Məhkəmə qərarları › İş №2(103)-10882/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10882/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10882/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-2886/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2886/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə iİddia qismən təmin edilərək Cavabdeh 5260 (beş min iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC tərədindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7040/21 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə pul məbləğinə aid hissədə dəyişdirilmiş, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 5.620 (beş min altı yüz iyirmi) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən-hakim N.Cəfərov) Daha sonra Cavabdeh da birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: - Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. - Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. - Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Mülki iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam yoxlanılmışdır. Belə olan halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apelyasiya qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıdakı əsasla apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-2886/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov İş № 2(103)-10882/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-2886/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, 20 oktyabr 2021-ci il tarixdə, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:00-da açıldı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 373-cü maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən işin halları barədə məlumat verir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirir. Məhkəmə kollegiyası müşavirə otağına gedir. Müşavirədən sonra sədrlik edən apellyasiya şikayətinin qeyri-mümkünlüyü barədə qərardadı elan edir. Protokol 20 oktyabr 2021-ci ildə tərtib olunub. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar