Məhkəmə qərarları › İş №2(103)-1086/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1086/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1086/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4651/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 204B saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-4651/2023 nömrəli qərardadı ilə (Mülki Prosessual Məcəllənin Mülki Prosessual Məcəlləsinin 31.1, 39.1, 152-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli Plenum qərarına istinadən) iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsi əsası ilə ərizə geri qaytarılmış, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət verərək Nərimanov Rayon Məhkəməsinin (Aytən Novruzova) 2(005)- 4651/2023saylı, xx.xx.2023- cü il tarixli qərardadını ləğv edərək İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işinin Nərimanov Rayon Məhkəməsində baxılması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenum Qərarı; Mülki Məcəllənin 17; Mülki Prosessual Məcəllənin 45.2, 88–cı maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Nümayəndəsi olduğu İddiaçı hazırkı maddənin tələbləri baxımından aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1 tələblərinə görə nümayəndəsi olduğu şəxs iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qanunun tələblərindən göründüyü kimi fiziki və hüquqi şəxslərin mülki hüquqlarına hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyət orqanlarının borcududur. Məhkəmənin qərarından göründüyü kimi məhkəmə işin ərazi aidiyyatı üzrə hansı məhkəməyə verilməsini müəyyən etməmişdir. Məhkəmə isə iş üzrə gəldiyi bütün nəticələri əsaslandırmalı və yekun nəticədə heç bir şübhəyə yol verməməlidir. Hazırkı iş üzrə məhkəmə müstəsna aidiyyat məsələsinə görə iddialarını geri qaytarmasına baxmayaraq bundan sonra hansı məhkəməyə müraciət etmələrini qərarında göstərməmişdir. Qərar hissəsində sadəcə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə biləcəkləri öz əksini tapmışdır. Bu isə yekun məhkəmə aktının müəyyən şübhələrə yol verilməsi hesab olunmalıdır. Bu baxımından məhkəmə AR Mülki Məcəlləsinin 17-ci maddəsinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsi ərazi aidiyyatına riayət etməyərək düzgün bir qərar qəbul etməmişdir. Bu isə nümayəndəsi olduğu şəxsin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2yəndəsi olduğu şəxs İddiaçı hazırkı maddənin tələbləri baxımından aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-4651/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən: Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1.Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. 2. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir: Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Mülki Prosessual Məcəllənin 36.1, 36.13-cü maddələrinin tələblərinə əsasən: Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş çıxarışa əsasən müəyyən edilir ki, daşınmaz əmlakın olduğu ünvan yeni qaydalarla: AZ1022, ünvan 3, m 1-dir (iş səh.6) və tələb mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqındadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395 -402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4651/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar