Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10767/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndələri Talıbov Ziya Azatxan oğlunun və (vəkili) Vəkil, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirak ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1981/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz» İstehsalat Birliyi tərəfindən təqdim olunmuş bildirişxəbərdarlıqda qeyd edilən 3844.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, ünvan 2ləşən ev İddiaçı BeydalMəlik qızına məxsusdur. Həmin ünvana qaz sayğacının quraşdırılması ilə əlaqədar Cavabdeh ilə müqavilə imzalamış Talıbova Hürnisə Ağamirzə qızı iddiaçının ailə üzvüdür. Müqaviləyə əsasən ünvana sayğac quradırılmış və sonradan sayğac yenisi ilə əvəz edilmişdir. 19.08.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən akt tərtib edilərək yeni sayğac quraşdırılmışdır. Köhnə sayğac isə Cavabdeh əməkdaşları tərəfindən götürülmüşdür. Bir neçə aydan sonra, 24.11.2020-ci il tarixdə yeni bildiriş vermişlər və Smart tipli G-6 markalı 1205AQ **********3 nömrəli sayğacın mexaniki G-6 28261661 nömrəli sayğacla əvəz olunması zamanı aşkar olunan 19.091 m.kub (dəyəri ödənilmiş qaz sərfi) mənfi qaz sərfinin dəyəri məbləğində pul vəsaiti abonentin smart sayğacının hesabına işlənmiş, bu məbləğ 24.11.2020-ci il tarixdə sayğacın mexaniki hesabına daxil edildiyindən bildiriş xəbərdarlıqda öz əksini tapmamışdır. Mübahisəli aktdan görünür ki, Cavabdeh ******* saylı, 18.08.2020-ci il tarixli akta əsasən növbəti dövlət yoxlamasından keçmək üçün sayğac dəyişdirilmişdir. Yeni sayğacın quraşdırılmasından 3 ay sonra iddiaçıya bildiriş verilmiş və guya 3818.2 manat borcun olması qeyd edilmişdir. Qaz sayğacının mexaniki hissəsinin hansısa səbəbdən xarab olmasının istehlakçıya hansı aidiyyatı olması məlum deyil. Yeni sayğacın quraşdırılmasından 3 ay sonra iddiaçının iştirakı olmadan akt tərtib olunmuş və nəticədə iddiaçının hüquqları pozulmuşdur. Bundan əlavə, iş materiallarında olan bildirişə əsasən 09.08.2020-ci il tarixə qaz sərfiyyatı ilə bağlı borc olmadığı qeyd edilir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin qaz sayğacının hansı tarixdə texniki baxışdan keçməsi məlum deyil və keçirilməyibsə bunun cəriməsini iddiaçı yox idarə ödəməlidir. Belə bir əsasla ondan göstərilən məbləğ tələb edilə bilməz. Məbləğin yenidən düzgün hesablanmaması da bu məsələlərdə qaz idarəsinin saxtakarlıq etməsinə bir daha sübutdur. Onlar bildiriş tərtib edərkən bu cihaza da, yəni hesablama aparan cihaza da istədiklərini yaza bilirlər. Bu da onların qanunsuzluq etməsinə şərait yaradır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1981/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3844.80 manat məbləğində borcun (abonent kodu **********00000) silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia ərizəsinin baxılmamış saxlanılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan rayon məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh İВ Rayon Məhkəməsi tərəfindən gəlinmiş nəticə ilə razılaşmır, qəbul edilmiş məhkəmə qətnaməsini tam əsaslı və qanuni hesab etmir. Belə ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinin tələblərinə uyğun verilməmişdir. İddia ərizəsi Yasamal Rayon Məhkəməsinə verilməsi üçün tərtib edilmişdir. Prosessual qanunvericiliyin tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda, iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə verilməli idi. Lakin iddia materialları Sabunçu Rayon Məhkəməsinə verilmiş və məhkəmənin hakimi buna diqqət etməmiş, MPM-in 152.1-ci maddəsinə əsasən iddia ərizəsini və digər qoşma sənədləri geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş, “Verdiktum” vəkil bürosundan əldə edilmiş 13.01.2021-ci il tarixli 09 nömrəli vəkil orderinin əslindən müəyyən olunur ki, Vəkil həmin orderi hüquqi yardım göstərilən şəxsi Xətai Rayon Məhkəməsində müdafiə etmək məqsədilə əldə etmişdir. Vəkil Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılmış 2(008)-1981/2021 saylı işdə iştirak etmək səlahiyyəti olmamışdır. MPM-in 179.2-ci maddəsinə əsasən, sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin, nümayəndələrin və vəkillərin səlahiyyətlərini yoxlayır. Prosessual qanunvericiliyin tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda, vəkilin səlahiyyəti məhkəmə tərəfindən araşdırılmamış işə buraxılmış və nəticədə mülki prosessual qanunvericiliyin norma və prinsipləri pozulmuşdur. İddia ərizəsi 01.02.2021-ci il tarixində Sabunçu Rayon Məhkəməsinə verilən zaman, iddia ərizəsini imzalamış İddiaçı həmin iddia ərizəsini imzalamaq hüququ olmamışdır. İş üzrə tərəf olmalı şəxs, Talıbova Numisə Ağamirzə qızı olmuşdur. Belə ki, həmin ünvan üzrə sonuncu dəfə qazın alqı-satqısına dair müqavilə Talıbova Numisə adlı şəxslə bağlanmış və həmin ünvan üzrə abonent hesabı da onun adına qeydiyyata alınmışdır. İddia ərizəsi İddiaçı tərəfindən imzalanmaqla məhkəməyə verildiyi zaman, iddia ərizəsini həmin şəxs tərəfindən imzalamaq hüququnu təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmiş, qoşma sənədlər qismində göstərilməmişdir. MPM-in 150.0.3-ci maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyin tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmaqla məhkəməyə verildiyi zaman, iddia ərizəsini ona İmzalamaq hüququ verən sənəd iş materiallarına əlavə edilməlidiyi üçün hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. İddia ərizəsi həqiqətdə belə İddiaçı tərəfindən imzalanmamışdır. İddia ərizəsində İddiaçı adından icra edilmiş imza nümunəsi ilə, İddiaçı Beydəl-Məlik qızı tərəfindən vəkilə verilmiş 14.01.2021-ci il tarixli AR-İİ № 201309 nömrəli etibarnamədə və ona məxsus şəxsiyyət vəsiqəsindəki imza nümunələri arasında ciddi fərq vardır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini bütövlükdə müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində rayon məhkəməsinin adı səhvən Yasamal Rayon Məhkəməsi olaraq qeyd edilmişdir. İddiaçının qeydiyyat yeri başqa ünvan olsa da, ünvan 2ləşən ev mülkiyyət sənədi ilə ona məxsusdur və həmin evdə yaşayır. Ona görə də, istehlakçı olaraq prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Talıbov Ziya Azatxan oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1981/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Talıbova Hürnisə Ağamirzə qızı 04.06.2009-cu ildə ölmüşdür. İşdə olan ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 İddiaçı xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 ünvanda (abonent kodu **********00000) təbii qazdan istifadəyə görə 2020-ci ilin oktyabr ayı üçün 3818.2 manat borc hesablanmışdır. İşdə olan son oxunma tarixi 30.09.2020-ci il olan Talıbova Hürnisə Ağamirzə qızının adına yazılmış bildiriş-xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 ünvanda (abonent kodu **********00000) təbii qazdan istifadəyə görə borc olmadığı qeyd edilmişdir. İşdə olan son oxunma tarixi 06.12.2020-ci il olan Talıbova Hürnisə Ağamirzə qızının adına yazılmış bildiriş-xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 ünvanda (abonent kodu **********00000) təbii qazdan istifadəyə görə 3844.80 manat borc olduğu yazılmışdır. İşdə olan ******* saylı,19.08.2020ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 ünvanda Smart tipli G6 markalı 1205AQ **********3 nömrəli sayğac mexaniki G-6 28261661 nömrəli sayğacla əvəz olunmuşdur. İşdə olan Cavabdeh 21.12.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 19.08.2020-ci il tarixdə abonentin Smart tipli G-6 markalı 1205AQ **********3 nömrəli sayğacın mexaniki G-6 28261661 nömrəli sayğacla əvəz olunması zamanı aşkar olunan 19.091 m.kub (dəyəri ödənilmiş qaz sərfi) mənfi qaz sərfinin dəyəri məbləğində pul vəsaiti abonentin smart sayğacının hesabına işlənmiş, bu məbləğ 24.11.2020-ci il tarixdə sayğacın mexaniki hesabına daxil edildiyindən bildiriş xəbərdarlıqda öz əksini tapmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə kollegiyasl hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı,19.08.2020-ci il tarixli aktda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, nasazlığın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddia ərizəsinin MPM-in 149-cu maddəsinin tələblərinə uyğun verilmədiyini bildirmiş və iddia ərizəsinin Yasamal Rayon Məhkəməsinə verilməsi üçün tərtib edildiyini, həmçinin iş materiallarına əlavə edilmiş, “Verdiktum” vəkil bürosundan əldə edilmiş 13.01.2021-ci il tarixli 09 nömrəli vəkil orderinin əslindən müəyyən olunur ki, Vəkil həmin orderi hüquqi yardım göstərilən şəxsi Xətai Rayon Məhkəməsində müdafiə etmək məqsədilə əldə etdiyini qeyd etmişdir. Kollegiya qeyd edilən dəlili ilə bağlı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin izahatını almış və iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia ərizəsi onun tərəfindən tərtib edilmiş və rayon məhkəməsinin adı səhvən Yasamal Rayon Məhkəməsi yazılmışdır. Kollegiya hesab edir ki, iddia ərizəsində qeyd olunan nöqsan texniki səhv kimi qəbul edilməlidir. O da nəzərə alınmalıdır ki, iddiaçının borcun silinməsini tələb etdiyi ünvan ünvan 3aqlı olaraq iddia ərizəsi ilə, istehlakçı kimi məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində iddia ərizəsinin 01.02.2021-ci il tarixində Sabunçu Rayon Məhkəməsinə verilən zaman, iddia ərizəsini imzalamış İddiaçı həmin iddia ərizəsini imzalamaq hüququ olmadığını qeyd etsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 İddiaçı xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış və cavabdeh tərəfindən qazdan istifadəyə dair borc məhz qeyd edilən ünvana yazılmışdır. Göründüyü kimi, iddiaçı evin mülkiyyətçisi olaraq hazırki iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmuşdur. Cavabdeh həmçinin apellyasiya şikayətində iddia ərizəsinin İddiaçı tərəfindən imzalanmadığını qeyd etsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, hazırki halda iddiaçı tərəf iddia ərizəsinin onun tərəfindən imzalandığını qeyd edərək mübahisələndirmədiyindən bu hal üzrə hər hansı araşdırmanın aparılması da istisna olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsini ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1981/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1981/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10767/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10767/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver