Məhkəmə qərarları › İş №2(103)-1080/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1080/2024

15.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1080/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrini ləğv edərək, onun əvvəlki vəzifəsinə (işinə) bərpa etməklə, 19 fevral 2015-ci il tarixindən işdən çıxma tarixinədək – 29 iyun 2021-ci il tarixinədək olan dövr üçün ödənilməmiş aylıq minimum əmək haqqı – 300 manat məbləğində əmək haqqı olmaqla, işə bərpa olunan tarixədək (günədək) məcburi iş buraxmaya görə orta əmək haqqının, həmçinin istifadə olunmamış əsas məzuniyyətlərə görə kompensasiya, maddi ziyana görə isə 200 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Cavabdeh MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə (Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilmədiyindən) şikayət geri qaytarılmışdır. Cavabdeh MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 403/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qəradadından şikayət vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.07.23-cü il tarixli qərardadı ilə, cavabdeh "Monella” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 31.05.23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC tərəfindən 06 mart 2023-cü il tarixli qətnamədən yenidən apellyasiya şikayəti verilmiş və şikayətə iddia müddətinin tətbiq edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən və ötürülmüş müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qəraradad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixli qərardaddan şikayət, xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddət bərpa edilməsi barədə ərizə və şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətinin təmin edilməməsi, Cavabdeh MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddət bərpa edilməməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa olunması və eyni zamanda şikayətləndirmə müddəti ötürülmüş şikayətlərin qəbul olunması hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununda ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir(ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a) Beləliklə, əgər iddia müddətini hüquqi şəxslər ötürərsə, onda ötürmənin üzrlü səbəblərlə bağlılığından asılı olmayaraq, iddia müddəti bərpa edilmir. Cavabdeh "xxxx" MMC şikayət verərək Bakı şəhəri Binəqədi rayon Məkəməsinin 2(001)- 403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının tamamilə ləğv еdilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyasına məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 133, 260, 263, 264, 266, 268, 357, 360, 363-cü maddələrinə istinadən qeyd edilmişdir ki, eyni məhkəmə 2 əsasla, 1-ci qəraddadında müddətin bərpa edilməsi barədə ərizənin təqdim olunmamsına, 2-ci qərardadında isə müddətin bərpasının fiziki şəxslərə münasibətdə olmasını göstərərək (əsaslanaraq) şikayətlərinin geri qaytarılmasını qərara almışdır. Bindan başqa işə baxan məhkəmə apellyasiya şikayəti verilərkən texniki səhvə görə apelyasiya şikayətinin dəfələrlə geri qaytarılması süründürməçiliyə gətirib çıxarıb. Bununla da məhkəmə bu iş üzrə verdikləri apelyasiya şikayətinin baxılmasına imkan (şərait yaratmır) vermir. Apelyasiya şikayətindən də aydın görünür ki, şikayətlərində maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməsi ilə bağlı bütün dəlillər göstərilmiş apelyasiya şikayətinin formasına düzgün riayət olunmuş, eyni zamanda texniki məsələyə görə apelyasiya şikayəti dəfələrlə geri qaytarılmışdır. İşə baxan məhkəmə əsassız olaraq Azərbaycan Respublikası MPM-nin 133, 260, 263-264, 266-268-ci maddələrinə istinad edərək sonda əsassız və qanunsuz qərardad çıxarmışdır. İşə baxan hakim qərardad çıxararkən qanunun bu normalarını da kobud şəkildə pozmuşdur. Tərəflərindən apelyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-268, 357, 360 və 363-cü maddələrinin tələbləri pozulmamışdır. Məhkəmə qərardad çıxararkən, formal mülahizələrinə əsaslanaraq qanunun tələblərini kobud şəkildə pozmaqla maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız, qanunsuz və ədalətsiz qərardad çıxarmışdır. İşə baxan məhkəmə qərardad çıxararkən şikayəti vaxtında vermələrini, şikayət vermək hüquqlarının olmasını və verilmiş şikayətin MPM-nin 361-cı müddətinin tələblərinə uyğun verilməsini müəyyən etsə də, əsassız olaraq MPM-nin 382-ci maddəsinə özündən şərh verərək işi (texniki səhv olmasını nəzərə almamış) tam və hərtərəfli araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-403/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 263-269, 385-395, 397, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin pozulması ilə tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. İki qərardaddan verilən şikayətə (birindən prosessual müddətin bərpası barədə) prosedur qaydalara və prosessual müddətlərə riayət edilməməklə həyata keçirilən məhkəmə prosesi səlahiyyət baxımından birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan şikayətin mahiyyətinə apellyasiya icraatı qaydasında baxılması imkanını da istisna edir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli bir qərardaddan, xx.xx.2023-cü il tarixdə isə xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə və şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu müraciətlərə baxılma müddətlərini, prosedur qaydalarını pozmaqla bir yerdə baxmış və bir məhkəmə aktı ilə qiymət vermişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixində şikayət və şikayətin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə, xx.xx.2023-cü il tarixli qərardadından isə xx.xx.2023-cü il tarixində şikayət verilmişdir. Məhkəmə tərəfindən ərizəyə və şikayətə xx.xx.2023-cü il tarixində münasibət bildirilmiş, bir qərardaddan verilən şikayətə 3 gün ərzində baxıldıqdan sonra apellyasiya instansiya məhkəməsinə göndərilməli, ərizəyə münasibətdə isə təmin edilmədiyi halda birinci instansiya məhkəməsində qərardaddan şikayət vermək hüquqları təmin edilməli idi. Ona görə, ayrı-ayrı məsələlər üzrə prosessual nəticələrə bir qərardadla mahiyyəti üzrə qiymət verilməsi yolverilməzliyi baxımından kollegiya mahiyyəti üzrə qiymət verilməsini mümkün hesab etmir. Kollegiya hesab edir ki, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməklə ondan verilən şikayət qismən, yalnız qeyd edilən prosessual əsaslarla ləğv edilməli və qərardad üzrə qiymət verilən müraciətlərə prosedur qaydalarına müvafiq birinci instansiya məhkəməsi tərəfindən ayrılıqda qiymət verilməlidir. Bununla belə diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Ona görə qeyd edilən xüsusatlar səlahiyyət çərçivəsində birinci instansiya məhkəməsi tərəfindən ətraflı tədqiq edilməli, ədalət mühakiməsinin vəzifələrinə müvafiq sui-istifadənin yolverilməzliyi baxımından da qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və 18.10.23-cü il tarixli qərardaddan verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar