Məhkəmə qərarları › İş №2(103)-10722/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10722/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10722/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-255/2018 saylı, 22.09.2021-ci il il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 7, 6 C saylı evin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(003)-255/2018 saylı qətnaməsi ilə İddiaçı ona və qeyrilərinə qarşı ilkin qeydiyyatın, müqavilənin etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı iddia təmin tədbiri qismində verdiyi ərizə əsasında məhkəmə qərarı ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 7, 6C saylı evin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-255/2018 saylı, 22.09.2021-ci il tarixli qərardadı ilə ərizəçi Cavabdeh2 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi Cavabdeh2 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-255/2018 saylı, 05.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Apellyasiya instansiya məhkəməsi iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 qarşı “evə köçürülmə” tələbi barədə iddia ilə məhkəməyə müraciət edərək onun oğlu X2 ilə birlikdə cavabdehin istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Ş.Dres qəsəbəsi L.Starçuk küçəsində yerləşən qeyri-qanuni tikilmiş bir mərtəbəli, kürsülü dörd otaqdan (77,5 kv.m ) ibarət olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin X1 adına aparılmış ilkin qeydiyyatın ləğv edilməsi, 7 saylı DNK-nın 4Ə-176 reyestr nömrəli və 13 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun oğlu X2 ilə birlikdə yaşamaq üçün Bakı şəhəri Xəzər rayonu Ş.Dres qəsəbəsi L.Starçuk küçəsində yerləşən qeyri-qanuni tikilmiş bir mərtəbəli, kürsülü dörd otaqdan ibarət evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddia təmin tədbiri haqqında ərizə verərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə əlaqədar olaraq Bakı şəhəri Xəzər rayonu Ş.Dres qəsəbəsi L.Starçuk küçəsində yerləşən qeyri-qanuni tikilmiş bir mərtəbəli, kürsülü dörd otaqdan (77,5 kv.m ) ibarət olan evə dair sənədləşmə (özəlləşdirilməsinə) bu və digər işlərin aparılmasının Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(003)-4499/2017 saylı qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Xəzər rayonu Ş.Dres qəsəbəsi L.Starçuk küçəsində yerləşən qeyri-qanuni tikilmiş bir mərtəbəli, kürsülü dörd otaqdan (77,5 kv.m ) ibarət olan evə dair sənədləşmə (özəlləşdirilməsi) bu və digər işlərin aparılması cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli 2(103)-11408/2017 saylı qərardadı ilə şikayət təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(003)-4499/2017 saylı qərardadı ləğv edilməsi və iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə rədd olunması qərara alınmışdır. İş materiallarından da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli 2(103)-11408/2017 saylı qərardadı ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(003)-4499/2017 saylı qərardadı ləğv edilərək iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə təmin olunmamışdır. Hazırki mülki işlə əlaqədar qeyd edilən ünvanla bağlı heç bir həbs qoyulmamışdır. Kollegiya qeyd edir ki, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərdadı ilə mübahisəli əmlakın üzərinə həbs qoyulsa da, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli 2(103)-11408/2017 saylı qərardadı ilə ləğv olunduğundan, yəni, mübahisəli əmlakın üzərində hər hansı həbs olmadığından ərizə təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-255/2018 saylı, 22.09.2021-ci il tarixli qərardadından ərizəçi Cavabdeh2 tərəfindən verilən şikayət təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-255/2018 saylı, 22.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-255/2018 saylı, 22.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar