Məhkəmə qərarları › İş №2(103)-10769/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10769/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10769/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə, Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin e-2(008)-4071/2021 saylı iş üzrə qəbul etdiyi 04 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Sabunçu rayonu, M.Mehdizadə küçəsindən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, M.Mehdizadə küçəsində yerləşən fərdi yaşayış evinin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 22.12.2009- ildə Sabunçu rayon qeydiyyat şöbəsində birgə nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından 12.09.2009-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bir müddət sakit ailə həyatları olsa da, 2016-cı ilin 22 iyun tarixində boşanmışlar. Cavabdehlə nikah münasibətlərinə xitam verildikdən sonra da onun iddiaçıya qarşı iddiaları bitməmiş, əksinə daha sonra şəxsin ona qarşı yeni iddiaları ortaya çıxmışdır. Belə ki, ona qarşı nikah dövründə birlikdə yaşadıqları, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ev 126, 44 saylı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia qaldırmışdır. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin 2(008)-6685/2016 saylı qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. İddiaçı qeyd edir ki, cavabdehlə boşandıqdan bir müddət sonra bir yerdə yaşamağa davam etmişlər. Belə ki, artıq 3 ildən artıqdır ki, cavabdeh və birgə nikahdan dünyaya gəlmiş övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, M.Mehdizadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Cavabdehlə boşandıqdan sonra uzun müddətdir ki, faktiki istifadəsində və sahibliyində olan evdə birgə yaşamağa başlamışlar. Onunla birgə yaşamağa razılıq verməyinə səbəb isə birgə nikahdan dünyaya gəlmiş övladları olmuşdur. Birinci instansiya məhkəməsı baxışı zamanı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı iddiasının rədd edilməsini, cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus evin əl damından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin e-2(008)-4071/2021 saylı iş üzrə qəbul etdiyi 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli Bakı şəhəri Sabunçu rayonu Sultanov küçəsi ev 12a saylı ev fərdi yaşayış evidir. Həmin evi nikahdan əvvəl almışdır. Hazırda həmin evdə də yaşayır. Artıq illərdir ki, uşağı ilə bərabər həmin evdə yaşayır. Hazırda da bütün əmlakları həmin evdədir. Cavabdehlə nikahı pozulduqdan sonra cavabdeh əvvəllər yaşadıqları Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi ev 126, mənzil 44-dən çıxıb getmişdir. Cavabdeh onun keçmiş ailə üzvüdür. Həmin evin nikahdan əvvəl alınmasını sübut edən sənədləri vardır, belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-290/2006 saylı, 03.07.2006-cı il tarixli qətnaməsindən görünür ki, qeyd edilən evi 1997-ci ildə X1 almış, hətta məhz bunun əsasında həmin şəxsin mənzilə yaşayış hüququ itirilmiş və o, mənzildən pasport qeydiyyatından çıxarılmışdır. Bütün kommunal xidmətlər - qaz, işıq, su onun adınadır. Bu evi alandan 12 il sonra cavabdehlə nikaha daxil olmuşdur. Bu evdə də birlikdə yaşamamışlar. Bundan başqa bildirir ki, cavabdeh mübahisələndirdiyi evin heç ünvanını düzgün qeyd etməmiş, hansı evlə bağlı mübahisə açdığını dəqiq qeyd etməmişdir. Digər bir hal da ondan ibarətdir ki, İddiaçı ümumiyyətlə hazırkı mübahisələndirdiyi evdə yaşamamışdır. Nikah pozulduqdan sonra uşağı ilə hazırkı evdə yaşayaya - yaşaşaya İddiaçı evin həyətində olan əl damına girmiş və oradan çıxmır. İş üzrə Sabunçu rayon məhkəməsinin 2(008)-6685/2016 saylı qətnaməsi vardır ki, həmin qətnamədən də görünür ki, cavabdeh Bakı şəhəri Elşən Süleymanov küçəsi 126 saylı evin 44 saylı mənzilində yaşamışdır. Yəni, cavabdeh hazırki evdə yaşamamışdır. Qeyd edir ki, cavabdehin onun evinin əl damına girməsi sadəcə onu əsəbləşdirmək, yaşayışına mane olmaqdır. Belə ki, o dəfələrlə evinə gələrək onunla mübahisə etmiş, onu təhqir edərək, ona əl qaldırmışdır. Dəfərlərlə polisə müraciət etmiş, hər dəfə ərizələri üzrə araşdırma olmuşdur. Bununla bağlı sübutları məhkəməyə təqdim edir. İş üzrə çoxsaylı ərizələri üzrə araşdırma materialları olmuşdur. Həmin materiallar üzrə qərarları təqdim edir. Hətta cavabdeh İddiaçı barəsində inzibati iş olmuş və müvafiq tədbir görülmüşdür. Nikah pozulduqdan sonra İddiaçılə birlikdə yaşamamışdır. Göründüyü kimi, bütün təqdim etdiyi dəlillər onu sübut edir ki, İddiaçı tələbi tam əsassızdır. O, həmin evdə yaşayır, nikahdan əvvəl almışdır, bütün kommunal xidmətlər adınadır. Əksinə İddiaçı evin əl damına qanunsuz olaraq iradəsinə zidd daxil olmuşdur. Ona görə də iddiası təmin edilməli və İddiaçı hazırkı mübahisələndirilən evdən çıxarılmalıdır. Ev özbaşına tikili olsa da faktiki olaraq nikahdan 12 əvvəl, alınmışdır. Bu ev onun xüsusi mülkiyyətimdədir. Cavabdeh onun keçmiş ailə üzvüdür. Cavabdeh mübahisəli ünvanda yerləşən həyətində yerləşən əl damına zorla, onun iradəsinə zidd olaraq daxil olmuşdur. Birgə nikahda olduqları dövrdə isə cavabdeh hazırkı evdə yaşamamışdır. Evin nikahdan əvvəl alınması məhkəmə qətnaməsi ilə tam təsdiq olunur. Birgə nikah dövründə başqa evdə yaşamaqları da digər məhkəmə qətnaməsi ilə tam təsdiq edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli evi İddiaçılə nikaha daxil olmamışdan qabaq almışdır. Evi alan zaman evin həyətində əlavə tikililər də olmuşdur, sonradan özü də əlavə tikililər etmiş və təmir etmişdir. İddiaçı qanunsuz olaraq daxil olduğu əl damını da məhz nikahdan qabaq tikmiş, lakin nikahdan sonrakı dövrlərdə bankdan kredit götürüb damını bağlatdırmış, təmir etdirmişdir. Nikah dövründə İddiaçı işləməmişdir və evin həyətində əlavə tikili tikməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, hazırda cavabdehin onu çıxarılmasını xahiş etdiyi tikili onların birgə nikah dövründə tikilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən - qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki qətnaməni İddiaçı mübahisələndirməmiş, Cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, tərəfindən verilmiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 10.06.2016-cı il tarixli, 2(008)-6685/2016 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli, 1040 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Sabunçu qəsəbəsi, M.Mehdizadə küçəsində qeydiyyatsız olaraq yaşayır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə belə nəticəyə gəlmişdir ki, Cavabdeh mübahisə edilən tikiliyə dair heç bir hüququ dövlət qeydiyyatına alınmadığına görə qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur İşin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisəli evi Cavabdeh 1997-ci ildə əldə etmiş, tərəflər 22.12.2009-cu il tarixdə nikaha daxil olmuşlar və Sabunçu rayon Məhkəməsinin 22.06.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh hazırki tələbində eləcə də apellyasiya şikayətində mübahisəli evdə əlavə tikililərin olmasını, hazırda İddiaçı daxil olduğu tikilinin də həmin vaxt mövcud olmasını bildirsə də, məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı çıxarılması tələb etdiyi ünvan 1 ünvanında yerləşən ona məxsus evin əl damının tərəflərin nikahlarından əvvəl mövcud olması öz təsdiqini tapmamışdır. Eləcə də mübahisəli evə dair Cavabdeh mülkiyyət hüququ yoxdur və ev özbaşına tikilidir. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən Cavabdeh mübahisəli tikiliyə dair hər hansı mülkiyyət hüquqları olmadığından, onun İddiaçı qarşı “cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus evin əl damından çıxarılması” tələbi təmin edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin e-2(008)-4071/2021 saylı iş üzrə qəbul etdiyi 04 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar