Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10991/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “əmrin ləğv ounması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)-1857/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “əmrin ləğv ounması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən azad olunması barədə 17.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(005)- 1857/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh X3 25.06.2021-ci il tarixdə şikayət verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(005)-1857/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. (Apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini, yaxud onu ödəməkdən azad olunmağa imkan verildiyini təsdiq edən sənəd əlavə olunmamışdır.) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)- 1857/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdeh qərardadda göstərilən nöqsanı aradan qaldırmış, dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəyə əlavə edərək, məhkəməyə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)- 1857/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “əmrin ləğv ounması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(005)-1857/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(005)-1857/2021 nömrəli qətnaməsi cavabdeh tərəfindən 03 iyun 2021-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmiş, cavabdeh həmin qətnamədən 25.06.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin cavabdeh apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra cavabdeh qərardadda göstərilən nöqsanı aradan qaldırmış, dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəyə əlavə etməklə məhkəməyə göndərmiş, sonuncu dəfə apellyasiya şikayəti Nərimanov Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən cavabdehə geri qaytarılmış və ona prosessual müddətin bərpa olunması barədə vəsatət vermək hüququ izah olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh məhkəməyə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa olunması və ya ötürülməmiş hesab edilməsi barədə ərizə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Birinci instansiya məhkəməsi haqlı olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)-1857/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh X1 şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)- 1857/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10991/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10991/2021
11.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver