Məhkəmə qərarları › İş №2(103)-1075/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1075/2024

08.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1075/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından X6 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2878/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçının yetkinlik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayəti və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasına dair ərizəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002) 2878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan X6 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında Cavabdeh izahatları, həm də şahid qismində dindirilmiş Vaqif Nurəliyevin izahatları ilə təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli ev faktiki X5 məxsusdur. Buna uyğun olaraq, məhkəmənin qətnaməsi X3 maraqlarına və hüquqlarına toxunur. Bununla əlaqədar o, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi həmin qətnamədən apelyasiya şikayəti vermək hüququ olan şəxs kimi sayılır. Bundan başqa Vaqif Nurəliyev bir ailə kimi oğlu İlqar Nurəliyelə bir evdə yaşayır. Cavabdeh məhkəmənin qətnaməsini aldıqdan sonra, həmin qətnaməsi ilə bağlı atasına məlumat vermişdir. Beləliklə, xx.xx.2023-cü ildən etibarən Vaqif Nurəliyevin məhkəmə tərəfindən qəbul edilmiş qətnamə barəsində məlumat var idi və bu qətnamə ilə o, evdə tanış olmuşdur. Qətnamə ilə tanış olduqdan sonra, X13 müəyyən edilmiş müddətdə onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqlarına məhkəmə qətnaməsi ilə toxunan şəxs) qismində cəlb olunması barədə ərizəsi və eyni zamanda apellyasiya şikayəti ilə müraciət etmişdir. X10 məhkəmədə onu üçüncü şəxs qismində cəlb olunması barədə ərizə ilə müraciət etməmişdir. Bu onunla izah olunur ki, məhkəmədə mübahisəli evin onun pulu ilə tikildiyi və evin sahibi olması ilə bağlı izahatlar vermişdir. Ona görə də o, İddiaçı iddiasının təmin ediləcəyini gözləmirdi. Məhkəmənin qətnaməsi ilə tanış olandan sonra, onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir və eyni zamanda məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Beləliklə, Vaqif Nurəliyev məhkəmənin qətnaməsi ilə tanış olduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edib eyni zamanda qətnamədən apellyasiya şikayəti vermişdir. Bununla əlaqədar, Vaqif Nurəliyev Azərbaycan Respublikası MPM nin 357.2-ci maddəsinə uyğun olaraq bütün hərəkətləri düzgün yerinə yetirmişdir. Məhkəmə onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunması barədə ərizəsini əsassız olaraq təmin etməmiş apellyasiya şikayəti əsassız olaraq geri qaytarmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002) 2878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya qaydasında baxılan zaman İddiaçı şikayətə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun övladı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, həqiqətən o, iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə xx.xx.2009-cu il təvəllüdlü X9 adında bir övladları doğulmuşdur. ünvan 1 ünvanında yerləşən mübahisəli ev özbaşına tikilidir, yalnız kommunal xidmətlər onun adına qeydiyyata alınmışdır. Əslində həmin evin tikildiyi torpaq sahəsi 2006-cı ildə bələdiyyə tərəfindən atasına ayrılmış, evin tikintisi böyük ölçüdə nikahdan əvvəl həyata keçirilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, cavabdeh onun oğludur, iddiaçı isə köhnə gəlinidir. Torpaq 2006-cı ildə bələdiyyə tərəfindən ona ayrılmışdır. Həmin ildə evi tikməyə başlamışdır. 2 il–2 il 6 ay ərzində tikib qurtarmış, bəzi xırda işlər qalmışdır. Evi öz vəsaiti hesabına tikmişdir, ona heç kim pul verməmişdir. İddiaçının atası pul veribsə, onu özlərinə verib, gözü ilə görməmişdir. İddiaçı və cavabdeh təqribən 2010-cu ildən həmin evə köçüb yaşamışlar. Göründüyü kimi hazırki mübahisə iddiaçının ünvan 1 ünvanında yerləşən mübahisəli evə köçürülməsindən ibarət olmuşdur. Həmin evə dair hüquqmüəyyənedici sənədlər isə olmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini vətəndaş X1 Bələdiyyəsinə müraciət edərək ona məxsus olan yaşayış evinin həyətyanı sahəsinə bitişik olan 270 m² torpaq sahəsini onun mülkiyyətinə verilməsini Lökbatan Bələdiyyəsindən xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan 270 m² torpaq sahəsi vətəndaş V.Nurəliyev tərəfindən hasarlanmışdır. Bununla əlaqədar müvafiq qərar qəbul edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəisindən xahiş edilmiş və yerin esgizi əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2006-cı il tarixli mədaxil qəbzindən görünür ki, torpaq sahəsinə görə Vaqif Nurəliyev tərəfindən 346 manat ödəniş həyata keçirilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçının köçürülməsini xahiş etdiyi mübahisəli evə dair hüquqmüəyyənedici sənədlər olmasa da X7 həmin evin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə Lökbatan Bələdiyyəsinə müraciət etməklə həmin torpaq sahəsində hər hansı hərəkət edə bilməsinə dair iradə ifadəsini nümayiş etmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2878/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi X4 hüquq və vəzifələrinə toxunmuşdur. Birinci instansiya məhkəməsi isə işin müəyyən edilmiş hallarını düzgün araşdırmayaraq, istinad edilən prosessual hüquq normaların tələblərini pozmaqla, X4 ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 57.1-ci maddəsinə istinad etməklə X4 qətnamə çıxarılana qədər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını tələb etməyə kifayət qədər vaxtı və imkanı olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən istinad etdiyi maddənin ikinci cümləsini nəzərə almamışdır. Belə ki, normada müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin öz vəsatətləri ilə yanaşı məhz məhkəmənin təşəbbüsü ilə də işdə iştirak etməyə cəlb oluna bilmələri qeyd edilmişdir ki, bu zaman birinci instansiya məhkəməsi özü də həmin şəxsi işə cəlb edə bilərdi, lakin birinci instansiya məhkəməsi bunu etməmişdir və belə olan halda da birinci instansiya məhkəməsinin qeyd olunan maddəyə istinad edərək göstərilən nəticəyə gəlməsi yanlış olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyatorun hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002) 2878/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2878/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar