Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1089/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «mənəvi zərərin tutulması, borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Amil Məmmədova kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi X4 və Qəhrəman (Məmmədov) İddiaçı oğlu borclu X2 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-3142/2016 saylı məhkəmə əmrinə əsasən borclular X3, Qəhrəman (Məmmədov) İddiaçı oğlu və X1 əsas borc üzrə 3.199,7 manat, faiz borcu üzrə 449,35 manat, cərimə borcu üzrə 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pulun müştərək qaydada tutularaq Cavabdeh ASC-yə verilməsi əmr edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən ona vurmuş olduğu maddi ziyana görə 943 manat, mənəvi ziyana görə 2.000 manat və dövlət rüsumu kimi ödəmiş olduğu 49 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, həmkəndlisi X2 Cavabdeh ASC-dən götürdüyü kreditlə əlaqədar olaraq zamin qalmışdır. Lakin kredit vaxtında tam ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(050)- 3142/2016 saylı əmri ilə borclu Amil Məmmədov və onun zaminləri kimi iddiaçı ilə yanaşı Xəqani Ağayevdən müştərək qaydada borcun tutulmasına dair əmr verilmişdir. Həmin əmr icraya yönəlmiş və onun əmək haqqından, eləcə də digər zaminin pensiyasından bir neçə il pul tutulmuşdur. Sonradan Azərbaycan Kredit Bürosundan alınmış Çıxarışdan məlum olmuşdur ki, yuxarıda göstərilən borc xx.xx.2018-ci il tarixdə tam ödənilmişdir. Lakin Cavabdeh ASC bununla bağlı Masallı rayon İcra və Probasiya Şöbəsinə nəinki müvafiq məktub verməmiş, əksinə guya qalmış borcun tutulmasını tələb etmiş və həmin tələbə görə icra məmuru Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə xx.xx.2021-ci il tarixli 3223/2016 saylı məktub göndərmiş və həmin məktub əsasında əmək haqqından 2021-ci ilin may-2022-ci ilin fevral ayları ərzində cəmi 943 manat pul tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi Amil Məmmədovun borcu xx.xx.2018-ci ildə tam ödənilməsinə baxmayaraq həmin borca görə zamin kimi ondan 2021-2022-ci illər ərzində 943 manat pul tutulmuşdur. Bu isə həm qanunvericiliyin, həm də hüquqlarının kobud pozuntusudur. Qanunvericiliyin tələbinə əsasən cavabdehin zamin olduğu müqavilə öhdəliyi aradan qalxmasına baxmayaraq, həmin müqaviləyə istinad edib və kreditin ödənilməsi ilə bağlı icra və probasiya şöbəsinə müvafiq məktub verməli olduğu halda, bunu etməməklə əmək haqqından 943 manat pulu əldə etməsi onun hesabına əsassız varlanması qanuna zidd olmaqla bununla bağlı pulundan məhrum olması ona vurulmuş ziyan hesab edilir və həmin ziyanı cavabdeh ona ödəməlidir. Cavabdehin hərəkətləri nəticəsində həmçinin iddiaçıya mənəvi ziyan də dəymişdir. Cavabdehin zamin olduğu kredit öhdəliyinin bir neçə il əvvəl icra olunub qurtarmasına baxmayaraq bununla bağlı İcra və Probasiya Şöbəsinə müvafiq məktub verməmiş, əksinə həmin kredit borcuna görə ondan pul tutulmasını tələb etməsi nəticəsində 2 ilə yaxın müddət ərzində hər ay əmək haqqının yarısından məhrum olması, bunun isə maddi vəziyyətinə təsir etməsi, həmçinin dəfələrlə İcra və Probasiya Şöbəsinə, işlədiyi təhsil müəssisəsinin mühasibatlığına getməsi, məcburiyyət qarşısında qalıb vəkilə müraciət etməsi, bütün bunlara günlərlə vaxt sərf etməsi, günlərlə narahatlıq, həyacan keçirməsinə, əsəbləşməsinə səbəb olmuşdur ki, bu da qanunvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulması deməkdir.
4. İddiaçının nümayəndəsi-vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən iddiaçıya vurmuş olduğu maddi ziyana görə 943 manat, mənəvi ziyana görə 2.000 manat və dövlət rüsumu kimi ödəmiş olduğu 49 manat pulun alınıb iddiaçıya verilməsi, Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına Cavabdeh ASC-yə RB-A183525 saylı hesab nömrəsində qeyd edilmiş 750,34 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində yalnız iddiaçıdan artıq tutulmuş pul vəsaitinin ona qaytarılması tələb edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Mərkəzi Kredit Reyestrində adına 750,34 manat kredit borcu qeyd edilmişdir. Halbuki həmin borc Amil Məmmədovun həmin bankdan götürdüyü kreditə görə zamin olması ilə bağlı yaranmışdır. Amil Məmmədovun kredit borcu isə 2018-ci ilin dekabr ayında tam ödənilmişdir. Belə olan vəziyyətdə iddiaçının göstərilən məbləğdə borcu ola bilərdi? Bu isə adına Mərkəzi Kredit Reyestrində əsassız olaraq borc yazılmasını göstərir. İddiaçı məhkəməyə iddianı verəndə adına Mərkəzləşdirilmiş Kredit Reyestrində borc qeyd edilməsini bilmirdi. Bunu yalnız Kredit Bürosundan Çıxarışı alandan sonra bilmişdir. Həmin Çıxarışı isə xx.xx.2022-ci il tarixdə saat 16.08-də Bakı 1 saylı «ASAN xidmət» mərkəzindən əldə etmişdir. Bu xüsusat çıxarışda da əks olunmuşdur. Qeyd olunan çıxarış əvvəldən iddiaçıda olmadığından işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Mərkəzləşdirilmiş Kredit Reyestrində adına olan borcun silinməsi barədə tələb sürə bilməmişdir.
6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair mülki iş üzrə icraata iddianın «maddi ziyanın ödənilməsi» hissəsində, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «mənəvi ziyanın tutulması və borcun silinməsi öhdəliyinin qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın əsas hissəsini təşkil edən maddi ziyanın ödənilməsi hissəsinə xitam verildiyindən prosessual qənaət prinsipinə əsasən mənəvi ziyan hissəsini araşdırmağa zərurət qalmamışdır. Məhkəmə iddianın bu hissəsi ilə əlaqədar həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə iddianın Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına Cavabdeh ASC-nə RB-A183525 saylı hesab nömrəsində qeyd edilmiş 750,34 manat borcun silinməsi öhdəliyinin qoyulması hissəsində qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının ilkin maddi tələbi icra icraatı qaydasında həll edilməli mübahisə olduğundan və həmin mübahisəyə baxılmadığından (icra icraatı qaydasında tələb yoxdur) borc qalığı mövcud olmuş və həmin hissədə mülki işin icraatına xitam verildiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla «Rаbitəbаnk» АSC аrаsındа аyrıcа krеdit müqаviləsi оlmаmış, onun Bаnk qаrşısındа оlаn öhdəliyi yаlnız bоrclu Аmil Məmmədоvun götürdüyü krеditlə bаğlı onunla bаğlаnmış zаminlik müqаviləsindən irəli gəlir. Qаnunvеriciliyin tələbinə əsаsən Mərkəzi Krеdit Rеyеstrində onun Аmil Məmmədоvun Bаnk qаşısındа zаmin оlduğu öhdəliyin 2018-ci ilin dеkаbr аyındа sоnuncu ödəniş icrа еdilməklə bоrcun оlmаmаsınа dаir məlumаt qеyd еdildiyindən ona münаsibətdə də həmin vахtdаn zаminliyə хitаm vеrilmiş sаyılır. Lаkin əsаs bоrclunun bоrcunun оlmаdığı hаldа, zаmin kimi ona münаsibətdə krеdit rеyеstrində bоrcun qеyd еdilməsi tаmаmilə аbsurddur. Аncаq işə bахаn hаkim bu хüsusаtı nəzərə аlmаmışdır. Birinci instansiya məhkəməsi borcun ödənilməsi ilə bаğlı sübut təqdim еdə bilməməyini qеyd еtmiş və tələbini sübuta yеtirməməsinə görə iddianı rədd еtmişdir. Hаlbuki iş mаtеriаlındа оlаn Mərkəzi Krеdit Rеyеstrindən çıxarışdan görünür ki, onun Аmil Məmmədоvun Bаnk qаrşısındа zаmin оlduğu öhdəlik üzrə 2018-ci ilin dеkаbr аyındа sоnuncu ödəniş icrа еdilməklə bоrc yoxdur. Mərkəzi Kredit Reyestrindən verilmiş digər çıxarışda onun adına borc qeyd edilmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin məktubunda isə iddiaçıya dair ayrıca icra vərəqəsinin olmaması, borcunun Amil Məmmədova görə zamin qaldığı iş üzrə verilmiş icra sənədi ilə bağlı olması, 2021-ci ildə əmək haqqından pul tutulmasının Bankın həmin icra işi ilə bağlı məktubuna görə olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə göstərilən sübutlаrı qətnаmədə qеyd еtsə də, faktiki оlaraq bunlаrı nəzərə almamış və hаnsı səbəbdən həmin sübutlаrı qəbul еtməməsini də əsаslаndırmаmışdır. Məhkəmə İcra və Probasiya Şöbəsinin məktubunu iclas zalında təqdim etməyinə və ondan qəbul etməsinə baxmayaraq qətnamədə ümumiyyətlə buna toxunmamışdır. İş materialından görünür ki, zamin qaldığı şəxsin kredit öhdəliyinin icra edilməsi barədə Mərkəzi Kredit Reyestrində məlumat vardır. Bu məlumatlar isə Bankın verdiyi sənədlər əsasında qeydə alınmışdır. Həmçinin tələbinin bir hissəsini MKR-də adına olan borcun silinməsi təşkil edir. Bununla bağlı həmin məlumatları qeydə alan Azərbaycan Kredit Bürosu MMC iş üzrə 3-cü şəxs qismində cəlb edilməli olduğu halda cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd еdərkən zamin qaldığı şəxsin Bank qarşısında öhdəliyinin icra olunmamasına istinad etmişdir. Mərkəzi Kredit Reyestrindən çıxarışda isə zamin qaldığı şəxsin Bank qarşısında öhdəliyinin 2018ci ilin dekabr ayında icra olunması görünür. Məhkəmə yalnız cavabdehin reallığa uyğun olmayan hesabdan çıxarışına görə Bank qarşısında borcun qalması qənaətinə gəlmiş, lakin borcun ödənilməsi əsasına görə may ayının 5-də icraata xitam verilməsini nəzərə almamışdır. Bunlar isə həmin хüsusаt üzrə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticənin işin hallarına uyğun оlmamasını göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4055/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, kredit borcunun ödənilməsinə dair icra sənədi üzrə icraata xitam verilməsi qərarından bankın məlumatı yoxdur, həmin qərar banka rəsmi şəkildə göndərilməmişdir. Hesab edir ki, həmin qərar əsassızdır. Lakin bu qərar onlara rəsmi qaydada təqdim edilmədiyindən qərar onlar tərəfindən mübahisələndirilməmişdir. Bankın tərtib etdiyi çıxarışa əsasən qətnamə ilə nəzərdə tutulmuş əsas və faiz borcu üzrə ödənişlər tam şəkildə ödənilməmişdir, borc hələ də mövcuddur. Bu səbəbdən də bank məktub vermir. İcra məmuru sadəcə olaraq iddiaçının təqdim etdiyi Kredit Bürosunun çıxarışına istinadən əsassız olaraq icraata xitam vermişdir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
21. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
“İnformasiya əldə etmək haqqında” Qanunun
24. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
25. 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
26. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. İş materiallarından göründüyü kimi, hazırki mülki işin başlanmasına əsas olan iddia üç hissədən ibarət olmuşdur. İddianın birinci hissəsi - Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-3142/2016 saylı məhkəmə əmrinə əsasən müəyyən edilmiş məbləğdən artıq ödənilməsi ehtimal edilən pulun maddi zərər olaraq geri qaytarılması, ikinci hissəsi – iddiaçının zamin olduğu kredit öhdəliyi üzrə artıq tutulmaların aparılması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi və üçüncü hissəsi – bankın verdiyi məlumatlara əsasən qeyd edilmiş borcun silinməsi tələbindən ibarətdir.
28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2022 saylı, 11 oktyabr 2022ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «maddi zərərin ödənilməsi və s.» tələblərinə dair mülki iş üzrə icraata «maddi zərərin ödənilməsi» hissəsində, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.
29. Birinci instansiya məhkəməsi həmçinin artıq tutulmaların aparılması nəticəsində iddiaçının maddi zərərə uğradığı halının mülki icraat qayadasında araşdırılmalı olmadığını, bununla əlaqədar iddiaçıya dəymiş mənəvi zərərin əsasında duran maddi zərərin mövcudluğu bu icraat qaydasında öz təsdiqini tapmadığını nəzərə alaraq iddianın “mənəvi zərərin ödənilməsi” hissəsində rədd edilməsi qənaətinə gəlməklə haqlı olmuşdur.
30. Məhkəmə kollegiyası iddianın “borcun silinməsi” hissəsi ilə əlaqədar isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin 05 may 2022-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından göründüyü kimi Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-3142/2016 saylı 09 iyun 2016-cı il tarixli icra sənədi üzrə icraata, göstərilən tələb tam icra olunduğundan xitam verilmişdir.
31. Məhkəmə araşdırması zamanı həmin qərarın cavabdeh tərəfindən mübahisələndirilmədiyi, buna baxmayaraq "xxxx" MMC tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun Cavabdeh ASC-yə kreditin qalıq məbləği üzrə 750,34 manat, faiz məbləği üzrə 717,24 manat borcu olduğu müəyyən edilmişdir.
32. İddiaçının məhkəmə aktına əsasən yaranmış öhdəliyə kreditorun xeyrinə tam icra olunması ilə xitam verildiyi, onun həmin öhdəlik üzrə banka hər hansı borcu qalmadığı işdə olan materiallara əsasən müəyyən edildiyini, mövcud olmayan borcun silinməsinin isə mümkün olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən iddiaçının adına tərtib edilmiş çıxarış məlumat təchizatçıları tərəfindən təqdim edilən borc haqqında məlumatlara əsasən tərtib edilən sənəd olmaqla, bank xidmətlərindən yararlanan fiziki və ya hüquqi şəxsin banka borclu olmasını təsdiq edən rəsmi sənəd deyildir.
33. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
37. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov