Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-108/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh Şirkətinin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin (“BP” Azərbaycan müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) cavabdehlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və Cavabdeh Şirkətinə qarşı «əmək haqqına əlavələrin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-138/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı16, İddiaçı15, İddiaçı19, İddiaçı21, İddiaçı20, İddiaçı18, İddiaçı17, İddiaçı22 (“BP” Azərbaycan müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı «əmək haqqına əlavələrin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı16, İddiaçı15, İddiaçı19, İddiaçı21, İddiaçı20, İddiaçı18, İddiaçı17, İddiaçı22 ayrı-ayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 20 (iyirmi min) manat məbləğində əmək haqqına əlavə, habelə əmək fəaliyyəti ilə bağlı vurulmuş mənəvi ziyana görə yuxarıda qeyd edilən hər bir şəxsə 5 000 manat, ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiya, 12 saylı Vəkil bürosuna və Mediatora ödənilən xidmət haqqları (hər bir iddiaçı üçün 75 manat) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq hər bir iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-138/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçılar İddiaçı1 11438 (on bir min dörd yüz otuz səkkiz) manat, İddiaçı2 12489 (on iki min dörd yüz səksən doqquz) manat, İddiaçı3 12120 (on iki min yüz iyirmi) manat, İddiaçı4 8350 (səkkiz min üç yüz əlli) manat, İddiaçı5 10884 (on min səkkiz yüz səksən dörd) manat, İddiaçı6 7183 (yeddi min yüz səksən üç) manat, İddiaçı7 7710 (yeddi min yeddi yüz on) manat, İddiaçı8 10222 (on min iki yüz iyirmi iki) manat, İddiaçı9 13256 (on üç min iki yüz əlli altı) manat, İddiaçı10 7196 (yeddi min yüz doxsan altı) manat, İddiaçı11 10996 (on min doqquz yüz doxsan altı) manat, İddiaçı12 9927 (doqquz min doqquz yüz iyirmi yeddi) manat, İddiaçı13 10572 (on min beş yüz yetmiş iki) manat, İddiaçı14 14438 (on dörd min dörd yüz otuz səkkiz) manat, İddiaçı16 12117 (on iki min yüz on yeddi) manat, İddiaçı15 12546 (on iki min beş yüz qırx altı) manat, İddiaçı19 9241 (doqquz min iki yüz qırx bir) manat, İddiaçı21 10085 (on min səksən beş) manat, İddiaçı20 9214 (doqquz min iki yüz on dörd) manat, İddiaçı18 10996 (on min doqquz yüz doxsan altı) manat, İddiaçı17 13074 (on üç min yetmiş dörd) manat, İddiaçı22 12117 (on iki min yüz on yeddi) manat yetmiş qəpik) pul tutulması, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən mənəvi ziyana görə iddiaçılar İddiaçı1 500 (beş yüz) manat, İddiaçı2 500 (beş yüz) manat, İddiaçı3 500 (beş yüz) manat, İddiaçı4 500 (beş yüz) manat, İddiaçı5 500 (beş yüz) manat, İddiaçı6 500 (beş yüz) manat, İddiaçı7 500 (beş yüz) manat, İddiaçı8 500 (beş yüz) manat, İddiaçı9 500 (beş yüz) manat, İddiaçı10 500 (beş yüz) manat, İddiaçı11 500 (beş yüz) manat, İddiaçı12 500 (beş yüz) manat, İddiaçı13 500 (beş yüz) manat, İddiaçı14 500 (beş yüz) manat, İddiaçı16 500 (beş yüz) manat, İddiaçı15 500 (beş yüz) manat, İddiaçı19 500 (beş yüz) manat, İddiaçı21 500 (beş yüz) manat, İddiaçı20 500 (beş yüz) manat, İddiaçı18 500 (beş yüz) manat, İddiaçı17 500 (beş yüz) manat, İddiaçı22 500 (beş yüz) manat pul tutulması, ödənilmiş 75 (yetmiş beş) manat xidmət haqqının 50 (əlli) manatı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq hər bir iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Şirkətinin nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayət verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi-vəkili və cavabdehin nümayəndəsi-vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdilər. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq məhkəmənin icraatında olan hazırki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətindədirlər və qarşılıqlı razılığa gələrək ərizəyə əlavə olunmuş şərtlərlə hazırkı barışıq sazişini imzalamışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni müdafiə edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Şirkətinin nümayəndəsivəkili Nümayəndə2 ərizəni müdafiə edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, saziş məhkəmə kollegiyası tərəfindən təsdiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, bir tərəfdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı16, İddiaçı15, İddiaçı19, İddiaçı21, İddiaçı20, İddiaçı18, İddiaçı17, İddiaçı22; digər tərəfdən Cavabdeh Şirkəti Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-108/2024 saylı mülki işə dair aşağıdakı şərtlərlə barışıq sazişini bağladılar:
1. İddiaçılar cavabdehlərə ("xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və "xxxx"Şirkətinə) qarşı “onların ayrı-ayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 20 (iyirmi min) manat məbləğində əmək haqqına əlavənin, habelə əmək fəaliyyəti ilə bağlı vurulmuş mənəvi ziyana görə yuxarıda qeyd edilən hər bir şəxsə 5000 manatın, ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiyanın, 12 saylı Vəkil Bürosuna və Mediatora ödənilən xidmət haqlarının (hər bir iddiaçı üçün 75 manat) cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq hər bir iddiaçıya ödənilməsi barədə iddia tələblərindən imtina edirlər.
2. Sazişin birinci bəndi icra edildikdən sonra cavabdeh hər bir iddiaçıya ayrı-ayrılıqda nett (xalis) 6.300 (altı min üç yüz) manat, cəmi 138.600 (yüz otuz səkkiz min altı yüz) məbləğində pulu onlara ödəməyi və qeyd olunan məbləğlə bağlı bütün sosial sığorta ayırmalarını və digər məcburi ödənişləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.
3. Tərəflər bu sazişi imzalamaqla bildirir ki, sazişin bütün bəndləri icra olunduqdan sonra saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda «Briggs Environmental Services Limited Şirkətinə, onun Azərbaycan nümayəndəliyinə və onun işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər-hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.
4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər. Bu saziş azərbaycan dilində, 2 vərəqdə, 3 nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçılarda, biri cavabdehdə, digəri isə Bakı Apellyasiya Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400 ə 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-138/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı16, İddiaçı15, İddiaçı19, İddiaçı21, İddiaçı20, İddiaçı18, İddiaçı17, İddiaçı22; digər tərəfdən Cavabdeh Şirkəti Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-108/2024 saylı mülki işə dair barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçılar cavabdehlərə ("xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və "xxxx"Şirkətinə) qarşı “onların ayrı-ayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 20 (iyirmi min) manat məbləğində əmək haqqına əlavənin, habelə əmək fəaliyyəti ilə bağlı vurulmuş mənəvi ziyana görə yuxarıda qeyd edilən hər bir şəxsə 5000 manatın, ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiyanın, 12 saylı Vəkil Bürosuna və Mediatora ödənilən xidmət haqlarının (hər bir iddiaçı üçün 75 manat) cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq hər bir iddiaçıya ödənilməsi barədə iddia tələblərindən imtina edirlər.
2. Sazişin birinci bəndi icra edildikdən sonra cavabdeh hər bir iddiaçıya ayrı-ayrılıqda nett (xalis) 6.300 (altı min üç yüz) manat, cəmi 138.600 (yüz otuz səkkiz min altı yüz) məbləğində pulu onlara ödəməyi və qeyd olunan məbləğlə bağlı bütün sosial sığorta ayırmalarını və digər məcburi ödənişləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.
3. Tərəflər bu sazişi imzalamaqla bildirir ki, sazişin bütün bəndləri icra olunduqdan sonra saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda «Briggs Environmental Services Limited Şirkətinə, onun Azərbaycan nümayəndəliyinə və onun işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər-hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.
4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər. Bu saziş azərbaycan dilində, 2 vərəqdə, 3 nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçılarda, biri cavabdehdə, digəri isə Bakı Apellyasiya Məhkəməsində iş materiallarında saxlanılır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı16, İddiaçı15, İddiaçı19, İddiaçı21, İddiaçı20, İddiaçı18, İddiaçı17, İddiaçı22 (“BP” Azərbaycan müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) cavabdehlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və Cavabdeh Şirkətinə qarşı «əmək haqqına əlavələrin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə