Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1075/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(001)- 952/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən ümumilikdə 37.483,41 manat (əsas borc 34.036,08 manat, faiz borcu 1.149,11 manat, dəbbə pulu 2.298,22 manat) və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya 37.483,41 manat məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və "xxxx" ASC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli xidmət müqaviləsinə əsasən cavabdehin ipoteka krediti "xxxx" ASC-yə ötürülmüşdür. QSC "Bank Standart" KB ilə Cavabdeh arasında 08 yanvar 2011-ci il tarixində 140/14/659/11 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, sonuncuya ünvan 1, 80 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8% olmaqla 41.000 manat məbləğində kredit verilmişdir. 140/14/659/11 saylı Kredit müqaviləsinin təminatı kimi 08 yanvar 2011-cü il tarixində 140/14/659/11 saylı Alqı-Satqı və İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən 80 saylı mənzil ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya MA №0171355, reyestr kitabı 171, vərəq 17879, reyestr nömrəsi **********84-05301- 093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19.02.2011-cü il). Lakin 140/14/659/11 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər cavabdeh tərəfindən icra edilmir. Belə ki, M/03-5413 saylı 09 sentyabr 2020-ci il tarixli Arayışa əsasən, Cavabdeh 08 sentyabr 2020-ci il tarixinə banka cəmi borcu 37.483,41 manat (əsas borcu 34.036,08 manat, faiz borcu 1.149,11 manat, dəbbə pulu 2.298,22 manat) təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(001)- 952/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 saylı kredit müqaviləsinin ləğv edilməsi, 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 saylı kredit müqaviləsi üzrə 34.036,08 (otuz dörd min otuz altı manat, səkkiz qəpik) manat məbləğində əsas, 1.149,11 (bir min bir yüz qırx doqquz manat, on bir qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 35.485,19 (otuz beş min dörd yüz səksən beş manat, on doqquz qəpik) manat məbləğində borc və iddiaçı tərindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh tutularaq iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan ünvan 1, 80 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılması, ipoteka predmeti olan ünvan 1, 80 saylı mənzilin ilkin satış qiymətinin 64.000 (altmış dörd min) manat məbləğində müəyyən edilməsi, ünvan 1, 80 saylı mənzili satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun, məcburi qaydada evdən çıxarılması və həmin mənzilin boşaldılması, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-952/2021 saylı iş üzrə 21.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin gəldiyi nəticə ilə qismən razı deyil və hesab edir ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Hesab edir ki, Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2-ci maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən onun banka hər dəfə ödəniş etməyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz əsassız olması, maddi hüquq normalarının və va prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə psinsipini təmin etməlidir. O öz qərarında yalnız çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qanunvericliyin sadalanan müddəalarını işin halları ilə müqayisə edəndə müəyyən olunur ki, məhkəmə yalnız bir tərəfli, yəni sırf bankın maraqlarını üstün tutaraq qətnamə qəbul edib. Məhkəmə həmçinin ətraflı araşdırma aparsaydı müəyyən edərdi ki, Qapalı Səhmdar Cəmiyyəti “BankStandar” Kommersiya Bankının ona qarşı hesabladığı əsas və faiz borcu dəfələrlə artıq hesablanmışdır. Bundan əlavə onun banka ödənişlərini nəzərə almamışdır. Göründüyü kimi məhkəmə tərəfindən maddi hüquq normaları işin hallarına uyğun tətbiq edilməmiş, buna görə də məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə qərar qəbul edərkən onun məhkəmədə iştirakını təmin etməmiş. Tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq MPM-nin müvafiq maddələrinə uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi ) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdədə göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. İşin hallarına nəzərən hesab edir ki, məhkəmə mühasibatlıq-ekspertizası təyin etməlidir. Hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan normanın tələbləri pozulmuşdur. Belə ki, əgər məhkəmə hərtərəfli və obyektiv araşdırma aparsaydı o zaman hazırki qətnaməni qəbul etməzdən əvvəl mütləq şəkildə məsələnin həlli üçün mühasibatlıq-ekspertizası təyin edərdi. Hazırki halda isə hesab edir ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədiyindən, hüquq normaları da düzgün tətbiq edilməmişdir. Bankın əsas və faiz borcunun yüksək hesablaması, məhkəmənin mühasibatlıq-ekspertizası təyin etməməsi qanun pozuntusudur. İşin hallarından görünür ki, məhkəmə tərəfindən banka ödənilmiş bank borcu məhkəmə tərəfindən nəzərə alınmamışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan QSC "Bank Standart" Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə ünvan 1 ünvanında yerləşən 80 saylı fərdi yaşayış evinin alınması məqsədi ilə 41.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 2.4-cü bəndində uyğun olaraq trəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir; İş materiallarında olan İpoteka saxlayan QSC "Bank Standart" KB, ipoteka qoyan Cavabdeh və X1 arasında 08 yanvar 2011-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən 80 saylı mənzili alıcıipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.5-ci bəndinə əsasən alıcı-ipoteka qoyan satılan mənzili 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil Cavabdeh tərəfindən QSC "Bank Standart" KB-də ipoteka ilə yüklü edilmişdir; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh göndərilmiş 14 fevral 2020-ci il tarixli xəbərdarlıqdan və ipoteka predmetinə tutmanının yönəldilməsi barədə bildirişdən görünür ki, borcalandan kredit müqaviləsi üzrə öhdəliyini 5 iş gün müddətində lazımınca icra edilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 20 fevral 2020-ci il tarixli ərizəsindən görünür ki, 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini və təqdim edildiyini nəzərə alaraq ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş və İdarənin 28 fevral 2020-ci il tarixli məktubuna əsasən ipoteka predmetinə dair bildiriş qeydə alınmışdır; İş materiallarında olan 09 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsinə əsasən 34.036,08 manat məbləğində əsas borc, 1.149,11 manat məbləğində faiz borcu, 2.298,22 manat məbləğində cərimə olmaqla, cəmi 37.483,41 manat borcu var; İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli, 20 saylı Xidmət müqaviləsinə əlavə olan 03 oktyabr 2016-cı il tarixli, 20-0310/16 saylı ipoteka kreditlərinin reyestrindən görünür ki, Cavabdeh 41.000 manat kredit məbləği üzrə 37.306,44 manat borc qalığını İddiaçı Açıq Səhmdar Cəmiyyəti təhvil almışdır; İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən məhkəməyə ünvanlanmış 10 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə aylıq ödənişlər vaxtında ödənilmədiyi üçün öhdəlik üzrə tələb hüquqları 10 dekabr 2019-cu il tarixli indosamment vasitəsi ilə İddiaçı ASC-yə ötürülmüşdür; İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 08 aprel 2021-ci il tarixli “Daşınmaz əmlakın qiymətlindirilməsi barədə” mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilinin real bazar qiyməti 71.000 manat, likvid dəyəri 64.000 manat təşkil edir; İş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, QSC “Bank Standart” KB ilə cavabdeh arasında bağlanmış 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli krediti müqaviləsinə əsasən kreditor borcalana 300 ay müddətinə illik 8% dərəcəsi ilə istehlak məqsədi ilə 41.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra həmin müqavilə üzrə aylıq ödənişlər cavabdeh tərəfindən vaxtında ödənilmədiyi üçün öhdəlik üzrə tələb hüquqları 10 dekabr 2019-cu il tarixli indosamment vasitəsi ilə iddiaçı banka ötürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin həmin müqavilə üzrə 34.036,08 manat məbləğində əsas, 1.149,11 manat məbləğində faiz, 2.298,22 manat məbləğində cərimə olmaqla, cəmi 37.483,41 manat borcunun yaradığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Belə ki, "xxxx" ASC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli, 20 saylı Xidmət müqaviləsinə əlavə olan 03 oktyabr 2016-cı il tarixli, 20-0310/16 saylı ipoteka kreditlərinin reyestrindən görünür ki, Cavabdeh 41.000 manat kredit məbləği üzrə 37.306,44 manat borc qalığını İddiaçı Açıq Səhmdar Cəmiyyəti təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib və qanunvericiliyin müddəalarını rəhbər tutub belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 4.2ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 2.298,22 manat məbləğində hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulunun məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən dəbbə pulunun məbləği azaldılmalı və 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsi üzrə 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 08 yanvar 2011-ci il tarixli alqı-satqı və İpoteka müqaviləsinə əsasən, 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 08 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilin real bazar qiyməti 71.000 manat, likvid qiyməti 64.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh tərəfindən ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – Cavabdeh qaytarılmalıdır Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 64.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılması və mənzilin boşaldılması hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, həmin mənzil satıldıqda Cavabdeh 1 ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Belə ki, məhkəmə kollegiyası tələbin “cavabdehin ailə üzvləri” hissəsi ilə bağlı hesab edir ki, həmin tələb qeyri-dəqiq olduğuna, yəni həmin “digər şəxslər”in dairəsi müəyyən edilmədiyinə, onlar iddiaçı tərəfindən cavabdeh qismində işə cəlb edilmədiyinə və onlara qarşı tələb yönəldilmədiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 saylı kredit müqaviləsinin ləğv edilməsi, 07 yanvar 2011-ci il tarixli, 140/14/659/11 saylı kredit müqaviləsi üzrə 34.036,08 (otuz dörd min otuz altı manat, səkkiz qəpik) manat məbləğində əsas, 1.149,11 (bir min bir yüz qırx doqquz manat, on bir qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 35.485,19 (otuz beş min dörd yüz səksən beş manat, on doqquz qəpik) manat məbləğində borc və iddiaçı tərindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh tutularaq iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan ünvan 1, 80 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılması, ipoteka predmeti olan ünvan 1, 80 saylı mənzilin ilkin satış qiymətinin 64.000 (altmış dörd min) manat məbləğində müəyyən edilməsi, ünvan 1, 80 saylı mənzili satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun, məcburi qaydada evdən çıxarılması və həmin mənzilin boşaldılması, iddianın digər hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya yuxarıda sadalananlardan əlavə qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır və hər hansı mötəbər sübutlar ilə təsdiqini tapmamışdır.Belə ki, cavabdeh hesab edir ki, Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2-ci maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə qərar qəbul edərkən onun məhkəmədə iştirakını təmin etməmiş və o məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməmişdir.Həmçinin, məhkəmə qərar qəbul edərkən onun banka hər dəfə ödəniş etməyini nəzərə almamışdır, məhkəmə mühasibatlıqekspertizası təyin etməmişdir. Kollegiya əvvəla qeyd edir ki, iş materiallarının 2-ci cild 5-9-cu vərəqlərindən görünür ki, iş üzrə icraatın təzələnərək işə məhkəmə iclasında baxılmasının 21 oktyabr 2021-ci il tarixə saat 12:00-a təyin olunması barədə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05.10.2021-ci il tarixli qərardadı, həmçinin məhkəmə bildirişi həmin tarixli Reyestrlə tərəflərə, o cümlədən Cavabdeh göndərilmişdir. İkincisi, iş materiallarının 2-ci cild 8-ci vərəqindən görünür ki, işə məhkəmə iclasında baxılmasının 21 oktyabr 2021-ci il tarixə saat 12:00-a təyin olunması barədə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05.10.2021-ci il tarixli SMS xəbərdarlığı Cavabdeh ***-***- **-** nömrəli telefon vasiitəsilə çatdırılmışdır.Həmin telefon nömrəsi isə iş materiallarının 2ci cild 70-ci vərəqindən görünür ki, Cavabdeh apellyasiya şikayətində onun əlaqə telefon nömrəsi olaraq qeyd edilmişdir. Bunlardan əlavə olaraq iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, işə apellyasiya məhkəməsində məhkəmə iclasında baxılmasının 19 yanvar 2022-ci il tarixə saat 12:00-a təyin olunması barədə Bakı Apellyasiya məhkəməsinin bildirişi 08 yanvar 2022-ci il tarixdə Cavabdeh təqdim olunmasına və apellyasiya şikayəti verən şəxs olmasına baxmayaraq yenə də məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya, məhkəmə qərar qəbul edərkən Cavabdeh banka hər dəfə ödəniş etməyini nəzərə almaması, məhkəmə mühasibatlıq-ekspertizası təyin etməməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli, 20 saylı Xidmət müqaviləsinə əlavə olan 03 oktyabr 2016-cı il tarixli, 20-0310/16 saylı ipoteka kreditlərinin reyestrindən görünür ki, Cavabdeh 41.000 manat kredit məbləği üzrə 37.306,44 manat borc qalığını İddiaçı Açıq Səhmdar Cəmiyyəti təhvil almışdır.Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən məhkəməyə ünvanlanmış 10 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə aylıq ödənişlər vaxtında ödənilmədiyi üçün öhdəlik üzrə tələb hüquqları 10 dekabr 2019-cu il tarixli indosamment vasitəsi ilə İddiaçı ASC-yə ötürülmüşdür.İş materiallarının 2-ci cild 10-cu vərəqlərindən görünür ki, Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh adına məxariclər və ödəniş qəbzləri Ləğv prossesində olan QSC “Bank Standard” KB-nin arxivində aşkar olunmamışdır.Cavabdeh isə banka hər dəfə ödəniş etməyini, lakin nəzərə alınmamasını qeyd etsə də hansı vaxtda, hansı məbləğdə etdiyi ödənişlərin nəzərə alınmadığını əsaslandırmamış, həmin ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(001)- 952/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1075/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1075/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver