Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10764/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3nə və cavabdeh Bakı Şəhəri Cavabdeh1nə qarşı “mənzillə təmin olunması və icarə haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, ev 14 A ünvanında yerləşən 8 saylı, 36.7 kv.m sahəsi olan mənzilin sökülməsinə görə 35 kv.m sahə əlavə olunaraq cəmi 70 kv.m-dən ibarət 2 otaqlı mənzilin verilməsi və mənzilin sökülməsinə görə 2019-cu ilin mart ayından etibarən 350 manat icarə haqqı olmaqla cəmi 5.950 manat vəsaitin MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yeni mənzilin və icarə haqqı ödənişinin təhvil verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə Cavabdeh3 MTK tərəfindən ünvan 2 ünvanda yerləşən yeni tikilmiş çoxmənzilli yaşayış binasında 39.4 kv.m sahədən ibarət 1 otaqlı yeni mənzilin verilməsi və icarə haqqı olaraq ümumilikdə 3.600 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 sədri Zöhrab Allahverdiyev qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, İddiaçı üzərinə ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə Cavabdeh3 MTK tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 39.4 kv.m sahədən ibarət 1 otaqlı yeni mənzilin verilməsi və icarə haqqı olaraq ümumilikdə 3.600 manat məbləğində vəsaitin ödənilməsinə dair Cavabdeh3 MTK ilə müqavilə bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində istifadədə olan 0.27562 ha torpaq sahəsində yerləşən 14 A nömrəli, 2 mərtəbəli binada 36.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli payları müəyyənləşdirilmiş mənzilin İddiaçı və X1 paylı mülkiyyətində olan mənzilin əvəzinə yeni tikilmiş binada 39.4 kv.m. sahədən ibarət mənzilin verilməsi (hər bir paylı mülkiyyətçiyə 19.7 kv.m.) və 2019cu ilin mart ayından başlayaraq məhkəmə qətnaməsi çıxarıldığı günə kimi hər ay 300 (üç yüz) manat pulun ödənilməsinin Cavabdeh3 MTK-nın üzərinə qoyulması, həm ilk, həm də qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qətnaməsində buraxılmış yanlışlıq düzəldilərək, qətnamənin “qət etdi” hissəsində səhvən yazılmış “İddiaçı paylı mülkiyyətində olan 18.70 (1 otaq) kv.m. hissəsinin əvəzinə yeni tikilmiş binada 39.4 kv.m sahədən ibarət, 1 otaqlı mənzilin verilməsi” sözləri əvəzinə “İddiaçı və X1 paylı mülkiyyətində olan mənzilin əvəzinə yeni tikilmiş binada 39.4 kv.m. sahədən ibarət mənzilin verilməsi (hər bir paylı mülkiyyətçiyə 19.7 kv.m.)” sözləri kimi oxunması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, o müqavilənin şərtləri ona 1 otaqlı mənzilin və ayda 300 manat kirayə haqqının verilməsindən ibarət idi. Həmin şərtlərlə razılaşmamış, yaşadığı ünvanın mənzili 2 otaqdan ibarət olduğu üçün qarşı tərəfdən qanuna müvaffiq ölçülü ona 2 otaqlı mənzilin verilməsini xahiş etmiş, cavabdeh təklifi ilə razılaşmamış və o müqaviləni imzalamaqdan imtina etmiş, 2019-cu ilin may ayında mecburi evindən çıxarılmış, evi razılğı olmadan sökülmüş, həmin vaxtdan ona kirayə haqqı ödənilmir. Halbuki Sabunçu rayon İcra başçısı sakinlərin (iddiaçıların) mülkiyyətində olan mənzillərin qanuni sahələrinə 35 kv.m əlavə etməklə mənzil sahəsi ilə təmin edilməsi haqqında bildirmişdir. Lakin MTK ona çox ədalətsiz kompensasiya əvəzinə mənzilini tərk etməyə təklif etmişdir. Hesab edir ki, binada yaşayan sakinlərin köçürülməsi tam təmin edilmədən söküntü işlərinin aparılması qanunsuz olmaqla yanaşı təhlükəsizlik baxımından yolverilməzdir. Mənzillərinin yerləşdiyi Ərəblinski küçəsi nəinki Sabunçu rayonunda həmçinin Bakı şəhərində həm ekoloji, həm də digər göstəricilərinə görə xüsusi yer tutur. Həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin real bazar dəyəri "xxxx" MTK tərəfindən onlara təklif edilən kvadraturada həcmindən bir necə dəfə yüksəkdir və bu səbəbdən də hesab edir ki, evləri üçün eyni kvadratura mənzillərin təklif edilməsi qəbuledilməzdir və bu ədalətli kompensasiya deyil. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 608/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MTK-nın və cavabdeh Bakı Şəhəri Cavabdeh1 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* 15.12.2006-cı il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində istifadədə olan 0.27562 ha torpaq sahəsində yerləşən 14 A nömrəli, 2 mərtəbəli binada 36.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı - 1 otaq, 18.70 kv.m., X1 - 1 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 8284 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 7) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 08.10.2015-ci il tarixli, 322 nömrəli qərarında qeyd edilmişdir ki, “1. Bakı şəhəri Cavabdeh1 “Pilot layihə” formatında 5 il müddətinə aşağıdakıları həyata keçirilməlidir. 1.1. mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını.” Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqia, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünün tam mülkiyyəti kimi göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində istifadədə olan 0.27562 ha torpaq sahəsində yerləşən 14 A nömrəli, 2 mərtəbəli binada 36.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil hər birinin payları müəyyənləşdirilməklə paylı mülkiyyətdədir. Yəni, iddiaçıya məxsus otaq (sahə) 36.7 kv.m. deyil, cəmi 18.70 kv.m (1 otaq) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllnin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllnin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə iddiaçı iddia etdiyi pozulmuş hüquqlarına münasibətdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, ev 14 A ünvaında yerləşən 8 nömrəli mənzildəki tam paya istinad etməkdə haqlı deyildir. Belə ki, həmin mənzilə payı olan (1/2 hissədə) digər payçı da öz payına münasibətdə yuxarıda qeyd edilən məsələlərə dair məhkəmədə iddia qaldırmaqda və ya əksinə qarşı tərəflə məhkəmədən kənar razılıq əldə etməkdə sərbəstdir və hazırki iddia ilə onun bu hüquqları məhdudlaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində mənzillərinin yerləşdiyi Ərəblinski küçəsi Bakı şəhərində həm ekoloji, həm də digər göstəricilərinə görə xüsusi yer tutduğu, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin real bazar dəyərinin "xxxx" MTK tərəfindən onlara təklif edilən kvadraturada həcmindən bir necə dəfə yüksək olduğu və bu səbəbdən də evləri üçün eyni kvadratura mənzillərin təklif edilməsinin ədalətli kompensasiya olmaması barədə göstərdikləri dəlilləri əsassızdır və iddiaçı göstərilən halları sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərdikləri məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-608/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10764/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10764/2021
07.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver