Məhkəmə qərarları › İş №2(103)-10719/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10719/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10719/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə köçürülmə və həmin mənzilə payın müəyyən olunması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzildən pay və istifadə hüquqlarına xitam verilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(011)-643/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə köçürülmə və həmin mənzilə payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin, 5 saylı mənzilinə köçürülmələri, həmçinin azyaşlı uşaqlarının da mənafeləri nəzərə alınmaqla həmin mənzilə 2/3 pay hüququ üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Əskərov X2 Esmira Rəhim qızına qarşı “mənzildən pay və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia verərək, tərəfindən 5015 manat pul ödənilməklə İddiaçı qeydiyyatdan çıxması üçün onun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 65 nömrəli evin 5 saylı mənzilindən pay və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(011)-643/2021 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) ilk iddia qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 65, 5 saylı mənzildə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, İddiaçı azyaşlı övladları - 12 dekabr 2015-ci il təvəllüdlü X5 və 29 dekabr 2008-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 65, 5 saylı mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı idddianın isə tam rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, ilk iddianın qismən, yəni 10029,59 manatın ½ hissəsi miqdarında (5015 manat), qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gəlmiş və məhkəməyə barışıq sazişi təqdim etmişlər. Ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və 14 dekabr 2021-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 14 dekabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;

1. Cavabdeh bir ay müddətinə keçmiş həyat yoldaşı İddiaçı ilə birgə mülkiyyətlərində olan ipoteka krediti ilə alınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin ümumi sahəsi 50,75 kv.m, yaşayış sahəsi 30,05 kv.m olan, iki otaqlı 5 saylı mənzilini İddiaçı razılığı ilə satmağı, həmin mənzilin satışından əldə olunmuş vəsaitlə "xxxx" ASC-yə olan borcu ödəməyi, qalan vəsaitin 18.000 (on səkkiz min) manatını İddiaçı ödəməyi öhdəsinə götürür və bu səbəbdən qarşılıqlı iddiasından imtina edir.

2. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə mülkiyyətlərində olan ipoteka krediti ilə alınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin ümumi sahəsi 50,75 kv.m, yaşayış sahəsi 30,05 kv.m olan, iki otaqlı 5 saylı mənzilinin Cavabdeh tərəfindən satılmasına razılıq verməyi, həmin mənzilin satışından əldə olunmuş vəsaitin 18.000 (on səkkiz min) manatını Cavabdeh aldıqdan sonra uşaqları X6 və X5 ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxmağı, eləcə də, mənzillə bağlı hər hansı iddiasının olmayacağını öhdəsinə götürür və bu səbəbdən iddiasından imtina edir. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə köçürülmə və həmin mənzilə payın müəyyən olunması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzildən pay və istifadə hüquqlarına xitam verilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə tərəflər arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. Cavabdeh bir ay müddətinə keçmiş həyat yoldaşı İddiaçı ilə birgə mülkiyyətlərində olan ipoteka krediti ilə alınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin ümumi sahəsi 50,75 kv.m, yaşayış sahəsi 30,05 kv.m olan, iki otaqlı 5 saylı mənzilini İddiaçı razılığı ilə satmağı, həmin mənzilin satışından əldə olunmuş vəsaitlə "xxxx" ASC-yə olan borcu ödəməyi, qalan vəsaitin 18.000 (on səkkiz min) manatını İddiaçı ödəməyi öhdəsinə götürür və bu səbəbdən qarşılıqlı iddiasından imtina edir.

2. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə mülkiyyətlərində olan ipoteka krediti ilə alınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin ümumi sahəsi 50,75 kv.m, yaşayış sahəsi 30,05 kv.m olan, iki otaqlı 5 saylı mənzilinin Cavabdeh tərəfindən satılmasına razılıq verməyi, həmin mənzilin satışından əldə olunmuş vəsaitin 18.000 (on səkkiz min) manatını Cavabdeh aldıqdan sonra uşaqları X6 və X5 ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxmağı, eləcə də, mənzillə bağlı hər hansı iddiasının olmayacağını öhdəsinə götürür və bu səbəbdən iddiasından imtina edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(011)-643/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar