Məhkəmə qərarları › İş №2(103)-10904/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10904/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10904/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X7, Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X16 və X5 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(010)- 3679/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ana və uşaqların mənzillə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X9 və himayəsində uşaqları saxlayan ananın, İddiaçı mənzildən istifadə hüququnun yaranması və təhlükəsiz yaşamaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış nikah Abşeron rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(012)-373/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahdan 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X17 anadan olmuşdur. Həmin qətnaməyə əsasən hər iki uşaq ananın himayəsində saxlanılması qət edilmişdir. Uşaqların ikisi də oğlan uşağıdır. O, heç yerdə işləmir, valideynlərinin ayırdığı kiçik, şəraitsiz bir otaqda müvəqqəti yaşayır. Alimentdən də başqa qazanc yeri yoxdur. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Xidmətində işləyir. Əlavə olaraq onun Bakı şəhəri Babək prospektində “Sultan” çay evinin yanında avtomobil ehtiyat hissələrinin satış mağazası var. Cavabdehin maaşından əlavə kifayət qədər yaxşı gəliri (qazancı) və evləri də var. Odur ki, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X9 və himayəsində uşaqları saxlayan ananın, İddiaçı mənzildən istifadə hüququnun yaranması və təhlükəsiz yaşamaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X9 və himayəsində uşaqları saxlayan ananın Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 194/2 (ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və İddiaçı mənzildən istifadə hüququnun yaranması, təhlükəsiz yaşaması xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun gəlin getdiyi ev cavabdeh Anarın atasının evidir, ünvan da ünvan 2 qaz idarəsinin Portalında göstərilir. Lakin sonradan atası və qardaşının köməkliyi və xərcləri hesabına hal-hazırda Anarın yaşadığı, onların köçürülmək istədiyi evin ünvanı isə ünvan 4mışlar. Uşaqlar da bu ünvanda böyüyüb və iki il məktəbə həmin ünvandan gediblər. Odur ki, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X9 və himayəsində uşaqları saxlayan ananın Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 194/2 (ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və İddiaçı mənzildən istifadə hüququnun yaranması, təhlükəsiz yaşaması bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(010)- 3679/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilənlər işin halları, tərəflərin izahatları və işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddia tələbi və mübahisəli ev və torpaq sahəsinin alınması cavabdeh ilə birgə nikah dövründə baş tutmuşdur, mübahisəli evin hüquq müəyyənedici sənədi olmadığından iddiaçı onu məhkəməyə təqdim edə bilməmişdir. O, Cavabdeh ilə 20 noyabr 2012-ci ildə nikaha daxil olmuş, evləndikdən sonra qaynatasının evinə, yəni ünvan 5 ünvanına gəlin köçmüşdür. 2016-cı il tarixdə Cavabdeh, iddiaçının atasının müəyyən məbləğ maddi köməkliyindən sonra sözü gedən mübahisəli evi, yəni Suraxanı rayonu, Samir Əliyev küçəsi, 3-cü mədən, ev 490 (Azərişıq ASC-nin verdiyi məlumat) ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evini aldıqda həmin ev demək olar ki, yararsız vəziyyətdə yarı tikili idi. İddiaçının atası təmir-tikinti işlərini bacardığı üçün alınan yarı tikili evin təmirində də çox böyük əməyi olmuşdur. Mübahisəli fərdi yaşayış evinin təmirinin və materiallarının alınmasında əksər məbləği iddiaçının atası verib. Onu da qeyd etmək lazımdır ki, iddiaçı mübahisəli evin hüquqmüəyyənedici sənədi olamadığından təqdim edə bilməsə də, təmir-tikinti işlərinin cavabdehlə birgə nikah dövründə aparılmasını sübut etmək üçün həmin evdə işləyən ustaları şahid qismində məhkəməyə dəvət edə bilər. İddiaçı 2016-cı il tarixdən 2020-ci ilin mart ayına qədər cavabdeh və birgə nikahdan doğulmuş övladları ilə birlikdə mübahisəli evdə yaşamışdır. Son vaxtlar cavabdehin ailəyə qarşı səhlənkarlıqları və səbəbsiz yerə mübahisələri ailənin dağılmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi hesab edir ki, mübahisəli evin, yəni ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hansı hüquq növü əsasında cavabdehə məxsus olub-olmaması, birgə nikah dövründə əldə edildiyinə və yaşamaqlarına dair heç bir sübut təqdim edilmədiyinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Çünki, mübahisəli evin hüquq müəyyənedici sənədi yoxdur. Məhkəmə kollegiyasını iclasında İddiaçı vəkili X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev kuçəsi, 194/2 saylı evin ilkin hüquqmüəyyənedici sənədi atası X10 adındar. 2012-ci ildə iddiaçı ilə nikah münasibətlərinə daxil olduqdan sonra atasının razılığı əsasında iddiaçı mübahisəli mənzilə köçüb yaşamışdır, həmin evdə əxlaqsız hərəkətlərə yol verdiyindən aralarındakı münasibətlər və nikahları pozulmuş, iddiaçı evi tərk edərək özünə başqa yaşayış yeri seçmişdir. İddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır və ev birgə nikah dövründə də tikilib ərsəyə gətirilmədiyi sonuncunun hazır evə gəlin gəldiyini nəzərə alaraq onun özünə və uşaqlarına mənzil tələb etməsi əsassızdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı ev 1996-cı ildə tikilmişdir. Digər ev Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 179D 1998-ci ildə tikilmişdir. 1-ci ev onun atasının adınadır. 2-ci ev onun anasının adınadır. Hər iki ev birgə nikah dövründə tikilməmişdir. Onlar 2 il anasına məxsus evdə də yaşayıblar. İddiaçının o evlə bağlı istifadə hüququ yaranmamışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasını iclasında Cavabdeh nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini qəbul etmədi, cavabdehin izahatına uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasını iclasında 3-cü şəxs X16 izahat verərək qeyd etdi ki, onun oğlu Anar İddiaçı ilə 2012-ci ildə ailə qurmuş, ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı evə gəlin gəlmişdir. Onun həyat yoldaşı X5 adına 1998-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 179D-da ev tikmişlər. İddiaçı onun oğlu ilə bir müddət də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 179D-da yaşayıbdır. İddiaçının əxlaqsız hərəkətlərinə görə oğlu ilə nikahları pozulmuşdur. İddiaçının qeyd etdiyi Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsi, 490 saylı ev mövcud deyildir. Məhkəmə kollegiyasını iclasında 3-cü şəxs X11 digər 3-cü şəxs X10 izahatına uyğun məzmunda izahat verdi. İş üzrə 3-cü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi hüquqi dəyərləndirmə həyata keçirərkən, iddia tələbinin qanuni əsası kimi 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə düzgün olaraq istinad etsə də, analogiyanı tətbiq etməmiş, maddi hüquq normasının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və 3-cü şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05.02.2021-ci il tarixli qətnaməyə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və azyaşlı uşaqların atanın yanında qalması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1675 №-si ilə qeyd edilmiş nikah pozulması və 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X17 boşanmadan sonra İddiaçı (ananın) himayəsində qalması qət edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli AZ-İ seriyalı 374865 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı 16.03.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 16 mart 2021-ci il tarixdə 81 sayla qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Nağıyev, qadına isə Tağıyeva soyadı verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı raynu Bülbülə Bələdiyyəsi tərəfindən tərtib edilmiş ********* saylı, 19.12.2019-cu il tarixli fərdi yaşayış evinin vergi ödəyicisinin (verdi ödəyicisinin kodu 19011303H576) uçot kitabçasına əsasən 1996-ci ilə tikilmiş Suraxanı rayonu Bülbül qəsəbəsi, S.Əliyev küçəsi, 194/2 saylı ev X2. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı raynu Bülbülə Bələdiyyəsi tərəfindən tərtib edilmiş ********* saylı, 19.12.2019-cu il tarixli fərdi yaşayış evinin vergi ödəyicisinin (verdi ödəyicisinin kodu 190113R8ASDN) uçot kitabçasına əsasən 1998-ci ildə tikilmiş, tikinti altı hissəsi 149,86 kv m olan, 334,14 kv m həyətyanı sahəsi olan, Suraxanı rayonu, Bülbül qəsəbəsi, S.Əliyev küçəsi, ev 179D saylı ev X1. İddiaçı tərəfindən təqdim olunmuş sayğac obonentinin hesabından çıxarışdan görünür ki, Nağıyev Şakirin adına ünvan 7 ünvan üzrə 19.05.2014-cü ildə sayğac quraşdırılmışdır. Digər obonentinin hesabından çıxarış Nağıyev Şakirin adına Suraxanı rayonu, 1-ci Mədən üzrə tərtib olunmuşdur. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Çakir oğlu 20.11.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları olmuşdur. Suraxanı rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və azyaşlı uşaqların atanın yanında qalması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1675 №-si ilə qeyd edilmiş nikah pozulması və 06.09.2013cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X17 boşanmadan sonra İddiaçı (ananın) himayəsində qalması qət edilmişdir. Tərəflərin izahatları və iş materiallarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı ev cavabdehin atası X10 mülkiyyətində olmasa da, sahibliyində və istifadəsindədir. İddiaçı 2012-ci ildə həmin ünvana gəlin gəlmiş, orada yaşamışdır. Həmçinin müəyyən olunur ki, Suraxanı rayonu, Bülbül qəsəbəsi, S.Əliyev küçəsi, ev 179D saylı ev X1. Cavabdeh və 3-cü şəxslər iddiaçının bir müddət X4 adına olan Suraxanı rayonu, Bülbül qəsəbəsi, S.Əliyev küçəsi, ev 179D-də yaşadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda, tərəflər arasında münasibətlər 01.10.2009-cu il tarixdən sonra yarandığı üçün hazırki mübahisənin həllinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı evlə bağlı Azərbaycan Respublikasında 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MM-nin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (Qanunun analogiyası). MM-nin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı ev cavabdehin atası X10 adına olmaqla, İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, İddiaçı X10 ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə hüququ yaranmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Kollegiya qeyd edir ki, 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X17 məhkəmə qətnaməsi ilə anası olan iddiaçının yanında saxlanıldığından, onların yaşayış yeri qanuni nümayəndəsi olan anası İddiaçı yaşayış yeri olmalıdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı iddia tələbinin artırılmasına dair ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsi, ev 490 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun yaranmasını iddia etsə də, sonuncu yaşayış sahəsi, yəni Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsi, ev 490 ünvanda yerləşən evin mövcudluğu, hüquqi statusu, cavabdehə və ya digər şəxlrələ məxsusluğu, iddiaçının nikah pozulduqdan əvvəl məhz həmin ünvanda yerləşən evdə yaşaması və yaxud iddiaçı tərəfindən tikilməsi barədə məhkəməyə hər hansı mötəbər sübutları təqdim etməmişdir. Qeyd olunmalıdır ki, obonentinin saldosu iddianın təmin edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Russiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində süburlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən tərtib edilməklə, sübutlar onun tərəfindən toplanılmış, o, birinci instansiya məhkəməsində iştirak etmişdir. İddiaçı hazırda apellyasiya şikayətində sübut qismində şahidləri təqdim etmək istədiyini bildirmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən iddiaçının bu dəlilini əsassız hesab edərək, bu halı onun özü üçün yeni sübut toplamağı kimi qiymətləndirir. Qeyd olunanlara əsasən kollegiya iddianın əsassız olduğu üçün təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(010)-3679/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar