Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10811/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı R.Quliyevin nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3, onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4722/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinin və fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 tərəfindən boşaldılması və həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra o, iddia tələbinin həcmini artıraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 tərəfindən boşaldılması və həmin yaşayış evinin cavabdehlər tərəfindən İddiaçı təhvil verilməsi, 01.06.2020-ci il tarixdən 22.06.2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) 8400 manatın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya təhvil verilənədək 01.07.2021-ci il tarixdən hesablanmaqla, aylıq 700 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 öz növbəsində İddiaçı və Cavabdeh2 qarşı (faktiki olaraq icarəsində və istifadəsində olan sahənin təmirinə və həmin sahənin şəraitinə uyğun olaraq aldığı avadanlıqlara görə xərclədiyi pulun ona geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki olaraq icarəsində və istifadəsində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 7M ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin təmirinə, avadanlıqların alınmasına və sair işlərə görə xərclədiyi 30000 manat məbləğində pulun, həmin sahənin hazırki mülkiyyətçisi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nəsib oğlundan və həmin sahənin keçmiş mülkiyyətçisi, iş üzrə Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi və pulun ödənilməsi ilə onun həmin sahədən çıxarılmasının eyni vaxtda icra olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı eyni zamanda, iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186 kv.m olan iki mərtəbəli qeyri-yaşayış sahəsindən istifadənin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə cavabeh Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəsinə maneələr yaradılmasının ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Əliyev, iş № 2(001)-1784/2021) ərizə qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məxsus olan əşyalardan (avadanlıq, reklam qurğuları və.s) istifadə edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlərə qadağan edilmiş, ərizə qalan hissədə təmin olunmamışdır. Qərardaddan İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda şikayət verilmişdir. İddiaçı şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Cavabdehlər qanunsuz və əsassız olaraq həmin yaşayış sahəsində fəaliyyət göstərirlər. Belə olan halda isə iddiaçının mülkiyyət hüquqları pozulur. Bundan başqa qeyd etmək lazımdır ki, iddia ərizəsində və iddianı təmin etmə tədbiri barədə ərizədə həmin əmlakda yerləşən, guya qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan əşyaların dəqiq dairəsi müəyyən deyildir. Eyni zamanda həmin əşyaların qarşılıqlı iddia üzrə iddiaçılara məxsus olması faktı müəyyən edilməmiş, onlar bunu sübut edə bilməmişlər. Hazırki qərardadla ilkin iddiaçının mülkiyyət hüquqlarından Konstiusiyamızda və Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada istifadə etməsi qadağan edilmişdir. Belə ki, həmin daşınmaz əmlakın içərisində kifayət qədər əşyalar mövcuddur ki, həmin əşyalardan istifadə edilə bilməməsi mülkiyyətçinin hüquqlarını pozur. Bundan başqa qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edir ki, təmin tədbiri verməklə ilkin iddia üzrə iddiaçının məqsədi guya məhkəmə qərardadı ilə təmin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə mane olmaqdır. Bununla bağlı qeyd edir ki, məhkəmənin həmin qərardadı icra edilmiş, 15.09.2021-ci il tarixdə ekspertin və məhkəmə işçilərinin iştirakı ilə həmin əşyalara baxış keçirilmiş, onların fotoşəkilləti çəkilmiş və müvafiq rəy hazırlanması üçün aidiyyəti üzrə göndərilmişdir. Belə olan halda da, artıq həmin hissədə iddianı təminetmə tədbirinin qalması zərurəti yoxdur. Onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi həmin əşyalarla bağlı deyil, yalnız həmin əşyaların dəyəridir. Belə olan halda ilk növbədə həmin əşyaların kimə məxsus olması faktı müəyyən edilməmiş, hazırkı iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilə bilməz. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçının ərizədə qeyd etdiyi kimi narahatçılığı həmin əşyaların məhv edilməsidirsə, artıq həmin əşyaların dəyərinin ordada qeyd edilməsini öz təminetmə tədbiri barədə ərizəsində qeyd etməməsi ağlabatan deyil. Əgər həmin əşyalara marağı varsa, dəfələrlə onlar tərəfindən yazılı və şifahi qaydada özünəməxsus olan əşyaları gəlib seçərək götürməsi bildirilmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçının tək niyyəti ondan ibarətdir ki, həmin əşyaların oradan çıxarılmasını suni şəkildə gecikdirməklə, iddiaçının həmin əmlakdan istifadə edə biləməməsinin qarşısının alınması və ona maddi ziyan yetirməsidir. Cavabdeh3 şikayəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardadda məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı olaraq, o iddianın təmin etmə tədbiri barədə ərizəni o məqsədlə vermişdir ki, onun faktiki sahibliində olan qeyri-yaşayış sahəsinə qanunsuz formada daxil olunmuş, orada olan ona məxsus əşyaların əksər hisəsi məhv edilmiş, bəzi əşyalar oğurlanmış, reklam və dizayn plakatları məhv edilmişdir. Bu isə ekspert qarşısında qoyulan sualların cavablandırılmasında və nəticədə qətnamənin icrasında çətinliklər yaradacaq. Qəbul edilən qəradad qətnamənin gələcəkdə icrasını təmin etməyəcək. Belə ki, qarşılıqlı iddia ərizəsinə və iş materiallarına əlavə edilən sübutlardan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsi artıq 10 ilə yaxın müddətdir ki, təhsil mərkəzi olaraq fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsinin təmirinə və oradakı avadanlıqların alınmasına çəkilən xərclər təhsil mərkəzinin fəaliyyət göstərməsinə xidmət etmişdir. Hazırkı mübahisənin uzun müddət davam etməsi onun həmin qeyri-yaşayış sahəsindən istifadəsinə maneçilik törədir. Qeyd edilən qərardadda ona məxsus avadanlıqlara, reklam plakatlarından istifadənin cavabdehə qadağan edilməsi onun qeyri-yaşayış sahəsində olan avadanlıqdan tam olaraq istifadə edilməsi imkanı anlamına gəlməməlidir. Çünki iş materiallarında olan sənədlərə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsi ilkin iddia üzrə İddiaçı adına özgəninkiləşdirilmişdir. Belə olan halda həmin qeyri-yaşayış sahəsində olan əşyalardan istifadə edilməsi qeyri-mümkün hala çevriləcəkdir. İlkin iddia üzrə İddiaçı həmin ünvana daxil olması, ona məxsus əşyalardan istifadəyə kifayət qədər maneçilik törətməsi ilə yanaşı, aralarında olan mübahisənin geniş vüsət almasına rəvac verə bilər. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4722/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadı qətnamənin gələcəkdə icrasının təmin edilməsinə yönəlməmişdir. Belə ki, qətnamə sonda iddia tələbinin təmin və ya rədd edilməsi ilə nəticələnən yekun aktdır. Mübahisələndirilən qərardad isə yalnız ekspertizanın aparılmasında çətinliyin, ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılmasına maneçiliyin aradan qaldırılmasına xidmət etmişdir. Çünki əgər qərardad iddia tələbinin gələcəkdə təmin edilməsinə yönəlsə idi, bu halda iddia tələbinə uyğun qərardad qəbul edilərdi. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3, 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə isə İddiaçı şikayəti təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və nümayəndəsi (vəkili) A.Nurməmmədov məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda qarşı tərəfin şikayətini qəbul etmədiklərini bildirdilər. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasının iclasında təmsil etdiyi şəxsin şikayətinin təmin olunmasını, qarşı tərəfin şikayətinin isə rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şikayətlərin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətlər təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin qismən təmin edilməli olması barədə mövqeyi əsaslı olmuşdur. Şikayətlərin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-10811/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10811/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver