Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1076/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin ona təhvil verilməsi, 2021-ci ilin fevral, mart və aprel ayları üzrə ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 1.500 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianın dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh MTK ilə arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin ona təhvil verilməsi, 2019-cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilədə dəyişiklik edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2, 1.1.3, 1.1.4-cü maddələrinə aşağıdakı redaksiyada “1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nə məxsus 92.15 kv.m-dən ibərət yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, yaşayış binasının 18 ay müddətində başa çatdıraraq, inşa etdiyi binalardan 110.58 kv.m təmirli mənzili “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.1.3. Tikinti şirkəti “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində kirayə haqqı verir. 1.1.4. Tikinti şirkəti tərəfindən müqavilənin 1.1.2-ci maddəsinə əsasən mənzil 18 ay müddətində “Əmlak mülkiyyətçisinə təhvil verilmədiyi halda aylıq kirayə haqqı olan 500 manat məbləğ 25 iyul 2021-ci il tarixinədək ödənilsin” dəyişiklik edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin İddiaçı təhvil verilməsi, 2019-cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 (on üç min) manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə əhəmiyyət kəsb edən hallar tam araşdırılmadığından, maddi hüquq normalarının pozulmasına yol verildiyindən, işə baxan məhkəmə tərəfindən işə birtərəfli, qərəzli yaynşmaqla qeyri-obyektiv qəbul olduğundan aşağıdakı səbəblərə görə ləğv olunmalı, tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, İddiaçı məxsus ünvan 1 saylı evin sökülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Baki şəhərinin Suraxani, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xəzər rayonlarinin sosial-iqtisadi inkişafinin sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli, 86 nömrəli Qərarına əsasən zəruri hal kimi qəbul olunmuşdur. Tərəflər arasında olan müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrini nəzərə almasaq İddiaçı əldə etməli olduğu mənzil 110.58 kv.m-dən ibarət təmirli mənzil olmalı idi. Məhkəmə iki halı araşdırmamış, onlara və tərəflər arasında bağlanmış 25.11.2017-ci il tarixli müqavilənin 1.1.4 maddəsinə hüquqi qiymət verilməmişdir. Məhəkəmə qarşılıqlı iddia ilə bağlı hər tərəfli araşdırma aparmamış, müqavilə ilə üzərlərinə düşən öhdəliklrin yerinə yetirilməməsi ilə bağlı hallara lazımı hüquqi qiymət verməmişdir. Bildirir ki, 25.11.2017-ci il tarixli müqavilənin 1.1.4 -cü bəndinə əsasən mülkiyyətçi tərəfindən 18 ay ərzində hər ay 555 AZN ödənilməsinə dair iddiaçının üzərinə düşən öhdəliklər əksini tapmışdır və iddiaçıya/mülkiyyətçiyə 143.8 kv.m sahənin verilməsi şərtlərindən biridə müqavilənin 1.1.4-cü maddəsi olmuşdur. Bunu iddiaçı/mülkiyyətçi də öz növbəsində dərk edərək ilkin iddia ərizəsində kirayə haqqı kimi tələbini həmin maddəni nəzərə almaqla 2021-ci ilin fevral, mart, aprel ayları üçün 1500 AZN pul tələb etmişdir, yəni iddiaçı ilkin iddia ərizəsində 25.05.2019-cu ildən 25.01.2021-ci ilə qədər 20 ay müddətini həmin 10.000 manat vəsaitlə əvəzləşdirmişdir. 2019-cu ilin may ayından 2021-ci ilin yanvar ayı 20 ay edirki buda müqavilənin 1.1.4-cü bəndində göstərilən 10.000 manat üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərə əsasən kompensasiya etməli olduğu məbləğ idi və məhz bu şəbədən ilkin idda ərizəsində iddiaçı kirayə haqqının ödənilməsini 2021-ci ilin fevral ayından başlayaraq ödənilməsini tələb etmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi 143.8 kv.m mənzilə dair iddiaçı tam mülkiyyət hüququnu əldə etmək üçün 1.1.4 bəndi icra etməli, yəni 143.8 kv.m sahənin əldə edilməsi üçün 10.000 AZN məbləği ödəməli olduğu halda bunu etməmişdir və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İkinci hissə ilə bağlı bildirmək istəyir ki, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri obyektiv səbəblərdən yerinə yetirə bilməmişdir. Buna səbəb hazırkı müqavilə üzrə tikilməsi və iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş ərazi üzrə Nərimanov rayon İcta Hakimiyyətinin 24 oktyabr 2016-cı il tarixli sərəncamı, hissəvi olaraq, 2 saylı Bakı İnzibati - iqtisadi məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə ləğv edilməsi olmuşdur. Tərəflər arasında olan 25.11.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin icrası, MTK-dan aslı olmayan səbəblərdən, qeyri-mümkün olmuş və gələcəkdə icra olunması imkanları məlum məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır. Qeyd olunanlar və mövcud vəziyyət, MTK-nı 25.11.2017-ci il tarixli 176 sayı müqavilənin 1.1.2 -ci bəndini şərtlərinini ləğv etmək məcburiyyətində qoymuş və bu barədə iddiaçya bildiriş göndərilmiş, iddiaçı tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Hesab edir ki, bu hal mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X2 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Elvina Əliyevanın izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı 16.07.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində 33 saylı binada yerləşən 15.0 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 37 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2168 nömrəli reyestr kitabının 200818 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 43) İş materiallarında olan, satıcı İddiaçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, 16.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə 18 ay müddətində Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.(İ.vər. 5 - 8) Eyni zamanda, həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən tikinti başa çatmalı olduğu 18 aylıq müddətdə ödənilməli olan 500 AZN ayliq kirayə haqqı əvəzinə mənzilin sahəsinin artırılması nəzərdə tutulmuş və 18 aydan sonrakı müddət ücün Sizə hər ay 500 AZN məbləğdə kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, həmçinin, müqavilənin 1.1.4-cü bəndində tikintinin başa catmasınadək 18 ay ərzində hər ay 555.55 AZN məbləği olmaqla toplamda 10.000 AZN ödənilməsi öhdəliyi götürmüşdür. İş materiallarında olan, İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 22.04.2021-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, “İddiaçı Cavabdeh MTK ilə arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində “Poleks’’ MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin 3 gün müddətində təhvil verilməsini xahiş etmiş, əks halda, 25.11.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə Cavabdeh MTK-ya qarşı iddia irəli sürüləcəyini göstərilmişdir.(İ.vər. 12 - 14) İş materiallarında olan, Cavabdeh MMC-yə çoxmərtəbəli yaşayış binalarının laiyhələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 350 saylı, 24.10.2016-cı il tarixli, sərəncamının surətindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.10.2016-cı il tarixli, 02/05-1523 №-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq, Rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Tələt Şixəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır.(İ.vər. 51 - 52) İş materiallarında olan, “Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 37 saylı, 18.01.2017-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alman tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları”nın 3,2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 20,10.2016-cı il tarixli, 02/05-1523 nömrəli məktubu ilə razılaşdırılmış, Tələt Şıxəliyev 6, Qarabağ 30, 32, 34 və ünvan 2 ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq olunması qərara alınmışdır.(İ.vər. 72) Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqia, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin mübahisələndirdiyi 25.11.2017-ci il tarixli, 176 saylı müqavilədə dəyişiklik edilməsi üçün əsaslar yoxdur. Belə ki, tərəflərin müqavilə tərəfi kimi müqaviləyə dair hüquqi proseslər barəsində azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, qarşılıqlı iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində tərəflər arasında olan 25.11.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin icrasının MTKdan aslı olmayan səbəblərdən qeyri-mümkün olduğu və gələcəkdə icra olunması imkanlarının məhkəmə qərarı ilə məhdudlaşdırıldığı, müqavilənin 1.1.2 -ci bəndinin şərtlərini ləğv etmək məcburiyyətində qalmaları, bu barədə iddiaçya bildiriş göndərilsədə, iddiaçı tərəfindən hər hansı bir münasibət bildirilməməsi mülkiyyət hüquqlarından suiistifadə kimi qiymətləndirilməli olduğu barədə göstərdikləri dəlilləri əsassızdır və göstərilən halları sübuta yetirə bilməmişdir. Odur ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində göstərdikləri məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1076/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1076/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver