Məhkəmə qərarları › İş №2(103)-1079/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1079/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1079/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3397,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulma halı aşkar olunaraq aktlaşdırılmış, bu halı təsdiqləyən foto çəkilişlər aparılmış, 28.03.2016-cı il tarixli ******* saylı akt əsasında 291,6 manat, 29.09.2017-ci il tarixli ******* saylı akt əsasında 359,6 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 755 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,6 manat, 24.04.2018-ci il tarixli ******* saylı akt əsasında 442,2 manat, 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 103,6 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 97,2 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat olmaqla cəmi 3026,6 manat dəymiş ziyan hesablanmış, bundan əlavə cavabdehin əvvəldən 371 manat borcu qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, maddi imkansızlığından dolayı qaz xəttinə yalnız bir dəfə qanunsuz qoşulmuş olduğunu və bununla bağlı 28.03.2016-cı il tarixdə barəsində akt tərtib olunduqdan sonra qoşulduğu xəttin kəsildiyini nəzərə almadığı, bundan sonra heç vaxt kənar xətt vasitəsilə qazdan istifadə etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilərəkbirinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borc məbləğinə aid hissədə dəyişdirilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 71A saylı ev cavabdehə məxsusdur və onunla iddiaçı təşkilat arasında qazın alqı-satqısı barədə 10.11.2016-cı il tarixdə müqavilə bağlanaraq **********10000 saylı abonent kodu açılmışdır. Bununla yanaşı tərəflər mübahisələndirmirlər ki, cavabdehlə müqavilə bağlanmamışdan əvvəl də ona müvafiq xidmət göstərilmiş, 11.01.2013-cü il tarixdə sözügedən evə qaz sayğacı quraşdırılmışdır. İşin hallarından aydın olur ki, İddiaçı İB-nin işçiləri tərəfindən 28.03.2016-cı il tarixdə ******* saylı, 29.09.2017-ci il tarixdə ******* saylı, 31.01.2018-ci il tarixdə ******* saylı, 28.02.2018-ci il tarixdə ******* saylı, 24.04.2018-ci il tarixdə ******* saylı, 23.05.2018-ci il tarixdə ******* saylı, 28.02.2018-ci il tarixdə ******* saylı, 28.12.2018-ci il tarixdə ******* saylı, 31.01.2019-cu il tarixdə ******* saylı, 28.02.2019-cu il tarixdə ******* saylı, 29.03.2019-cu il tarixdə ******* saylı, 30.04.2019-cu il tarixdə ******* saylı, 30.05.2019-cu il tarixdə ******* saylı, 28.06.2019-cu il tarixdə ******* saylı aktlar tərtib edilərək cavabdehə məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunduğu göstərilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cavabdehə ümumilikdə 3026,6 manat borc hesablanmış, eyni zamanda onun ödənilməmiş 371 manat borcu qalmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh qaz xəttinə sayğacdan kənar qoşulmuş olduğunu etiraf etmiş, apellyasiya şikayətində də həmin halın mövcudluğunu təsdiqləməklə yanaşı, bunun yalnız bir dəfə baş verdiyini irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Kollegiyanın qənaətinə görə İddiaçı İB-nin əməkdaşlarının cavabdehin təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmiş olduğuna dair tərtib etdikləri aktlar qanunvericiliyin tələblərinə tam cavab verməsə də (cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduqları üçün), onlarda göstərilən hallara cavabdehin etirafı kontekstində yanaşılmalı, cavabdehin, aktları mübahisələndirmədiyi və həmin aktların qüvvədə olması nəzərə alınmaqla aktlar əsasında hesablanmış məbləğlərin düzgün olubolmadığına qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunan aktlara əsasən aparılmış hesabatlardan görünür ki, iddiaçı təşkilat cavabdehin evində olan qaz işlədicilərinin gücünü təsbit edərək 28.03.2016-cı il tarixli akt əsasında 90 günlük, 29.09.2017-ci il tarixli akt əsasında 152 və 28 günlük, 31.01.2018-ci il tarixli akt əsasında 88 və 92 günlük, 28.02.2018-ci il tarixli akt əsasında 30 günlük, 24.04.2018-ci il tarixli akt əsasında 55 günlük, 23.05.2018-ci il tarixli akt əsasında 27 günlük, 28.12.2018-ci il tarixli akt əsasında 180 günlük, 31.01.2019-cu il tarixli akt əsasında 30 günlük, 28.02.2019-cu il tarixli akt əsasında 30 günlük, 29.03.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.04.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.05.2019-cu il tarixli akt əsasında 30 günlük, 28.06.2019-cu il tarixli akt əsasında 30 günlük dövrü qazın itirildiyi (qeyri-qanuni istehlak olunduğu) dövr kimi nəzərə almış və müvafiq məbləğləri cavabdehdən tələb etmişdir. Kollegiya hesab edir ki, cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulduğunun təsbit edildiyi ilk tarixdən (28.03.2016-cı il) sonrakı tarixlərdə tərtib olunmuş aktlar əsasında aparılan hesabat müddətləri biri-birlərini tamamlasalar da, 28.03.2016-cı il tarixindən məhz 90 gün əvvəldən cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulmuş olduğu sübuta yetirilməmişdir. Mübahisəsiz olan həmin tarixdə cavabdehin qazdan sayğacdan kənar istifadə etdiyinin müəyyənləşdirilmiş olmasıdır – onun hansı tarixdən etibarən bu pozuntuya yol verdiyi isə ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının qaz xəttinə qanunsuz qoşulması təsbit edildiyində ziyan məbləğinin hansı metodla hesablanmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin hansı tarixdən baş verdiyini müəyyənləşdirmək mümkün deyildirsə, bu halda istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehə28.03.2016-cı il tarixli akt əsasında 972 m3(1,2 x 6 x 30 gün = 216 m3; 1,4 x 18 x 30 gün = 756 m3 – cəmi 972 m3 x 0,10 qəpik = 97,2 manat) qaz sərfiyyatı hesablana bilərdi; bu isə o deməkdir ki, ondan tələb olunan 3397,6 manat borcun 194,4 manatı əsassız hesablanmışdır (291,6 manat – 97,2 manat = 194,4 manat). Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5359/2019 saylı iş üzrə 27 sentyabr 2019-cu il il tarixli qətnaməsi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 3397,6 manat borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə tutulmalı olan borc 3203,2 (üç min iki yüz üç manat 20 qəpik) məbləğində müəyyənləşdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar