Məhkəmə qərarları › İş №2(103)-1084/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1084/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1084/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsi cəlb olunmaqla qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hüquqi faktın müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsi cəlb olunmaqla "hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2919/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 5 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin AZ-İ seriyalı 766648 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci ildə vəfat etmişdir.

2. 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 121753 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci ildə vəfat etmişdir.

3. xx.xx.2022-ci il tarixli **********33 nömrəli DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən torpaq sahəsinin mərhum X9 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

4. Bakı şəhəri 39 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 221 nömrəli məktubundan görünür ki, X9 xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar vərəsəlik işi açılmış, X10 miras qoyanı olması müəyyən edilmiş, Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X11 təsdiq etdiyi X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair X1 və istifadəsində olma faktının müəyyən edilməsinə etiraz etmir.

6. Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X11 təsdiq etdiyi X5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair X1 və istifadəsində olma faktının müəyyən edilməsinə etiraz etmir.

7. Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu X6 təsdiq etdiyi X7 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair X1 və istifadəsində olma faktının müəyyən edilməsinə etiraz etmir.

8. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 rəhbərliyi və həmkarlaq ittifaqı komitəsinin birgə iclasının xx.xx.1999-cu il tarixli qərarından görünür ki, X12 Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerləşən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsi cəlb olunmaqla "hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi" tələbinə dair məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2015-ci ilədək mərhum X9 və həmin tarixdən etibarən isə X10 barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixli Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X2 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə vəfat etmiş atası X12 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum X9 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bundan sonra müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11321/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(103)-1086/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (112)-11321/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-1691/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-1086/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1691/2023 nömrəli qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istinad etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarında qeyd edilən torpaq sahəsinin mərhum atasının mülkiyyətinə, sahibliyinə, istifadəsinə, icarəsinə verilməsi və ya ona ayrılması barədə hər hansı xüsusat qeyd edilməmiş, sadəcə olaraq, torpaq sahəsinin mərhumun adına ayrılmasına razılıq verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsinə dair cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, mərhum X9 mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın ona məxsus olması barədə müvafiq arayışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (müqavilə və digər əsaslar), habelə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır. Qeyd olunanlara münasibətdə bildirirəm ki, mərhuma atama torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 64-cü maddəsinə uyğun olmuşdur. Belə ki, həmin maddəyə əsasən dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən istifadələrində olan torpaqlardan öz işlərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq sahələri verə bilərlər. Azərbaycan Dövlət Dəmir Yolu qərar qəbul olunduğu zaman dövlət qurumu olmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 383 nömrəli Fərmanı ilə yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır). Həmin qurum həmkarlar ittifaqı ilə birlikdə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişlər. Torpaq sahəsi ayrıldıqdan sonra bir neçə ay ərzində mərhum atası torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda o, ailə üzvləri ilə həmin evdə yaşayır. xx.xx.1999-cu il tarixli qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi nəzərdə tutulmasa da, həmin tarixdən torpaq sahəsi onun faktiki sahiblik və istifadəsindədir. Fərdi yaşayış evində bütün kommunal xəttlər əvvəllər mərhum atasının, hal-hazırda isə onun adınadır. Bununla bağlı ödənişlər edir. Bakı şəhəri 39 nömrəli Notariat Ofisinin xx.xx.2022- ci il tarixli 211 nömrəli məktubuna əsasən, mərhumun vərəsəsi olması bildirilmişdir. Vərəsəlik işi açılan zaman digər vərəsələr miras əmlakdan xeyrinə imtina etmişdilər. Həmçinin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi 13Q) o, ailə üzvləri (atası və anası vəfat etdikləri tarixə qədər) yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayırlar.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2919/2024 nömrəli, 30 oktyabr 2024-cü il qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim X15).

12. Məhkəmə ərizəni rədd edərkən ona istinad etmişdir ki, MPM-in 308-ci maddəsinin müddəlarını, yəni ərizəçinin sözügedən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsi faktını aşkar etmədiyinə görə idda tələbini təmin edə bilməz. Göründüyü kimi, xüsusi icraat qaydasında daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən olunması zamanı əsas meyar mübahisəli əmlakın qeydiyyata alınması şərtidir ki, bu hal hazırki işdə mövcud deyil və daşınmaz əmlak dövlət qeydiyyatın alınmayıb. Belə olan halda iddia tələbi təmin oluna bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 307-ci, 308-ci və 310-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmununu ərizənin məzmununa uyğun əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında ərizəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə maraqlı çəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 308-ci maddəsinin müddəlarını, yəni ərizəçinin sözügedən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsi faktını aşkar etmədiyinə görə idda tələbini təmin edə bilməz. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Ərizəçi tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair ərizəçinin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Onun atasına verilmiş sənəd yalnız Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 rəhbərliyi və həmkarlaq ittifaqı komitəsinin birgə iclasının xx.xx.1999-cu il tarixli qərarı ilə Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerləşən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq olmuşdur. Həmin qərar isə mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil .

25. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Qərarda məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.

26. Göründüyü kimi, xüsusi icraat qaydasında daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən olunması zamanı əsas meyar mübahisəli əmlakın qeydiyyata alınması şərtidir ki, bu hal hazırki işdə mövcud deyil və daşınmaz əmlak dövlət qeydiyyatına alınmayıb.

27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2919/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar