Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1091/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(007)-3579/2021 saylı qətnaməsindən cavabdeh Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildən (yeni qaydalarla AZ 1118, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 137, M5, mənzil 4) istifadə hüquqlarının olmaması müəyyən edilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini, cavabdehlər Cavabdeh1, X7 və azyaşlı uşaqları X2 qeyd olunan mənzildən çıxarılmalarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsinin qeyd olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə ev 137 A mənzil 80 (yeni qaydalarla AZ 1118, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4) onun anası X8 09 may 2014-cü il tarixdə dövlət tərəfindən bağışlanmış və həmin mənzilə dair 18 yanvar 2019-cu il tarixdə adına çıxarış alaraq həmin mənzilə köçüb yaşamışdır. Bir müddət sonra hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və X7 azyaşlı uşaqları ilə birlikdə özlərinə məxsus Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 31B-də yerləşən 22 saylı mənzili təmir etdirmək bəhanəsi ilə müvəqqəti olaraq anasına məxsus Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-ə köçüb yaşamağa başlamış, aralarında narazılıq yarandığından, anası cavabdehlərə mənzili tərk edib öz mənzillərinə qayıtmağı təklif etmişdir. Lakin cavabdehlər mülkiyyətlərində olan mənzilə qayıtmamışlar. X1 məlum olmuşdur ki, Cavabdeh1 onu aldadaraq aldığı baş etibarnamə əsasında ona məxsus mənzili oğlu X3 bağışlamış və həmin mənzilə dair 13 iyun 2019-cu il tarixdə X2 adına çıxarış almış, həmin çıxarışla da Cavabdeh1, X7 və azyaşlı uşaqları X5 mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Qeyd olunan etibarnamə, bağışlama müqaviləsi və X2 adına alınmış çıxarışın ləğvi barədə məhkəmədə iddia qaldırılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv olunub bağışlama müqaviləsi və X2 adına verilmiş çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə, mübahisəli mənzilə dair anası X8 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 18 yanvar 2019-cu il tarixli çıxarışın hüquqi qüvvəsi bərpa edilmişdir. X9 da bağışlama müqaviləsinə əsasən həmin mənzili İddiaçı bağışlamış və o, daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair 03 iyun 2021-ci il tarixdə çıxarış almışdır. Lakin qardaşı Cavabdeh1 özünə məxsus ünvan 2 ünvanında mənzili olmasına baxmayaraq, iddiaçıya mülkiyyyət hüququ ilə məxsus olan mənzildən çıxmır, həmçinin əsassız bağışlama müqaviləsinə əsasən oğlunun adına alınmış, artıq ləğv olunaraq hüquqi qüvvəsi olmayan çıxarış əsasında arvadı X7 və azyaşlı uşaqları X5 ilə birlikdə qeydiyyata düşməsinə baxmayaraq qeydiyyatdan da çıxmamaqla bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşlar. Belə ki, İddiaçı Azərbaycan Respublikasında mənzili olmadığı üçün uzun illər Rusiya Federasiyasında yaşamış, buna görə də anası onun Azərbaycana gəlib yaşayış yeri olması üçün iddiaçıya özünə məxsus evini bağışlamış, lakin həmin mənzili zəbt etməklə qanunsuz yollarla qeydiyyata düşmüş Cavabdeh1, X7 azyaşlı uşaqları X5 ilə birlikdə mənzildən çıxmadıqlarından İddiaçı ailəsi ilə birlikdə ona məxsus mənzilə köçüb yaşaya bilmir, nəticədə mülkiyyətçi kimi qanunla qorunan hüquqları pozulur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(007)- 3579/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 anasına məxsus mənzildən istifadə hüququnun olmasını, uzun müddət orada yaşamasını, həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa ehtiyacının olmasını nəzərə almamışdır. Bundan əlavə, cavabdeh Nümayəndə şəxsi vəsaiti hesabına mübahisəli mənzilin təmirinə 50000 ABŞ dolları məbləğində xərc çəkmişdir. Buna görə də hesab edir ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə baxılan zaman işin faktiki halları araşdırılmamış, maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(007)- 3579/2021 saylı qətnaməsi cavabdeh Nümayəndə apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mənzil 80 (yeni qaydalarla AZ 1118, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 137, M5, 4) tam mülkiyyət hüququ üzrə İddiaçı adına 03 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X6 Cavabdeh1 verilmiş etibarnamənin, habelə ünvan 1, 80 saylı mənzilə dair X2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin mənzilə dair çıxarışın hüquqi qüvvəsinin bərpa edilməsinə dair iddia tələbi təmin edilməmiş, həmin qətnamədən X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-557 reyestr nömrəli 04 iyun 2019-cu il tarixli bağışlama müqaviləsi və həmin mənzilə dair X2 adına verilmiş 13 iyun 2019-cu il tarixli çıxarış etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X8 qarşı Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 80 saylı mənzildə onun tərəfindən aparılan 50000 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzinin ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə məlumatdan çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 azyaşlı övladları X5 ilə birlikdə Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 80 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mülkiyyətində olan mənzilə dair cavabdehlərin hər hansı hüquqları olmadığından, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh1 anasına məxsus mənzildən istifadə hüququnun olması, uzun müddət orada yaşamaqla həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa ehtiyacının olması barədə apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, mənzil Cavabdeh1 qardaşı olan İddiaçı məxsusdur və həmin mənzilə dair onun hər hansı hüququ, o cümlədən istifadə hüququ yoxdur. Apellyasiya şikayəti əsassız olduğundan və formal mülahizələrə əsaslandığından, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(007)- 3579/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1091/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1091/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver