Məhkəmə qərarları › İş №2(103)-1095/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1095/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1095/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X13, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2019saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin digər ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, 11-ci Xrebtovi 11a ünvanında yerləşən evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/19 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermişlər və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 1985-ci ildən ünvan 6 a ünvanında yaşayır, 1991-ci ildə, o zaman Bakı şəhəri Oktyabr rayon Xalq deputatları Sovetinin İcariyyə Komitəsinin 11 sentyabr tarixli, 15/3 saylı qərarı əsasında yaşadığı evi mülkiləşdirmiş və bu barədə həmin ilin noyabr ayının 19 tarixində 30/2287 saylı Qeydiyyat vəsiqəsi almışdır. Bundan sonra bir neçə il keçdikcə səhhəti ilə əlaqədar müvəqqəti olaraq övladının evində, onun nəzarəti altında yaşamalı olmuşdur. Yaşadığı evi ev əşyaları ilə birlikdə qonşularının nəzarətinə tapşırmışdır. Vaxtaşırı evi barədə məlumat almış, səhhəti imkan verəndə evinə gedirmiş. Son vaxtlar, uzun müddət evinə gedə bilməmiş və nəhayət bu il evinə getdikdə ona məlum olmuşdur ki, onun evi tanımadığı vətəndaşlar tərəfindən zəbt olunmuşdur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı bu mənzildə 1985-ci ildən yaşayıb, 1991-ci ildə həmin mənzilə qeydiyyat vəsiqəsi almışdır, sonra kirayəyə vermişdi, ancaq infarkt keçirdiyi üçün mənzillə gedib maraqlana bilməmişdir. Sonradan 1997-ci ildə eşidib ki, orada olan kirayəçilər mənzildən çıxıb, R.Səfərəliyev də öz uşaqlarını ora köçürüb. Bundan sonra iddiaçı R.Səfərəliyevlə danışaraq razılaşıb ki, kirayəçi tapsın, kirayəçilər mənzilə köçdükdən sonra iddiaçı R.Səfərəliyev deyib ki, kommunal xərcləri də ödəsinlər, kirayə haqqı barədə də razılaşarlar. Kirayəçilər kirayə haqqını ödəməsələr də kommunal xərcləri ödəmişlər. İddiaçı hazırda mənzilə ehtiyacı olduğu üçün cavabdehlərin mənzildən çıxmalarını tələb edir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, 1997-ci ildə Xətai rayonundakı evini satıb, bu evi X1 alıb. Həmin həyətdə başqa evlər də var idi, R.Səfərəliyev ona deyib ki, çıxarış ümumidir, bu səbəbdən həmin vaxt rəsmi alqı-satqı edə bilməyiblər. Onlar mənzili alanda orada R.Səfərəliyevin qızı yaşayırdı, o dedi ki, qızı köçəcək, sonra siz yaşayarsınız. Evlə bağlı öz aralarında qonşuların şahidliyi ilə müqavilə bağlayıblar, şahidlərdən bir neçəsi rəhmətə gedib, bir şahid qalıb. Eyni zamanda, cavabdeh qeyd etdi ki, həmin evdə o, 23 ildir ki, yaşayır, iddiaçını da keçən ilə kimi nə görməyib, nə tanımayıb. Həmin mənzilin bütün kommunal xərclərini də özü ödəyib. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, Cavabdeh1 həmin mənzili 1997-ci ildə R.Səfərəliyevdən almış, həmin vaxtdan orda yaşamış, kommunal xərcləri ödəmişdir. Cavabdeh iddiaçının razılığı ilə mübahisəli mənzilə köçdüyündən həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən hər bir halda mənzilə istifadə hüququ əldə etmişdir. Eyni zamanda, Bakı şəhər X4 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər uçot-müxəlləfat bürosu Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1965-ci il tarixli çıxarışa əsasən Xrebtovi küçəsi, ev 11 X2 məxsusdur. İddiaçının həmin həyətdə olan olan cavabehlərin yaşadığı iki otaqlı evə hansı yolla qeydiyyat vəsiqəsi alması onlara məlum deyil. Həmçinin cavabdehlər həmin mənzildə 23 ildir ki, fasiləsiz yaşayırlar, iddiaçı isə yalnız keçən il, 2019-cu ildə gəlmiş, həmin evin ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhər X4 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər uçot-müxəlləfat bürosu Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1965-ci il tarixli çıxarışdan görünür ki, Xrebtovi küçəsi, ev 11 X2 məxsusdur. ünvan 6a ünvanında yerləşən mənzil xx.xx.1991-ci il tarixli 30/2287 saylı Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. Cavabdeh1 ilə X3 arasında bağlanmış alğı-satqı müqaviləsinin surətinə əsasən, satıcı – X3 Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsində yerləşən 11 saylı evi alıcının - Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı isə mənzili qəbul edərək 4500 ABŞ dolları məbləğində pul vəsaitini satıcıya ödəmişdir. Həmçinin şahidlər – X6, Rüstəmova Elmira Əlövsəd qızı və X7 həmin müqaviləni imzalamışlar. AR Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışına əsasən, X5 D.Bünyadzadə (əvvəlki 11-ci Xrebtovi) küçəsində yerləşən 11 a saylı evdə qeydiyyatdadır. AR Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışına əsasən, Cavabdeh1 D.Bünyadzadə (əvvəlki 11-ci Xrebtovi) küçəsində yerləşən 11 saylı evdə xx xxxxxx 1997-ci il tarixdən qeydiyyatdadır. AR Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışına əsasən, X9 D.Bünyadzadə (əvvəlki 11-ci Xrebtovi) küçəsində yerləşən 11 saylı evdə qeydiyyatdadır. Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi, ev 11 ünvanında qeydiyyatda olan X8, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı, ev 11 ünvanında qeydiyyatda olan X10 və ünvan 4 5 ünvanında qeydiyyatda olan X11 tərəfindən verilmiş və imzalanmış **********275 saylı, xx xxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, xx xxxxxxx 1997-ci il tarixdən bu günədək Cavabdeh1 və X9 Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsində yerləşən 11 saylı (yeni ünvan – ünvan 5 evdə yaşayırlar. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı məxsus ünvan 6a ünvanında yerləşən ev ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11 saylı evin eyni ünvana aid olub-olmaması və ya ayrı-ayrı evlər olmasının müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, № 10/55 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı məxsus, ünvan 6a ünvanında yerləşən yaşayış evinin texniki pasportun məlumatlarında göstərilən sahələrə uyğun gəldiyi müəyyən olunmuşdur. Lakin cavabdehlər O.Ağakişiyev və R.Ağakişiyevə aid Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11 saylı evin texniki pasportun məlumatları bütövlükdə təqdim olunmadığından yaşayış evlərinin eyni ünvana aid olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyasının iştirakı ilə həmin ünvanda yerində müayinə keçirilmiş, iddiaçıya məxsus ünvan 6a ünvanında yerləşən yaşayış evi ilə cavabdehlər O.Ağakişiyev və R.Ağakişiyevə aid Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11 saylı evin eyni mənzil olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X14 qeyd etdi ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsində yerləşən 12 saylı evdə yaşayır, Cavabdeh1 bir ev aralıda yaşayır, Cavabdeh1 həmin evi R.Səfərəliyevdən alıb, 1997-ci ildən orada özü, yoldaşı və iki uşağı yaşayırlar, iddiaçını isə o, ümumiyyətlə tanımır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid Manafova Elmira Əlövsət qızı qeyd etdi ki, R.Səfərəliyevin qızı onun qonşusu olub, həmin mənzildə əvvəllərR.Səfərəliyevin qızı qalırdı, bu mənzili R.Səfərəliyev Cavabdeh1 satanda o şahid olub, alqı-satqı müqaviləsinə də o, şahid kimi qol çəkmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X8 qeyd etdi ki, iddiaçını tanımır, Cavabdeh1 tanıyır, özü 1990-cı ildə həmin mənzildə doğulub, bu mənzili onun babası R.Səfərəliyev R. Ağakərimova 1997-ci ildə satıb, həmin vaxt orada onlar yaşayırdılar, anası 2016-cı ildə rəhmətə gedib, evi satandan sonra onlar babasının həyətinə köçüblər. Bu günə kimi mənzillə bağlı heç bir mübahisə olmayıb, yalnız bir il qabaq eşidib ki, belə bir şəxs gəlib və bu evin onun olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılar hazırkı işin mübahisəsiz hallarıdır: - ünvan 6a ünvanında yerləşən yaşayış evi ilə cavabdehlər O.Ağakişiyev və R.Ağakişiyevə aid Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11 saylı evin eyni mənzil olması. -ünvan 6a ünvanında yerləşən mənzil xx.xx.1991-ci il tarixli 30/2287 saylı Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. - ünvan 6 ünvanında yerəşən mənzili Cavabdeh1 1997-ci ildə şahidlərin iştirakı ilə öz aralarında alqı-satqı müqaviləsi bağlamaqla X1 4500 ABŞ dolları verməklə almış, həmin vaxtdan hazırkı günədək bu mənzildə öz ailəsi ilə birgə yaşayır, mənzilin kommunal xərclərini də o, ödəyir. Beləliklə, məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının cavabdehlərin çıxmalarını tələb etdiyi mənzil onun xüsusi mülkiyyətidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin izahatları, dindirilmiş şahid ifadələri, həmçinin iddiaçının vəkilinin izahatı ilə müəyyən olundu ki, cavabdehlər mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmüş, həmin vaxtdan hazırkı günədək həmin mənzildə yaşayırlar, bütün kommunal xərcləri də ödəyirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Belə olan halda müəyyən olunur ki, cavabdehlər mübahisəli mənzilə 1997-ci ildə iddiaçının razılığı ilə köçdüklərindən və 23 il fasiləsiz və mübahisəsiz olaraq hazırkı vaxtadək həmin mənzildə yaşadıqlarından mənzilə istifadə hüququ əldə etmişlər. Mülki Məcəllənin 228.2-ci maddəsində həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. Beləliklə, kollegiya hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq qaydada xitam verilməsi mümkün olduğundan hazırkı iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2019saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçınınözünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar