Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10716/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh Mənzil Tikinti Kooperativin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)-6395/2021 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına həmin mənzilə 3-cü şəxslərin daxil olmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili S.Ə.Əsədov iddia tələbinin dəqiqləşdirilməsinə dair elektron ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehəqadağan edilməsi, cavabdehdən 13050 manat məbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)-6395/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzildən sahiblik və istifadə hüquqlarına Cavabdeh tərəfindən yaradılan maneələr (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılması qət edilmişdir. Qətnamədən Cavabdeh Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)-6395/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)-6395/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xətai rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli məktubuna əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(011)-6395/2021 saylı əlavə qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzildən sahiblik və istifadə hüquqlarına müdaxilənin qadağan olunması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, qərardadda qeyd olunan məsələnin müzakirə edilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10716/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10716/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver