədə şərtləri əhatə etməlidir. Bundan başqa, həmin razılaşma forma baxımından: yazılı tərtib olunmalı notariat qaydada təsdiqlənməlidir. İş materiallarından göründüyü kimi cavabdeh evə köçən zaman mənzilin mülkiyyətçisi olmuş İddiaçı arasında bu cür müqavilə bağlanmamış, eləcə də həmin vaxt mülkiyyətçinin ümumiyyətlə ailə üzvü olmamışdırNəzərə alınmalıdır ki, adətən ailə bağlarının qorunub saxlanılması, birgə nikahdan olan azyaşlı övladların tərbiyyəsi, ailə üzvlərinin və valideynlərin aliment öhdəlikləri,keçmiş ər-arvadın bir-birilərinə qarşı öhdəlikləri zamanı, tərəflərin birgə yaşamalarına və ailə bağlarının bərpasına daha çox üstünlük verilir.Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.Hazırki iş üzrə tərəflərin nikahından övladları olmamış, onların bir-birinə hər hansı bağlılığı qalmamışdır. Tərəflər arasında ümumi əmlakların bölünməsi haqqında iddia müddəti də artıq keçmişdir ki, bu zaman cavabdehin hansı qanuni əsaslarla iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqda davam etməsi, iddiaçının isə öz mülkiyyətində olan mənzildən didərgin düşərək, kirayələrdə yaşamasını anlamıram. Əgər, həqiqətən də, cavabdehin dediyi kimi, onun çoxlu sayda daşınmaz əmlakı mövcud olmuşdusa, niyə iddiaçının mülkiyyətində olan 1 otaqlı mənzildən çıxmır və özünün çoxlu sayda olan mənzillərindən istifadə etmir Əgər cavabdeh iddiaçıya etimad göstərib onun adına 1 otaqlı mənzil almışdısa və kifayət qədər maddi imkanlı idisə, ondan sonrakı müddətdə iddiaçının və ya özünün adına hansı məlaklar alması barədə hər hansı sübutunu niyə məhkəməyə təqdim etmir.Cavabdeh onu da qeyd edir ki, mənzil alınarkən iddiaçının yaşı az olub bə həmin mənzili almağa iddiaçının pulu olmazdı. Təbii ki, iddiaçını həmin vaxt yaşı az olub və onun ailə üzvləri, yəni Rusiya Federasiyasında yaşayan və sahibkarlıq fəaliyyəti lə məşğul olan qardaşı miras əmlakların bölgüsü zmanı bacısının adına 1 otaqlı mənzil hədiyyə etmişdir ki, gələcəkdə onlar arasında hər hansı mübahisə mövcud olmasın. Tərəflər arasında belə bir hal 2015-ci ildə də mövcud olmuş, İddiaçı qardaşı məhz Cavabdeh notarial qaydada razılıq ərizəsini alıb, bacısı İddiaçı adına aldığı və Abşeron rayonu, Sumqayıt şossesi, 7 ünvanda yerləşən 2 otaqlı 22 saylı mənzili 2015-ci ildə notarial qaydada satmışdır. Cavabdeh əvvəlki məhkəmə çəkişməsində də belə bir halın mövcudluğunu etiraf etmişdir.Daha sonra, 01,10.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində qeyd olunur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları) Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəllə sinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85 1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85,1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);85.1 4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).Hazırki vəziyyətdə Cavabdeh 01 01.1961 -ci il təvəllüdlü olmaqla yaşa görə pensiyaya çıxmasına hələ 5 il var (01 01.2026cı il), tərəflərin nikah münasibətlərinə isə qanuni qüvvəsini almış məhkəmə aktı ilə 2018-ci ilin yanvar ayından son qoyulmuş və cavabdeh nikah münasibətlərinə xitam verildikdən sonrakı 5 il müddətində, yəni 01.01,2023-cü ilədək pensiya yaşına çatmır və hazırki vəziyyətdə maddi yardımaehtiyacı olması barədə heç bir dəlili mövcud deyildir.Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsininmülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özününsaxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Məhkəməyə təqdim etdiyim Binəqədi rayon Məhkəməsinin 30 11.2017-ci il tarixli qiyabi qətnaməsində qeyd olunub ki, iddiaçı Arzu Azarzayevanın (Xəlilova) nümayəndəsi Rafiq Alışov iddianı müdafiə edərək bildirib ki, artıq 5 ildir ki, onlar ailə kimi birlikdə yaşamırlar, ailə faktiki dağılmışdır və bərpası mümkün deyildir. Belə olan vəziyyətdə 2012-ci ildən mübahisəli mənzildə yaşayan cavabdeh daha neçə əsr iddiaçının mülkiyyətində yaşamaqda davam etməlidi ki, onun istifadə hüquqları pozulmamış olsun. Cavabdeh həmin məhkəmə iclaslarında iştirak etməyib, sonradan həmin qətnaməni alsada etirazını bildirməyib. Cavabdeh İddiaçı qarşı əmlak bölgüsü barədə iddia ərizəsində göstərir ki, həmin dövrlərdə mənim 20 yanvar metrostansiyası yanında olan “Velotrek” adlanan bazarda mağazam və ayaqyolu kimi istifadə olunan obyektim var idi, onda oradan yaxşı gəlir əldə edirdim. Ona görə də əldə etdiyim pulları evə qoyudu ki, yığıb özümüzə ev alaq Mən Sumqayıtdakı evimi 2001-ci ilin avqust-sentyabr aylarında satıb evdə yığdığımız pulun əskiyini düzəldib 101 saylı mənzili sentyabr ayının sonlarında 101 saylı evi Arzunun adına aldıq(iddia ərizəsi əlavə olunur) Halbuki, həmin 101 saylı mənzil 25 08.2001-ci ildə İddiaçı adına sonuncunun qardaşının və ailə üzvlərinin vəsaiti hesabına alınıb Əgər, şəxs Sumqayıt şəhərindəki 3 otaqlı mənzilini satmışdısa, onda niyə mağaza və ayaqyolundan yaxşı gəlir əldə etdiyi halda, 1 otaqlı 15 kv.m lik mənzili almağa pulu çatmırdı ? Hansıki, cavabdeh 07.09.2021 -ci il tarixli iddia ərizəsinə etirazda qeyd edir ki, onun qeyri-yaşayış obyektləri Kürdəmir rayonunda ‘'rayon bazarı” deyilən ərazidə olmuş, Bakı şəhərində isə özünə məxsus 1 neçə avtobusu icarəyə vermişdir. Təbii ki, 20 Yanvar metrosu yaxınlığındakı Velotrek Kürdəmir rayon bazarından azı 192 km məsafədə yerləşir, Kürdəmir rayonunda hər hansı metro stanstansiyası mövcud deyildir və hər hansı istifadə olunan ayaqyolu tikilisindən külli məbləğdə qazanc əldə olunması mümkün deyildir.İddiaçının digər tələbləri də birinci tələbindən törəmə olduğuna və ilkin iddia tələbi əsaslı və qanuni olduğuna görə, apellyasiya şikayətimizn təmin olunması və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi vəkil X3 etiraz və mülahizələrini təqdim edərək bildirmişdir ki, İlk öncə mülkiyyət hüququ və istifadə hüququ anlayışlarının hüquqi şərhini qeyd etmək istərdi. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki. "istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. l akin bu hüquqların məzmunundan görünür ki. onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini "istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə "istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ'nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququmun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki. həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki. daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Hər hansı bir hüquqi mübahisəyə baxılarkən hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan hüquq normaları, mübahisəyə baxılarkən qüvvədə olduğu prosessual hüquq normaları tətbiq olunur. Bu səbəbdən yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması və xitamı əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 qərarı ilə tənzimlənir (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair, 27 iyul 2001-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cii il tarixli qərarı) Beləki, ilk öncə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması barədə:1982-ci ildən 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cti maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Miilki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bıı tarixədək yaranmış hiiqııq münasibətləri Hə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cii maddəsinin qaydalarına uyğun İtəli edilməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarına əsasən 2000-ci ilin sentyabrın 1-ııə kimi yaranan münasibətlər, yəni yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması və xitamı əsaslan 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzilənəcəkdir. Daha qısa izah verirki, məsələn ər arvad arasında nikah 2000-ci il sentyabrın 1-dən əvvəl bağlanıbsa, arvad mənzilə köçürülübsə, yaşayış yeri kimi qeydiyyata alınıbsa bu halda arvadın həmin yaşayış sahəsinin tərkib hissəsinə istifadə hüququ yaranmış olacaqdır. Lakin 2000-ci ilin sentyabrın 1-dən yəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvəyə mindiyi tarixdən sonra yaranan yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ və istifadə hüququna xitam verilməsi məsələsi, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənəcəkdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mlilkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də aüvvədə olan aanunvericilivin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» Mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Sonra daha bir maraq doğuran məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli. Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «müllkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin.MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasım köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir.Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində ək: olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrimi tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazıl şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçimi Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarım pozmur.İndi isə yaşayış sahəsindən istifadə hüququna xitam verilmənin əsasları barədə:Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci tarixli, Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən 2. Azərbaycan Respublikası Midi' Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifad hüauau mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlamlır» müddəa: binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli. Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən 4. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.Və nahəyət bundan sonra yəni 2009-cu ildə Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qəbul edildi. Çünki əvvəlki Mənzil Məcəlləsi Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləmirdi.Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslan olmadıqda. yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cii maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cii il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzviiniin həmiıı sahədən istifadə hüququ Hə bağlı məsələlərə baxılarkən 2009-cu i! oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mi'dki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda. yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.Qeyd olunmalıdır ki. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 16 dekabr 2014-cü il Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin ‘‘digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində ailənin başqa üzvlərinin siyahıs* qeyd olunmuşdur. Belə ki. ailənin başqa üzvləri qardaş, bacı, baba, nənə, nəvə. Yetkinlik yaşına çatmayan uşaqları laktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan tərbiyəçilər, ögey oğul və ögey qızdır.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.Nəticə etibarilə, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair' 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu da göstərmişdir ki. mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Yəni mənzilə dair istifadə hüququnun tanınması və istifadə hüququna xitam verilməsi barədə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən məhkəmə tərəfindən iddiaçının subyektiv hüququnun olub-olmadığı yoxlanılmalıdır.Qeyd olunanları nəzərə alaraq sonda insanları maraqlandıran məsələlərə aydınlıq gətirməyə çalışdım. Xülasə - yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün - 2000-ci il sentyabrın İ-ə tarixədək yaranmış münasibətlər mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Münasibətlər 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmışdırsa yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Vnsavıs binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə hilər. Əgər yaranmış münasibətlər keçmiş ailə üzvləri arasında olmuşdursa bu halda ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın l-ıkık yaranmış münasibətlərə Azərbayean Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.Yuxarıda göstərilən və müqayisə olunan halları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki.qeyd olunan mübahisəli mənzil 16.9 kv.indən ibarət iki otaqlıdır.Yəni mənzilin konstruksiyası Cavabdeh tərəfindən dəyişilərək.onun öz hesabına əsaslı təmir edilmişdir.Cavabdehlə iddiaçı arasında rəsmi münasibət yarandığı gündən ta bu günə qədər mübahisəli mənzildə yaşayır.mənzildən istifadə edir.Həmiin mənzildən başqa yaşayış yeri yoxdur.Qüvvədə olan Mülki Məcəllə bu halda cavabdehin hüquqlarını da nəzərə alaraq onun mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsini nəzərdə tutur.Məsələnin incəliyi də cavabdehin hal-hazırda mübahisəli mənzildə istifadəçi olmasıdır. Məhkəmə kollegiyası, tələbin hüquqi və faktiki əsaslarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi qənaət əsaslıdır. İlkin olaraq qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin mübahisəsiz hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, sonuncunun mülkiyyət hüquqları 05 oktyabr 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (əsas: 087900 nömrəli qeydiyyat vəsiqəsi). Tərəflər 13 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, cavabdeh iddiaçının mülkiyyətində olan həmin mənzilə köçərək orada daimi əsaslarla yaşamağa başlamış, yaşayış yeri üzrə qeydiyyata alınmış, hazırda da həmin mənzildə yaşamaqda davam edir. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Mülki Məcəllənin mənzildən istifadə hüququnu tənzimləyən 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. ...mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. ... MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Baxılan işdən görünür ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü (əri) olmaqla, uzun müddət onunla birgə yaşamış, hazırda da yaşamaqla davam edir. Bu halda, qanunverici MM-in 228.5-ci maddəsinin 1-ci cümləsinin tələbləri baxımından cavabdehin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu tanıyır və bunun üçün həmin Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsini tələb etmir. Göründüyü kimi, tərəflər arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olmalı olması barədə apellyasiya şikayətinin dəlili tam əassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlili də əsassız olmaqla, cavabdehin mübahisəli mənzil üzərində qanunun tələblərindən irəli gələrək yaranmış həmin hüququnu aradan qaldırmır. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanuni əsaslarla yaranmışdır və belə olan halda həmin hüququn aradan qalxıb-qalxmaması (itirilibitirilməməsi) halının mövcudluğu yoxlanılmalıdır. Qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud əşya hüququdur (şəxsi servitutdur). Başqa sözlə, yaşayış sahəsindən istifadə hüququ, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion prinsiplərdən irəli gəldiyi üçün mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasının əsaslarından biri kimi qəbul edilmişdir. Bununla belə, qanunverici, həmin hüquqa xitam verilməsi imkanını nəzərdə tutmaqla, onu müəyyən şərtlərdən aslı etmişdir. Onlardan biri mülkiyyətçinin təklif etdiyi kompensasiya məbləğidir ki, hazırki işdə iddiaçı bu əsasdan çıxış etməmişdir. Digər hal isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı haldır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi, istifadə hüququ sahibin könüllü surətdə daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə onun istifadə hüququna qanuna əsasən xitam verilmiş hesab olunur. Lakin iddiaçı tələbinin əsası kimi buna əsaslanmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir (yuxarıda qeyd olunduğu kimi cavabdehin hazırda da mübahisəli ünvanda yaşaması işin mübahisə olunmayan halıdır). İddiaçı tələbinin digər əsası kimi ailə münasibətlərinə xitam verilməsini, bu səbəbdən də cavabdehin istifadə hüququnun itirilməsini göstərmişdir. Məhkəmə kollegiyası bu hissədə də apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq, qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin hallarından göründüyü kimi, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dək yaranmışdır və belə olan halda mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində hüquqi qiymət verilməsi mümkün deyildir. Belə olan halda, hazırki mübahisəyə «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini də tətbiq etmək mümkün deyildir. Həmin qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun ilk dəfə dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır (Qeyd: Konstitusiya Məhkəməsində baxılmış həmin işin faktiki hallarına əsasən, iddiaçı X.Məmmədova cavabdehlərin oğlu V.Bəylərovla 2001-ci ildə faktiki ailə qurmuş, qayınatası M.Bəylərovun istifadəsində olan mübahisəli evə gəlin köçmüş, lakin mübahisəli yaşayış evi sonradan, yəni 2 iyul 2011-ci il tarixində ilk dəfə xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr mübahisəli fərdi evin ilk dəfə M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişlər). Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərindən isə göründüyü kimi … Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, tərəflər arasında ailə münasibətlərinə xitam verilməsi faktı cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi (və ya aradan qalxması və s.) ilə nəticələnə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). İddiaçı əsasən mülkiyyətçi hüquqlarına əsaslanmışdır ki, bu halın özü də hazırki vəziyyətdə iddianın əsaslı olması ilə nəticələ bilməz. Çünki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.4-cü maddəsi). Cavabdehin mübahisə mənzilə olan istifadə hüquqları mövcud olduğundan, iddia qalan hissələrdə də (cavabdehin mənzildən çıxarılması və s.) əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Göründüyü kimi iddiaçı tələbini (həmçinin, apellyasiya şikayətinin dəlillərini) əsalandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» işüzrə 06 mart 2008-ci il tarixli QərarındaAvropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış sahəsinə əşya hüququ olan istifadə hüquqları mövcud olduğundan, həmin hüquqa mülkiyyətçi tərəfindən müvafiq kompensasiya təklif olunmaqla və ya cavabdehin yaşayış sahəsindən istifadəyə zərurət aradan qalxdağı halda (daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə və s.) və digər qanuni əsaslarla xitam verilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1909/2021 saylı işi üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar