Məhkəmə qərarları › İş №2(103)-1086/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1086/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1086/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Q Ə T N A M Ə – 7000 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Zumrud Alıevanın iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” 2(004)-2377/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3121,10 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 3151,10 manat məbləğində pulun Cavabdeh tutularaq “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1702AZ**********96 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında" aktlar tərtib edilmişdir. Belə ki, 13.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 691,20 manat; 19.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 1127,60 manat; 16.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 132,20 manat; 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat; 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 129,60 manat; 25 07.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat; 27.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 129,60 manat; 31.10.2018-ci il ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat; 30.11.2018-ci il ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 52,20 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 140,40 manat; 30.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 151,20 manat və 30.01.2020-cı il tarixli, ******* saylı akt əsasında 151,20 manat dəymiş ziyan (2978,80 manat) hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 231,30 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 3121,10 manat olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1054,3 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın, ümumilikdə isə 1084,3 manat məbləğində pulun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən “Azəriqaz” İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmiş, bununla əlaqədar aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 15.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 3456 m3, 19.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 5638 m3 həcmində, 16.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 661 m3 həcmində, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 576 m3 həcmində, 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 648 m3 həcmində, 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 576 m3 həcmində, 27.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 648 m3 həcmində, 31.10.2018ci il tarixli, ******* saylı akt əsasında 216 m3 həcmində, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 216 m3 həcmində, 27.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 522 m3 həcmində, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 1404 m3 həcmində, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 1512 m3 həcmində və 31.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 1512 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarıldığı hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Buna görə də təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1054,3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qaz sayğacı vasitəsi ilə istifadə edilmiş və ödənilməmiş əvvəlki illərdən qalan təbii qaza görə 231,30 manat borcun tutulması hissəsində təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş olsa da, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş 15.12.2017-ci il tarixli, ******* saylı, 19.04.2018-ci il tarixli, ******* saylı, 16.05.2018ci il tarixli, ******* saylı, 29.06.2018-ci il tarixli, ******* saylı, 24.08.2018-ci il tarixli, ******* saylı, 25.07.2018-ci il tarixli, ******* saylı, 27.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 27.12.2018-ci il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı və 31.01.2020-ci il tarixli, ******* saylı aktlar üzrə tələb olunan 2978,80 manat vəsaitin 1054,3 manat hissəsində iddianı qismən təmin etməklə yalnış qənaətə gəlmişdir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlarla cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı təsdiq olunduğundan iddiaçı bununla bağlı tərtib edilmiş aktlar üzrə itirlimiş qazın dəyərini tələb etməkdə haqlı olmuşdur. Lakin 15.12.2017-ci il tarixli, ******* saylı və 19.04.2018-ci il tarixli, ******* saylı aktlar üzrə itirilmiş qazın dəyərinin hesablanmasına dair hesabat müddətinin 30 gündən artıq müəyyən edilməsi ağlabatan deyil və real hesab edilə bilməz. İddiaçı tərəfindən hesabat dövrünün həmin müddətə hesablanması da əsaslandırılmamışdır. Qeyd edilən aktlarda 30 gündən artıq hesablanmış müddətin aktın tərtib edildiyi tarixdən əvvəlki 30 gün üçün nəzərə alınması qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdi edilmiş “X4”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı hesabat dövrünün 30 gündən çox götürülməsi hər hansı normativ akta əsaslanmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 15.12.2017-ci il tarixli, ******* saylı akt üzrə 1332 m3 (1,2x6x30=216m3; 1,5x8x30=360m3; 1,4x18x30=756m3;), 19.04.2018-ci il tarixli, ******* saylı akt üzrə 1332 m3 (1,2x6x30=216m3; 1,5x8x30=360m3; 1,4x18x30=756m3;), 16.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 661 m3, 29.06.2018ci il tarixli, ******* saylı akt əsasında 576 m3, 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 576 m3, 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 648 m3, 27.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 648 m3, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 216 m3, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 216 m3, 27.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 522 m3, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 1404 m3, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 1512 m3 və 31.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 1512 m3 həcmində itirlmiş qazın dəyəri olan cəmi 1692,8 (bir min altı yüz doxsan iki manat səksən qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası cavabdehdən qaz sayğacı vasitəsi ilə istifadə edilmiş və ödənilməmiş əvvəlki illərdən qalan təbii qaza görə 231,30 manat borcun tutulmasına dair apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, iddiaçı həmin borcun yaranması əsaslarını təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 15.12.2017-ci il tarixli, ******* saylı, 19.04.2018-ci il tarixli, ******* saylı, 16.05.2018-ci il tarixli, ******* saylı, 29.06.2018-ci il tarixli, ******* saylı, 25.07.2018-ci il tarixli, ******* saylı, 24.08.2018-ci il tarixli, ******* saylı, 27.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 27.12.2018-ci il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı və 31.01.2020-ci il tarixli, ******* saylı aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1692,8 (bir min altı yüz doxsan iki manat səksən qəpik) manat itirilmiş qazın dəyəri tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli, 2(004)-2377/2020 saylı qətnaməsi - cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 15.12.2017-ci il tarixli, ******* saylı, 19.04.2018-ci il tarixli, ******* saylı, 16.05.2018-ci il tarixli, ******* saylı, 29.06.2018-ci il tarixli, ******* saylı, 25.07.2018-ci il tarixli, ******* saylı, 24.08.2018-ci il tarixli, ******* saylı, 27.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 27.12.2018-ci il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı və 31.01.2020-ci il tarixli, ******* saylı aktlar üzrə 1692,8 (bir min altı yüz doxsan iki manat səksən qəpik) manat itirilmiş qazın dəyəri və ödənilmiş dövlət rüsumuna görə 15,81 (on beş manat səksən bir qəpik) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar