Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1093/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3690/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən X3 və İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 1 otaqlı evin 5.000 ABŞ dolları qiymətinə alqı-satqısı həyata keçirilmişdir.
2. 18.03.2004-cü il tarixli ərizədən görünür ki, X1 Rumiyə Fetkilovnanın Bakı şəhəri 9-cu keçid ev 14-də yerləşən evə qeydiyyata düşməsinə etiraz etməmişdir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən İddiaçı xx.xx.2004-cü il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır.
4. 28.11.2006-cı il tarixli “Məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında” Aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına qaz sayğacı quraşdırılmışdır.
5. Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Pünhan Əbilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı Fektilovna və X4 Cavabdeh hərəkətləri barəsində müraciətləri əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və müraciət müəlliflərinə mülki qaydada məhkəməyə müraciət etmələri izah olunmuşdur.
6. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı qeyd olunan ünvanda təbii qazdan və elektrin enerjisindən istifadəyə görə müxtəlif vaxtlarda ödənişlər etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülməsi, Cavabdeh qeyri-qanuni hərəkətləri nəticəsində cavabdeh İddiaçı məxsus mənzildə olan əşyalarının mövcud olmadığı təqdirdə dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 18 il qonşuluq münasibətlərində yaşamışlar. Aralarında hər hansı düşmənçilik ədavəti və qərəzli münasibətlər mövcud olmamışdır. Qeyd olunan ünvan, yəni ünvan 4yatda olduğu mənzili 2004-cü ildə Cavabdeh atası Eldar Abdullayevdən 5.000 ABŞ dollarına almış və 2022-ci ilin əvvəllərinədək həmin mənzildə tək yaşamışdır. 2022-ci ilin əvvəllərində iddiaçı ehtiyatsızlıqdan yıxılaraq qabırğa nahiyyəsindən zədələndiyi üçün övladları onu müvəqqəti olaraq qulluq etmək məqsədilə yaşadıqları ünvan 5 ünvanına gətirmişlər. Sonradan, təxminən 2022-ci ilin iyul ayında iddiaçı sağalaraq yaşadığı ünvan 1 ünvanına qayıtdıqda ona məxsus mənzilin qapısının cavabdeh tərəfindən dəyişdirildiyinin şahidi olmuşdur. Həmin vaxt o, cavabdehə mənzilin mülkiyyətçisi olduğunu bildirərək və nə baş verdiyini soruşduqda cavabdeh onu nalayiq ifadələrlə təhqir edərək həytdən qovmuşdur. Bununla əlaqədar olaraq iddiaçı müxtəlif orqanlara müraciət etmiş, lakin buna baxmayaraq cavabdeh giriş qapısını dəyişdirdiyi üçün mənzilə daxil ola bilmir. İddiaçının mənzildə olan əşyalarının aqibəti isə məlum deyil. Hesab edir ki, qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla onun iddiası təmin edilməlidir.
9. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə yazaraq, iddia tələbinin xahiş etdi hissəsində qeyd olunmuş iddiaçıya məxsus mənzildə olan əşyaların mövcud olmadığı təqdirdə dəymiş ziyanın ödənilməsinə dair hissəsindən imtina etmişdir.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3690/2023 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia təmin edilmiş, İddiaçı ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzilə köçürülməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir.
12. Göstərilənlərə əsasən,məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 1-ə köçürülməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 43-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının mülkiyyət hüququnun qorunması ilə bağlı maddələrə istinad etsə də, hazırki mülki işdə iddiaçının qeyd olunan əmlaka mülkiyyət hüququnun olması barədə rəsmi sənəd mövcüd deyildir. Qətnamə qəbul edilərkən onun yaşadığı 1 otaqlı mənzilə heç bir hüququ olmayan iddiaçının köçürülməli olması onun və qardaşının mülkiyyət hüququnu pozur. Belə ki, iddia ərizəsində və müvafiq olaraq qətnamədə qeyd olunduğu kimi, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən 1 otaqlı mənzili o, 2022-ci il tarixdə tikdirmiş və həmin mənzildə azyaşlı oğlu və 2-ci qrup əlil olan qardaşı Anar Abdullayev yaşayırlar. Qeyd olunan ünvanda onun mənzilinin qonşuluğunda atasına məxsus 1 otaqlı tikili olsa da, həmin mənzilin atası tərəfindən iddiaçıya satılmasından xəbəri olmamışdır. Bununla belə qeyd etmək istəyir ki, atasına məxsus həmin mənzil uçmuş və qeyd olunan yer zibillik olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, mənzili alqı-satqı müqaviləsinə əsasən cavabdehin atasından xx.xx.2004-cü il tarixdə almışdırsa, onda nəyə görə qeyd olunan ünvana xx.xx.2023-cü il tarixdə qeydiyyyata düşmək üçün atasının razılığını almışdır. Mənzilin mülkiyyətçisi kimi özü mülkiyyətində olan mənzilə qeydiyyata düşə bilərdi. Demək onunla atası arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan başqa, iddiaçı qeyd olunan mənzildə 2004-cü ildən 2022-ci ilədək 18 il müddətində cavabdehin qonşusu kimi yaşamasını qeyd etsə də, işin həmin halı onu təsdiq edir ki, həyətdə onun yaşadığı tikilidən başqa da tikili olmuşdur. İddiaçının ona atası tərəfindən satılmasını iddia etdiyi mənzil hazırda mövcüd deyildir, həmin mənzil həyətdə əlavə tikili olmuş, lakin 18 il ərzində nə iddiaçı, nə də digər şəxs tərəfindən istifadə olunmadığından yararsız hala düşərək dağılmışdır. Hazırda qeyd olunan ünvanda onun yaşadığı mənzildən başqa mənzil mövcud deyildir. Onun yaşadığı mənzilin isə kommunal xərcləri 18 il özü tərəfindən ödənilmiş və bunu təsdiq edən qəbzləri vardır. Əgər o, iddiaçıya məxsus mənzilə daxil olmuşdursa, niyə iddianın əşyaların dəyərinin ödənməsi hissəsindən imtina edilmişdir. Digər tərəfdən də, iddiaçının iddia ərizəsində qeyd olunan hallarla bağlı polis orqanına müraciət etmiş, lakin ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından Yasamal RPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində mülki işə onun iştirakı olmadan baxıldığından qeyd olunan sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətində qeyd etdiyi halları yerli baxış keçirməklə və ekspertiza təyin etməklə də müəyyən etmək mümkündür. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, mülkiyyətçi olmayan şəxsin iddiasını təmin edərkən MM-də mülkiyyət hüququna dair maddələrə istinad etməklə maddi hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Qeyd olunan ünvanda yalnız onun tərəfindən 2022-ci ildə inşa edilmiş mənzilin olması və iddaçının iddia etdiyi mənzilin uçmasını müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan ekspertizanın keçirilməsi zəruridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, yerində müayinə yekunlaşan kimi cavabdeh evindən çıxdı və qonşuya hücum etdi. Cavabdeh o ünvanda üç başqa evi satıb, həmin şəxslərdən biri də cavabdehi məhkəməyə verib.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. 12.02.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçını tanımır, iddiaçı qeyd edilən ünvanda yaşamamışdır. Özü isə ailə həyatı qurduqdan sonra o ünvandan getmiş, sonradan ailəsi dağıldığı üçün qayıtmışdır. İddiaçının bildirdiyi yerdə mənzil olmayıb, ora xarabalıq olub. Atası 7 ildir ki, dünyasını dəyişmişdir. Təzəlikçə əmisindən soruşduqda atasının avtomobil almaq üçün pul götürüb evini qoyduğunu bildirmişdir. Atasının borcunu ödəyə bilər, lakin ev yoxdur ki, iddiaçıya versin. Atasının və anasının yaşadığı iki otaq satılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi təmin edilməlidir.
25. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.
26. İşdən müəyyən olunur ki, xx.xx.2004-cü il tarixdə cavabdehin atası X3 və İddiaçı arasında mübahisəli 1 otaqlı mənzilin sadə yazılı formada rəsmiləşdirilmiş müqavilə əsasında alqı-satqısı həyata keçirilmişdir. Cavabdeh apellyasiya şikayətində bildirdiyi kimi, həmin mənzil həyətdə əlavə tikili olmuşdur.
27. Daha sonra X2 razılığı əsasında iddiaçı xx.xx.2004-cü il tarixindən həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış, habelə kommunal xidmətlərə görə ödənişlər etmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən mübahisəli 1 otaqlı mənzilin yerində müayinəsi zamanı həmin ünvanda yaşayan sakinlər iddiaçının girişdən ümumi həyətin sonunda yerləşən, qapısı soldan ikinci olan 1 otaqlı mənzildə yaşadığını, cavabdehin isə həyətin mərkəzində olan digər mənzildə yaşadığını bildirmişlər.
29. O da qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin yerində müayinəsinin keçirilməsinin zəruri olmasını bildirməsinə baxmayaraq, özü yerində müayinə zamanı iştirak etməmişdir.
30. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının iddia etdiyi 1 otaqlı mənzilin 2022-ci il tarixdə inşa etdirməsi barədə, habelə həmin mənzilə özünün mülkiyyət və ya qanuni sahiblik hüquqlarını təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə, həmin ünvanda yerləşən mənzillərin digər şəxslərə satıldığını da təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
31. Bundan başqa, işdə olan Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Pünhan Əbilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh şəxsiyyətinin müəyyən edilərək izahatının alınması mümkün olmamış, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.
32. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdehin atası 5.000 ABŞ dolları müqabilində ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili iddiaçının sahibliyinə vermişdir. Cavabdeh tərəfindən bunu təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
33. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzilin sahibi olduğundan və onun tələbi sahibliyin pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan onun iddia tələbi təmin edilməlidir. İşə baxmış birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən iddiaçının qeyd olunan mənzilə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd mövcud olmadığı halda mülki qaynunvericiliyin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normalarına istinad etmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3690/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzilə (girişdən ümumi həyətin sonunda yerləşən, qapısı soldan ikinci olan) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: