Məhkəmə qərarları › İş №2(103)-1087/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1087/2023

20.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1087/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi”) hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1 (eyni zamanda iddiaçıX14 nümayəndəsi) və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı "vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” iddiasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2880/2022 saylı işi üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçılar X19, İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və X19 məhkəməyə iddia (ərizəsinə dəqiqləşdirmə) təqdim edərək, mərhum babaları X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 44 saylı mənzilindən ibarət miras əmlakının İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə qəbul etmələri faktının müəyyən edilməsi, cavabdeh Bakı şəhəri 22 saylı Notariat kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2011-ci il tarixli, 2V-1/44 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, onların da adlarının vərəsələr siyahısına daxil edilməklə mərhum babaları X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin, 44 saylı mənzilindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bu günə kimi həmin təsərrüfatı nənələri X17 ilə birlikdə idarə etdikləri üçün onların da vərəsə kimi tanınmaqları, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 44 saylı mənzilindən İddiaçı1 və X14 birlikdə paylarının ¼ hissədə, İddiaçı2 payının ¼ hissədə müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Cavabdeh3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2022-ci il tarixli qətnamə ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı "vərəsəlik şəhadətnaməsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiasını təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.3, 375.1, 375.2, 377.1, 1243.2, 1243.3, 1246, 1248.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 219.1ci maddələrinə, İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarına, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 32, 44 saylı mənzil xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X2 vərəsəsi - Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 77-də yaşayan qızı - Cavabdeh3dır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçılar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərlərinin olmamasını göstərmişlər. Halbuki, babanın və sonra nənənin vəfat etmələrindən və onlardan sonra miras əmlakların qalmasından xəbərləri olmuşdur. Cavabdeh3 isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim etmişdir. Cavabdeh3 atası X3 xx.xx.2010-cu ildə vəfat etdikdən sonra, X.Tağiyevanın anası X17 həyat yoldaşından qalmış miras evdən öz payından Tağyeva Xədiçənin xeyrinə imtina etmiş və Cavabdeh3 atadan miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində, 28 iyun 2011-ci ildə qəbul etmişdir. 10 (on) ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçıların bundan yeni məlumatlı olmalarını inandırıcı hesab etmir. iddiaçılar həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 10 il keçməsinə baxmayaraq, xəbərsiz olduqlarını sübuta yetirə bilməmişlər.

4. İşin icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 28 iyun 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 41.3 kv.m., yaşayış sahəsi 28.07 kv.m olan 2/iki/otaqlı mənzil üzrə vəfat etmiş X2 vərəsəsi - Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 77də yaşayan qızı - Cavabdeh3dır; - X5 ilə X17 xx.xx.1962-ci il tarixdə evlənmiş, Cavabdeh3 xx xxxx 1966-cı il tarixdə anadan olmuş X4 13 dekabr 2010-cu ildə, X17 xx.xx.2021-ci il tarixdə X15 10 mart 2006-cı ildə ölmüşdür; - Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08 yanvar 2011-ci il tarixli, 105 №-li Arayışına əsasən mərhum X4 ev sahibi olub və vəfat edən günədək, yəni xx.xx.2010-cu il tarixə qədər həyat yoldaşı X17 ilə birgə yaşamışdır; - Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 01 yanvar 2011-ci il tarixli, 05 №-li Arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR, H.B.Əliyev küçəsi, 32 saylı evin 44 nömrəli mənzildə mərhum X2 həyat yoldaşı X17 yaşayır. Həmin mənzildə X17 və nəvəsi İddiaçı1 daimi qeydiyyatdadırlar; - Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 may 2022-ci il tarixli, 552 №-li Arayışına əsasən İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR, H.B.Əliyev küçəsi, 32 saylı evin 44 nömrəli mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır; - xx.xx.2022-ci il tarixli Akta əsasən İddiaçı1 həqiqətən ünvan 2 ünvanında doğulmaqla nənəsi X9 himayəsində yaşamışdır. İddiaçı1 yetkinlik yaşına çatdıqdan sonra nənəsinin qulluğunda durmaqla onun tələblərini qarşılamışdır. Həmin mənzil İddiaçı1 nənəsi X9 mülkiyyətindədir. Cavabdeh3 heç vaxt ünvan 2 ünvanında yaşamamışdır; - "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 32, 44 saylı mənzil ilkin olaraq xx.xx.2002-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 2V-1/44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir(iş səh.28, 42, 44, 45, 57-83). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçılar X19, İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2880/2022saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayətində (Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V-ci hissəsinə, Mülki Məcəlləsinin 152.1, 372.1, 373.1, 375.1, 375.2, 377, 1380, 384.0.1, 384.0.5, 1151, 1243.2, 1243.3, 1255; Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 218.1, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1- maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlarına istinadən) qeyd edilmişdir ki, iddia müddətinin tətbiq edilməsi qanunsuz və əsassızdır. Belə ki, o, İddiaçı1, ünvan 3 ünvanında qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixədək orada yaşamışdır. ünvan 3 ünvanı babası X2 mülkiyyətində olmuşdur. Babalarının iki qızı- X11 və Cavabdeh3 və bir oğlu-X15 olmuşdur. Anası və atası evləndikdən sonra həmin ünvanda yaşamışlar. O - Hüseyn və qardaşı Həsən həmin ünvanda doğulub, orada yaşamışlar. 1996-cı ildə anası X20 ilə atası X15 ayrıldıqdan sonra o, üç yaşından atasının yanında nənəsi X9 himayəsində qeyd edilən ünvanda yaşamışdır. Qardaşı İddiaçı3 anasının himayəsində qalmaqla onunla birlikdə Quba rayonunda yaşamışdır. xx.xx.2000-ci ildə bibisi X11 həyat yoldaşı Həsənov Həsən tərəfindən öldürülmüşdü. Bibisi rəhmətə getmiş, həyat yoldaşı azadlıqdan məhrum edilmişdi. Bibi oğlu İddiaçı2 həmin tarixdən nənə X6 himayəsində yaşamışdı. Babası xx.xx.2010cu ildə rəhmətə getmişdir. O və bibisi oğlu da nənəsi ilə birlikdə daima həmin evdə yaşamışlar. Yetkinlik yaşına çatdıqdan sonra nənəsinin qulluğunda durmuşdur, ona daima baxmışdır. Maddi tələbatını o, ödəmişdir. xx.xx.2021-ci ildə nənəsi rəhmətə getmişdir. O,xx.xx.2021-ci ildə ailə həyatı qurub, ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Orada bir uşağı dünyaya gəlib. xx.xx.2022-ci ildə ailəsi ilə birlikdə istirahət üçün Quba rayonuna getmişlər. xx.xx.2022-ci ildə evə qayıdanda yaşadığı mənzilin qapısının cəftəsinin dəyişdirildiyini görmüşdür. Qanunvericiliyi göstərilən tələblərinə əsasən cavabdeh kimi, onlar da miras əmlakı tamamilə qəbul edib, ona sahiblik etməyə başlamaqla, mülkiyyətlərinə qəbul etmişlər. Cavabdeh onun yaşadığı evə daxil olmağına icazə verməyib. Bununla da o, İddiaçı1 mülkiyyət hüququ həmin tarixdən pozulmuş sayılır. Belə olan halda da əvvəla iddia müddəti həmin tarixdən hesablanmalıdır. İkinci əsası isə odur ki, mirasın açıldığı yer üzrə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamışlar və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. İddia tələblərinin əsasını da bu faktın müəyyən edilməsi təşkil edir. Məhkəmə iclasında bu faktlar cavabdeh tərəfindən etiraf edilməsinə və sübutlar əsasında müəyyən edilməsinə baxmayaraq, məhkəmə bu əsaslara heç bir münasibət bildirməmiş və qiymətləndirməmişdir. Lakin hazırkı iş üzrə birinci instansiyası məhkəməsi mənzil sahəsinin iddiaçılara qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçib-keçməməsi məsələsinin və məhz bu baxımdan iddiaçılarn vərəsə kimi subyektiv hüququnun olub-olmamasına düzgün qiymət verməmişdir. Belə ki, bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Digər tərəfdən isə cavabdeh tərəfindən onun mülkiyyət hüquqları pozulduqdan sonra vəkilə müraciət etmişdir. Vəkil sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum oldu ki, mənzil Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci i tarixli, 2V-1/44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmiş, onun adına xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əvvəla iddiaçılar da miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etmişlər. İkincisi Miras əmlakın Cavabdeh3 tərəfindən 28 iyun 2011-ci ildə qəbul edilməsini bilməmişlər. Buna sübutlardan biri vəkil sorğusuna xx.xx.2022-ci il tarixdə verilmiş cavabdır. İkincisi Məhkəmənin sorğsuna cavab olaraq məhkəməyə daxil olmuş Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixli 2V-44 reyestr nömrəli notariat işindən məlum olur ki, bu barədə digər vərəsələrə heç bir məlumat verilməmişdir. Baxmayaraq ki, notariat işində olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 say Mənzil Kommunal İstismar Sahəsinin 01 yanvar 2011-ci il tarixli, 05 №-li Arayışına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR H.B.Əliyev küçəsi, 32 saylı evin 44 nömrəli mənzildə mərhum X2 həyat yoldaşı X17 və nəvəsi İddiaçı1 daimi qeydiyyatdadırlar. Buna baxmayaraq həmin vaxt notarius İddiaçı1 və digər vərəsələrin hüquqlarını pozmaqla şəhadətnaməni vermişdir. Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nənəsi və babası ilə birlikdə həmin mənzildə yaşadığını, İddiaçı2 da 9 yaşından sonra həmin mənzildə onlarla birlikdə yaşadığını, hüquqları pozulduğundan artıq bir ildir orda yaşamadığını, nənəsi sağ olduğundan ehtiyac duymadığını və hüquqlarının təsdiq edilməsi üçün hər hansı bir yerə müraciət etmədiyini, notarius tərəfindən sənədə razılıq verilməmişdən əvvəl qeydiyyatda başqa şəxslərin olub-olmadığının araşdırılmalı olduğunu, varsa razılıq üçün həmin adamları çağırmalı olduğunu qeyd etmiş, babası 2011-ci ildə rəhmətə getdiyini və qırxından sonra bibisinin nənəsi ilə onu evdən çıxardığını, yaşayış hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etdikdən sonra onları evə buraxdığını, eyni hərəkəti nənəsi rəhmətə getdikdən sonra da etdiyini diqqətə çatdırmış,evini özünün kreditlə aldığını, bu vaxta kimi heç bir qohumunun ona maddi köməklik göstərmədiyini, bibisi evini təmir etməsi üçün ona köməklik edərsə, bununla razılaşacağını, əslində iddianın verilməsində məqsədinin evinin təmiri üçün çatışmayan pulun verilməsi olduğunu bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamənin 2011-ci il 28 iyun tarixində verildiyini, notarius tərəfindən mənzildə qeydiyyatı olan şəxslərin razılığına ehtiyac olmadığının deyildiyini, iddiaçıların mənzilin kimin adına olduğunu bildiklərini, atası X2 evi nəvəsi İddiaçı1 vermək istədiyini, lakin onun özünü yaxşı aparmaması səbəbindən mənzili ona vermədiyini, iddiaçıların öz nənə və babalarını döydüklərindən, evi əyləncə yuvasına çevirdiklərindən orada yaşamalarına icazə vermədiyini qeyd etmiş, bundan başqa Hüseynə düşən payı verdiyini, Binəqədidə ona iki otaqlı ev aldıqlarını, kiçik yaşlarından iddiaçılara maddi köməklik göstərdiyini və yenə də göstərəcəyini qarşı tərəfə dediyini bildirmişdir.

8. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən iddiaçılar İddiaçı2 və cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Məcəllənin 139-165, 1145, 1243, 1246-1248, 1255, 1272-1273-1; Mülki Prosessual Məcəlləsinin 77, 82, 372, 385, 386, 388, 390-cu maddələrinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Apellyatorun şikayətində qeyd etdiyi sübuta yetirilməyən dəlillər əsassızdır.

11. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda iddiaçının mirası qəbul etməsi və bununla da onun məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcud olmalıdır ki, hazırki iddia tələbinin müzakirəsi mümkün olsun. İşin hallarından görünür ki, mirasın açılmasından sonra şəxsin (iddiaçıların) mirası qəbul etməsi, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi sübuta yetirilməmiş, iddia verən şəxslərdən yalnız biri iddianın və apellyasiya şikayətinin müdafiə edilməsi üçün müəyyən cəhdlər göstərmiş, bu da bir sübutla əhatə edilmişdir. Bu sübut X13, X16, X12, X21 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Aktdır. Bu akta əsasən İddiaçı1 həqiqətən ünvan 2 ünvanında doğulmaqla nənəsi X9 himayəsində yaşamışdır. İddiaçı1 yetkinlik yaşına çatdıqdan sonra nənəsinin qulluğunda durmaqla onun tələblərini qarşılamışdır. Həmin mənzil İddiaçı1 nənəsi X9 mülkiyyətindədir. Cavabdeh3 heç vaxt ünvan 2 ünvanında yaşamamışdır. Lakin bu yeganə sübutun mötəbərlik və təkzibedilməzlik baxımından birmənalı qiymətləndirilməsi mümkün deyil. Vərəsəliyin qeydiyyatı ilə bağlı notarial işindən isə mirasın açılması zamanı yalnız İddiaçı1 mənzildə qeydiyyatda olmuş, miras qoyanla isə yalnız onun mərhum nənəsi yaşamışdır.

12. Beləliklə, mirasın faktiki qəbulu sübuta yetirilmədiyindən digər məsələlərin müzakirəsi istisna edilmiş, qanunla müəyyən edilmiş müddətdə müvafiq notarial orqanlarına müraciət edilməmiş və bununla iddiaçıların vərəsəlik hüquqlarının müdafiəsi imkanları tükənmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisə edilən dəlillərə münasibətdə iddianın təmin edilməsi üçün, habelə birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

14. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçılar X19, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-2880/2022 saylı iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar