Məhkəmə qərarları › İş №2(103)-1094/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1094/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1094/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2376/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı” İB-in Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3815,90 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 30 manat, ümumilikdə isə 3845,90 manat məbləğində pulun tutularaq “İddiaçı” İB-nin ABB Sabunçu filialı,Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2376/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1748,8 manat məbləğində pul və dövlət rüsumunun əvəzi kimi 30 manatın, ümumilikdə isə 1778,8 (bir min yeddi yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində pulun tutularaq “İddiaçı” İB-nin (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ 72İBAZ********************) bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı” İB apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, Cavabdeh yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri- qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdəndə itirilmiş qazın dəyərinə görə 3815.90 hesablanaraq abonentdən tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2376/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilə hissədə “İddiaçı” İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Paylayıcı” qismində “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə xx.xx.2012-ci il tarixli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 648 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 2098 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1339 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 2364 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 3626 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 518 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 499 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 672 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 388 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 576 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 612 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 576 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 522 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 522 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 504 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 504 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 576 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 576 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 576 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 504 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 276 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 276 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 252 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 276 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 276 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 276 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 468 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1512 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1656 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «İddiaçı» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 648 m3 , xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 2098 m3 həcmində, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1339 m3 həcmində, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 2364 m3 həcmində, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 3626 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 518 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 499 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 672 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı 388 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 576 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* akt əsasında 612 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 576 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 522 m3 həcmində, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 522 m3 , xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 504 m3 həcmində, xx.xx.2018-ci il tarixli 0194665 saylı ak əsasında 504 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 576 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 576 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 576 m3 həcmində, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 504 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 276 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı 276 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* akt əsasında 276 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 276 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 276 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 468 m3 həcmində, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1512 m3 həcmində və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1656 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyriqanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarıldığı hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2376/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilə hissədə “İddiaçı” İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: “İddiaçı” İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2376/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilə hissədə “İddiaçı” İB-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar