Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1085/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı “icra müqaviləsinin ləğv olunması, icarə predmetinin təmirinə xərclənmiş vəsaitin ödənilməsi tələbinə dair” və İddiaçı2 cavabdehlər İddiaçı1 MMC və X2 qarşı “icarə müqaviləsinin ləğv olunması və borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(007)-43/2021 saylı qətnaməsindən İddiaçı2 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 MMC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İcarəyə verən” Cavabdeh1, “İcarəçi” - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış 25 may 2017-ci il tarixli İcarə müqaviləsinin ləğv olunmasını, cavabdehdən 16000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı2 cavabdehlər İddiaçı1 MMC və X2 qarşı iddia ərizəsi, daha sonra iddianın həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İrşad-İ.R" MMC ilə onun arasında bağlanmış 25 may 2017-ci il tarixli, 3M-166 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi və ödənilməyən 14691 manat icarə haqqının İddiaçı1 MMCdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Çıxarış əsasında ünvan 1 ünvanda yerləşən 123 kv.m qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmiş və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. “İcarəyə verən” - Cavabdeh1 ilə “İcarəçi” - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: ünvan 2q olunmuş 25 may 2017-ci il tarixli İcarə müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə “İcarəyə verən”ə məxsus olan ünvan 1 ünvanda yerləşən həmin 123 kv.m olan qeyri-yaşayış sahəsini (Əmlak) 5 il müddətinə, 15.06.2022-ci il tarixədək "İcarəçi”yə icarəyə verilmişdir. Müqavilənin 7-ci maddəsinə əsasən həmin Əmlakın icarəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş vergilər də daxil olmaqla aylıq icarə haqqı 400 AZN müəyyən edilmişdir. “İcarəçi” daimi olaraq icarə haqqını vaxtlı-vaxtında ödəmiş və tərəflər arasında bununla bağlı heç bir problem və narazılıq yaranmamışdır. Müqavilənin 16-cı bəndinə görə obyektin icarəçinin fəaliyyətinə uyğunlaşdırılması məqsədi ilə icarəçi tərəfindən müvafiq təmir işlərinin aparılmasına razılıq verilməlidir. İcarəçi bu hüququndan istifadə edərək obyektdə təmir işləri aparmış və 26800 AZN məbləğində təmir işlərinə vəsait sərf etmişdir. 2018-ci ilin noyabr ayından etibarən icarəyə verən müxtəlif hərəkətləri ilə icarəçinin icarə müqaviləsi üzrə hüquqlarını pozmaqla faəliyyətinə ciddi maneəçilik törətməkdədir. Belə ki, icarəyə verən kobud və əsassız şəkildə dəfələrlə obyektdə səs-küy yaradaraq icarəçidən obyekti tərk etməsini tələb etmişdir. Müqavilənin 12-ci bəndində icarəyə verənin üzərinə üçüncü şəxslərin hər hansı hüquqları və iddialarının obyektin müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməsinə zəmanətin verilməsi kimi öhdəlik qoyulmasına baxmayaraq, icarəyə verən öz yaxın qohumları ilə birgə obyektdə yersiz səs-küy yaratmaqla hüquqazidd hərəkətlər törətmişdir. İcarəçi dəfələrlə icarəyə verənlə mübahisəni həll etməyə cəhd etsə də, nəticə əldə edilməmişdir. Beləliklə də “İcarəyə verən” - Cavabdeh1, həm “İcarəçi" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış İcarə müqaviləsinin, həm də Mülki qanunvericiliyin tələblərini pozub “İcarəci” - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqlarına qəsd edərək ona əhəmiyyətli dərəcədə zərər vurmaqla mülki hüquq pozuntusu (delikt) törətmiş və buna görə də Mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşımalıdır. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 may 2017-ci il tarixdə İddiaçı1 MMC ilə onun adından səlahiyyətli şəxs olan Cavabdeh2 ilə icarə müqaviləsi bağlamışdır. Həmin müqavilə ilə DƏDRX-nin Bakı ərazi İdarəsi tərəfindən 02.11.2016-cı il tarixdə Cavabdeh1 verilmiş ünvan 1 ünvanında yerləşən 009011U00885-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət üzrə 123 kv.m olan qeyri-yaşayış sahəsinin 70 kv.m hissəsini (mülkiyyəti), (obyekti) Cavabdeh1 adından ona verdiyi Etibarnamə əsasında İddiaçı1 MMC ilə onun adından səlahiyyətli şəxs olan Cavabdeh2 25.05.2022-ci il tarixədək (61 ay) icarəyə vermişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi həmin obyekti Ofis yerləşdirilməsi üçün icarəyə götürür. İcarəçi ilə onun arasında bağlanmış müqaviləyə əsasən İddiaçı1 MMC ilə onun adından səlahiyyətli şəxs olan Cavabdeh2 hər ay 400 manat, şifahi olaraq razılaşmalarına əsasən isə əlavə olaraq 1750 manat, cəmi hər ay 2150 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin beş aydır ki, İcarəçi tərəfindən İddiaçı1 MMC ilə onun adından səlahiyyətli şəxs olan Cavabdeh2 razılaşdırılmış icarə haqqı ödənilmədiyinə görə ona İcarəçi tərəfindən bu günə kimi 10750 manat məbləğində borcu yaranmışdır. Bu müddət ərzində MMC ilə onun adından səlahiyyətli şəxs olan Cavabdeh2 dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq icarəçi müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina edir. Bundan əlavə onlara yazılı xəbərdarlıq da edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli 2(007)-1767/2019 saylı qərardadı ilə İddiaçı2 cavabdehlər İddiaçı1 MMC və X2 qarşı “icarə müqaviləsinin ləğv olunması və borcun ödənilməsi tələbinə dair” və İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı “icra müqaviləsinin ləğv olunması, icarə predmetinin təmirinə xərclənmiş vəsaitin ödənilməsi tələbinə dair” mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(007)- 43/2021 saylı qətnaməsi ilə hər iki iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə "İrşad-İ.R” MMC arasında bağlanmış 25.05.2017-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, İddiaçı1 MMC-dən 706,70 manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı1 MMC-nin və digər iddia üzrə İddiaçı2 iddialarının qalan hissələrdə təmin edilməməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 190,38 manatının İddiaçı2, 9,62 manatının İddiaçı1 MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manatın İddiaçı1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və onun iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirmə rəyindən görünür ki, həmin ünvanda hətta təmirsiz qeyri-yaşayış sahəsinin icarə haqqı məbləği 400 manat olmamışdır, MMC xoş niyyətdən istifadə edərək icarə haqqının 400 manat yazılmasına nail olmuşdur. Əgər əqd şifahi şəkildə bağlanıbsa məhkəmənin hansı sübutu nəzərdə tutması başa düşülən deyildir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, icarə müqaviləsi Cavabdeh1 ilə bağlansa da, icarə müqaviləsinin ləğv edilməsi və ödənilməmiş icarə haqqı tələbinə dair iddia icarə müqaviləsinin rəsmiləşdirilməsi zamanı Cavabdeh1 təmsil etmiş İddiaçı2 tərəfindən və öz adından qaldırılmışdır. Bununla belə, işə baxılan ərəfədə Cavabdeh1 da eyni vəkilnümayəndə vasitəsi ilə işə qoşularaq, iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə vermişdir. Qətnamə ilə 706,70 manat məbləğində pulun (ödənilməmiş icarə haqqının) İddiaçı2 xeyrinə tutulması qət edilsə də, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız İddiaçı2 icarə haqqı tələbinə aid hissədə iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti vermişdir. Həmçinin, “icarə müqaviləsinin ləğv olunması və borcun ödənilməsi tələbinə dair” iddia İddiaçı1 MMC ilə yanaşı X2 qarşı da yönəlsə və sonuncuya aid hissədə iddia rədd olunsa da, həmin hissədən apellyasiya şikayəti verilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Göründüyü kimi, MPM-də birbaşa göstərilən hallar istisna olmaqla, apellyasiya instansiya məhkəməsinə qətnaməni mübahisələndirilməyən hissələrdə yoxlamaq səlahiyyəti verilməmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin İddiaçı2 iddiasının İddiaçı1 MMC-yə aid hissədə təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı 02.11.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 123.0 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 16025 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiq edilmiş icarə verən Cavabdeh1 və icarəçi İddiaçı1 MMC arasında bağlanmış 25 may 2017-ci il tarixli reyestrə 3M-166 nömrə ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, icarə verən Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 123.0 kv.m olan qeyri-yaşayış sahəsini 15.06.2022-ci il tarixinədək icarəçi İddiaçı1 MMC-yə icarəyə vermişdir. Müqavilənin 7-ci bəndinə əsasən icarəyə götürən İddiaçı1 MMC icarə verən Cavabdeh1 aylıq 400 manat icarə haqqı ödəyir; 8-ci bəndinə əsasən icarə obyektinin təyinatı üzrə istifadəsi 15.06.2017-ci il tarixdən hesablanacaq. Bu müddət ərzində icarəçi icarə obyektini istifadəyə hazırlamaq məqsədi ilə təmir-quraşdırma işləri aparacaq; 16-cı bəndinə əsasən obyektin icarəçisinin fəaliyyətinə uyğunlaşdırılması məqsədi ilə icarəçi tərəfindən müvafiq təmir işlərinin aparılmasına razılıq verilir; 41-ci bəndinə əsasən icarəçi icarə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh1 tərəfidən icarəçinin icarə müqaviləsi üzrə hüquqlarının pozulması, fəaliyyətinə ciddi maneəçilik törədilməsi davam edir. Odur ki, bu cür hərəkətlərin dayandırılmasını tələb edirlər. Əks halda, barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacaqdır. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli 11905 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin ümumi dəyəri 8445,0 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı2 tərəfindən "xxxx" MMC-yə və Cavabdeh2 ünvanlanmış etirazdan görünür ki, o, icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklər, yəni həmin obyektin təyinatı üzrə istifadə edilməməsi və icarə müqaviləsində razılaşdırılmış icarə haqqı uzun müddət ödənilmədiyi üçün xahiş etmişdir ki, 3 gün müddətinə ona məxsus obyekt boşaldılsın. Əks təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının 29.06.2021-ci il tarixli LP104/21 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 123 kv.m olan qeyriyaşayış sahəsinin hazırkı tarixə aylıq icarə haqqı təmirli 1 kv.m sahə üçün 1300-1400 manat, təmirsiz 1 kv.m sahə üçün 800- 1000 manat, 2017-ci il tarixə olan icarə haqqı təmirli 1 kv.m sahə üçün 1200-1300 manat, təmirsiz 1 kv.m sahə üçün 600-700 manat təşkil edir. İş materiallarında olan 17.08.2017-17.04.2019-cu il tarixləri dövrünə aid ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı2 hesabına hər ayın icarə haqqı üçün 400 manat ödəniş edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı1 MMC ilə Cavabdeh1 arasında 25 may 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən sahəsi 123 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə icarə müddəti 15.06.2022-ci il tarixinədək göstərilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı1 MMC icarə müddəti ərzində Cavabdeh1 hər ay 400 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hər iki tərəf icarə müqaviləsinin ləğvini tələb etmiş, məhkəmə də tərəflərin icarə müqaviləsinin ləğvi ilə bağlı istəklərini nəzərə alaraq 25 may 2017-ci il tarixli İcarə müqaviləsi ləğv edilməsi qənaətinə gəlmişdir. İddiaçı2 ödənilməyən 14691 manat icarə haqqının İddiaçı1 MMC-dən alınaraq ona ödənilməsi tələb etmiş, məhkəmə isə iddianı qismən təmin edərək, tərəflər arasında bağlanmış 25 may 2017-ci il tarixli İcarə müqaviləsinin 7-ci bəndində icarə haqqının 400 manat göstərilməsinə istiand etmişdir. Məhkəmənin qənaətinə görə, qeyd edilən məbləğ tərəflər arasında razılaşdırılmış, müqavilədə təsbit edilmiş və dəqiq göstərilmiş məbləğdir. İddiaçı2 müqavilədə göstərilən məbləğdən əlavə şifahi razılaşma ilə əlavə olaraq 1750 manat olmaqla, icarə haqqının cəmi 2150 manat müəyyən edildiyini qeyd etsə də, bunu təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh İddiaçı1 MMC-nin iddiada göstərilənləri təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh İddiaçı1 MMC-dən 15.04.2019- 15.05.2019 və 15.05.2019-08.06.2019, yəni 1 ay 23 gün üçün icarə haqqı tutularaq İddiaçı2 ödənilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçı2 istinad etdiyi halı sübuta yetirə bilməmişdir, məhkəmə də haqlı olaraq qeyriyaşayış sahəsinin aylıq icarə haqqını müqavilədə göstərilən 400 manat kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(007)- 43/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə (İddiaçı1 MMC-yə qarşı “icarə müqaviləsinin ləğv olunması və borcun ödənilməsi tələbinə dair” iddianın təmin olunmayan hissəsi) dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1085/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1085/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver