Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1083/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 2069/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2016cı il tarixli, T/10109 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər.
3. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir.
4. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********40000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G4T tipli qaz sayğacı quraşdırılmışdır.
5. Müqavilədə abonentin istifadəsində yalnız bir ədəd PQ-4 qaz qurğusunun olduğu qeyd edilmişdir.
6. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 642 manat; -xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 426,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 756 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1240,80 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat;
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5156,60 manat zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 25 manat pulun, 74,82 manat ödənilmiş dövlət rüsumunun, 400 manat vəkil xidmətlərinin əvəzinin, ümumilikdə 5656,42 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-ci il tarixli, T/10109 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, həmçinin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı qeyri-qanuni talaması faktları və istehlakçının qaz sayğacını dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 642 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 426,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 756 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1240,80 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat. Cəmi 5156,60 (beş min yüz əlli altı manat 60 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmiş və sayğac üzrə (debitor borc) 25 manat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 5181,60 manat təşkil etməkdədir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 2069/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2197,2 məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 25 manat pul, pozulmuş hüquqların bərpası ilə bağlı 65 manat xərc və 74,82 manat ödənilmiş dövlət rüsumu cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankının İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı xx.xx.2021-ci il tarixli ******* saylı aktlar aktlar üzrə 2197,2 manat pulun tutulması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. İddianın təmin edilməyən hissəsində məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Bu səbəbdən məhkəmə iddianıhəmin hissələrdə əsassız hesab etmişdir.
11. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442-ci maddələrinə, , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq edilmiş «X2»-na istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktların surətinin abonentə verilməməsini, abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmiş, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, onların əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə, sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 27.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
28. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.
29. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
30. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:
31.1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 32.3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 33.4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 34.6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
35. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
36. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
42. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
44. Belə ki, iş materiallarında olan müqavilədən və iddiaçı tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçıya məxsus ünvana qaz sayğacı 2016-cı ildə, sonradan isə 2021-ci ildə quraşdırılmışdır və həmin ünvanda iddiaçının istifadəsində 1 ədəd PQ-4 tipli qaz cihazı mövcud olmuşdur.
45. Cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə əlaqədar onun barəsində iddiaçı təşkilat tərəfindən 11 akt tərtib edilmişdir və həmin aktlar əsasında iddiaçıya hesablanmış borcun məbləği ümumilikdə 5156,60 manat təşkil edir. Bundan başqa, abonentin qazdan istifadəyə görə 25 manat abonent borcu mövcuddur.
46. Qeyd edilən aktlardan xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı xx.xx.2021-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış borc məbləği, habelə 25 manat abonent borcu birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyindən kollegiya qiymətləndirməni yalnız təmin edilməyən aktlar üzrə hesablanmış borcların əsaslı olub olmaması hissəsində aparır.
47. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli akta istinad etməklə 1240,8 manat, xx.xx.2021-ci il tarixli akta istinad etməklə isə 540 manat ziyanın ödənilməsini tələb etsə də, həmin aktları məhkəməyə təqdim etməmişdir. Həmçinin, bu aktlarda göstərilən tarixlərdə cavabdehin qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən digər sübutlar da iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən həmin tarixlərdə cavabdehin qaz xəttinə qanunsuz qoşulması sübuta yetirilmiş hesab edilə bilməz.
48. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən həmin aktlar üzrə hesablanmış ziyanın cavabdehdən tutulması hissəsində iddianın təmin edilməməsini kollegiya işin hallarına uyğun hesab edir.
49. Digər xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış və cavabdehdən tələb edilən borc məbləğləri ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşaraq qeyd edir ki, həmin aktların faktiki olaraq abonentə qazdan qanunsuz istifadə etməyə şərait yaratmaqla tərtib edilməsinə dair gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə işin müəyyən edilmiş məhz hansı hallarına əsasən bu nəticəyə gəldiyini qətnamədə əsaslandırmamışdır.
50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, həmin aktların ardıcıl aylar üzrə tərtib edilməsi özü-özlüyündə onların qeyri-mötəbər olması kimi qiymətləndirilə bilməz.
51. Həmçinin, pozuntuya dair aktların ardıcıl tərtib edilməsinin abonentin qaz şəbəkəsinə kənar qoşulmasına şərait yaratması kimi qiymətləndirilməsi də başa düşülən deyil.
52. Kollegiya qeyd edir ki, X2nı tənzimləyən normativ sənədin tələblərinə görə, qaz paylayıcısının nümayəndəsi X2nın pozuntusunu aşkar etdikdə, bu barədə akt tərtib etməklə, həmin pozuntunun baş verməsini rəsmiləşdirməlidir.
53. Bu cür aktların abonentin iştirakı ilə tərtib edilməsi, yaxud tərtib edildikdən sonra onların bir nüsxəsinin abonentə təqdim edilməsi tələbi qanunvericilikdən irəli gəlsə də, kollegiya hesab edir ki, bu tələblərə riayət edilməməsi abonentin həmin aktlarda təsvir edilmiş pozuntunun baş vermədiyi kimi qiymətləndirilə bilməz.
54. Bu cür işlər üzrə mübahisəni həll edərkən həmin aktlarda göstərilən pozuntunun baş verməsi və nəticədə qaz paylayıcısına ziyanın dəyib-dəyməməsi bu aktları işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə təhlil etməklə müəyyən edilməlidir.
55. Bu mənada kollegiya qeyd edir ki, iş materiallarında olan abonent saldolarından müəyyən edilir ki, cavabdehin barəsində aktların tərtib edildiyi müddətlərdə qazdan istifadəyə görə edilmiş ödənişlər analoji müddətlər üçün başqa illərdə edilmiş ödənişlərdən əhəmiyyətli dərəcədə azdır.
56. Cavabdeh qazdan istifadə zamanı bu cür azalmanın səbəbini hər hansı tutarlı əsasla izah edə bilməmişdir.
57. Bundan başqa, iş materiallarına fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə qaz xəttinə rezin boru (şlanq) vasitəsilə qaz xəttinə sayğacdan kənar qoşulma halının olması əks olunmuşdur.
58. Bu fotoşəkillərdə əks olunmuş ünvanın cavabdehə məxsus olması mübahisələndirilməmişdir.
59. Yuxarıda göstərilənlərdən bu qənaətə gəlmək olur ki, Cavabdeh məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halları baş vermişdir, ona görə də həmin qoşulma nəticəsində iddiaçı təşkilata dəymiş zərərin ödənilməsi təmin edilməlidir.
60. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın məbləği düzgün müəyyən edilməmişdir.
61. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehlə bağlanmış qazın verilməsinə dair müqavilədə və abonent saldosunda onun istifadəsində bir ədəd PQ-4 qaz cihazının olduğu göstərilmişdir.
62. Lakin tərtib edilmiş aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin vurduğu ziyan yalnız PQ-4 qaz cihazı üzrə deyil, həm də dəmir soba, QSSQ, QSQ kimi qaz cihazları üzrə aparılmışdır.
63. Lakin iddiaçı təşkilat cavabdehin istifadəsində bu cür qaz cihazlarının olduğunu müəyyən etməyə imkan verən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
64. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində vurduğu ziyanın məbləği yalnız bir ədəd PQ-4 markalı qaz cihazı üzrə aparılmalıdır. İddiaçı tərəfindən həmin qaydada aparılmış hesablama ilə dəymiş ziyanın məbləği aşağıdakı kimi müəyyən edilmişdir:
65. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,6 manat;
66. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 96 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 96 gün) 691 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 69,1 manat;
67. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 60 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 60 gün) 432 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 43,2 manat;
68. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 30 gün) 216 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 21,6 manat;
69. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 60 gün olması nəzərə alınmaqla (1,2m3 x 6 saat x 60 gün) 432 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 43,2 manat;
70. xx.xx.2019-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 4 saat, qazdan qanunsuz istifadə 90 gün olması nəzərə alınmaqla (1,2m3 x 4 saat x 90 gün) 540 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 54,0 manat;
71. Qeyd edilən qaydada aparılmış hesablama ilə apellyasiya baxışının predmeti olan hissədə cavabdehin qazdan qanunsuz istifadə etməsi nəticəsində vurmuş olduğu ziyanın məbləği ümumilikdə 241,9 manat müəyyən edilir.
72. Digər qaz cihazlarının cavabdehin istifadə etməsi iş materialları ilə müəyyən edilmədiyindən, kollegiya həmin cihazlar üzrə aparılmış hesabat nəticəsində müəyyən edilmiş ziyanın iddiaçıdan tələb edilməsi əsaslı hesab etmir.
73. İşə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.
74. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, cavabdehin qazdan qanunsuz istifadə etməsi ilə bağlı dəymiş ziyana görə ondan iddiaçının xeyrinə 241,9 manat pul tutulmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdir.
75. Kollegiya qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-2069/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin və həmin hissədə iddia tələbi qismən edilsin. Cavabdeh İddiaçı İB QSC-nin xeyrinə 241,90 manat (iki yüz qırx bir manat doxsan qəpik) məbləğində pul tutulsun. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.