Məhkəmə qərarları › İş №2(103)-11009/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11009/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11009/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının hüquqi varisi Shalumova Raisanın nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və iş üzrə tərəf olmayan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoru, X15, Cavabdeh4, Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın 2/1 hissəsinə payın müəyyən edilərək hissəyə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1263/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən reyestrdə 2V-119 nömrə ilə qeyd edilmiş 05.10.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakın 2/1 hissəsinə payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artılırlması ilə bağlı ərizə ilə müraciət edərək, Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən reyestrdə 2V-119 nömrə ilə qeyd edilmiş 05.10.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, 03.12.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin çıxarışdan törəyən 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30.03.2018-ci il tarixli 2V-283 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli 10.07.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, miras əmlakın 2/1 hissəsinə payının müəyyən edilərək həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1263/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoru tərəfindən X12 adına verilmiş 05.10.2011-ci il tarixli reyestrdə 2V-119 nömrə ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X12 adına verilmiş MA seriyalı ******* nömrəli, 03.12.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontoru tərəfindən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına verilmiş 30 mart 2018-ci il tarixli reyestrdə 2V-283 nömrə ilə qeydə alınmış qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli 10.07.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin üzərində İddiaçı payının 4/1 hissədə müəyyən edilməsi və onun həmin paya mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Zaur Hacıyev). Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10044/2019 saylı, 06.09.2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin apellyasiya predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1263/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi Məşədi Əli oğlunun, 1/2 hissəsi X10 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, yardımçı sahəsi 74.3 kv.m, yaşayış sahəsi 45.4 kv.m olan 3 otaqlı A tikilisindən ibarət fərdi yaşayış evi (yerləşdiyi 0.01693 ha torpaq sahəsi üzərində hüququn növü: istifadə, mülkiyyət növü: dövlət) 39 saylı dövlət notariat Kontoru tərəfindən verilmiş 05.10.2011-ci il tarixli, 2V-119 nömrəli və 05.10.2011-ci il tarixli 2V-120 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X12 adına ********** qeydiyyat nömrəsi ilə, 03.12.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənilmiş 30.03.2018-ci il tarixli, 3M-108 nömrəli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh3 sözügedən fərdi yaşayış evinə dair miras payını Cavabdeh2 bağışlamış və həmin müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 2-ci Zabrat, 1-ci döngə, ev 4 ünvanında yerləşən ümumi sahəsi 115.7 kv.m olan fərdi yaşayış evi (yerləşdiyi 0.01693 ha torpaq sahəsi üzərində hüququn növü: istifadə, mülkiyyət növü: dövlət) Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə, 17.04.2018- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 2-ci Zabrat, 1-ci döngə, ev 4 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m olan fərdi yaşayış evi (0.17843 ha torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, mülkiyyət növü: xüsusi) Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə, 10.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş bölgü sxeminə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1-ci döngə, ev 4 ünvanında yerləşənfərdi yaşayış evi və torpaq sahəsi aşağıdakı qaydada bölünmüşdür: 1) Cavabdeh2 torpaq sahəsinin 0.0541 ha hissəsi, A tikilisi 119.7 kv.m, 2) X28 torpaq sahəsinin 0.02921 ha hissəsi, 3) Cavabdeh2 torpaq sahəsinin 0.03284 ha hissəsi, 4) X8 torpaq sahəsinin 0.021 ha hissəsi, 5) X9 torpaq sahəsinin 0.0235 ha hissəsi. Bölgü sxemi, 26.07.2018-ci il tarixli, 4Ə-181 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1-ci döngə, ev 4 ünvanında yerləşən ümumi sahəsi 0.17843 ha olan torpaq sahəsinin 0.02921 hektarı X16, 0.0235 hektarı X7, 0.021 hektarı X4, 19.06.2020-ci il tarixli, 4Ə-48 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 məxsus 0.03284 ha torpaq sahəsi X1. Mübahisəli daşınmaz əmlakın hazırki vəziyyəti və mülkiyyətçiləri barədə məlumat veririk: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1ci döngə, ev 4 ünvanında yerləşən ümumi sahəsi 115.7 kv.m olan fərdi yaşayış evi (0.0541 ha torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, mülkiyyət növü: xüsusi) Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə, 28.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1-ci döngə, 4B (yeni ünvan: ünvan 6 evi (0.0235 ha torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, mülkiyyət növü: xüsusi) X5 adına ********** qeydiyyat nömrəsi ilə, 07.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1-ci döngə, ev 4C saylı fərdi yaşayış evi (0.0328 ha torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, mülkiyyət növü: xüsusi) X11 adına ********** qeydiyyat nömrəsi ilə, 27.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1-ci döngə, 4D saylı sahədə yerləşən 0.021 ha torpaq sahəsi (üzərində hüququn növü: mülkiyyət, mülkiyyət növü: xüsusi) X3 adına ********** qeydiyyat nömrəsi ilə, 28.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X23 küçəsi, 1-ci döngə 4E saylı fərdi yaşayış evi (0.0292 ha torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, mülkiyyət növü: xüsusi) X14 adına ********** qeydiyyat nömrəsi ilə, 28.11.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda onun mülkiyyətindədir. Belə ki, sözügedən fərdi yaşayış evinə dair verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 17.04.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa münasibət bildirilməmişdir. Həmçinin məhkəmə qətnaməsində nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ələsgər Şahbazov (X23) küçəsi, 1-ci döngə ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin 0.021 ha torpaq sahəsinin X3 adına, 0.0235 ha torpaq sahəsinin X6 adına, 0.02921 ha torpaq sahəsinin X14 adına, 0.03284 ha torpaq sahəsinin X11 adına özgəninkiləşdirildiyi ilə bağlı məsələyə toxunulmamış, maraqlarına toxunan şəxs kimi məhkəməyə cəlb edilməmişdir. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış və müvafiq mülki işə dair qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, müvafiq qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş və məhkəmənin istinad etdiyi hallar qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı hüquq norması ilə əsaslandırılmamışdır. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 08 aprel 2019-cu il tarixli, 2(008)-1263/2019 nömrəli qətnamə ləğv olunmalı və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Qeyd olunanlardan əlavə, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə X8, X9, X22, X19 məhkəmə tərəfindən müvafiq iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Kollegiya iclasında iştirak edən iddiaçının hüquqi varisi Shalumova Raisanın nümayəndəsi və vəkili R.Məmmdova apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi İ.X.Kəlbiyev apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Nəzərdən qaçırmaq olmaz ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsiplərinə əsaslan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. ƏMDK-nin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı iş üzrə 357.1-ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırkı mülki işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Belə olan halda onun Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, eyni qayda apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktlarını mübahisələndirmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimat verilməsi üçün müraciət etmək istəyən və işdə iştirak etməyə cəlb olunmayan şəxslərə münasibətdə də tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 357.2-ci və 403.2-ci maddələrinin müqayisəli təhlilindən də aşkar şəkildə bu nəticə hasil olur. Hazırkı mülki işlə bağlı qeyd olunanlardan da açıq-aşkar göründüyü kimi qəbul olunmuş qətnamə üzrə ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda sadalanan maraqlı şəxslər kateqoriyasına aid deyil – bu şəxslərin dairəsinə düşmür, bundan başqa, qəbul edilmiş həmin qətnamə onun hər hansı hüquq və vəzifələrinə toxunmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə, analoji işlərdə məhkəmə qətnaməsi ilə hansısa icra orqanına müəyyən (müvafiq şəhadətnamənin verilməsi, paylara müvafiq çıxarışın verilməsi və s.) hərəkətin edilməsinin həvalə olunması da həmin orqanların bu qətnamələri mübahisələndirmələri üçün əsas ola bilməz. Çünki məhkəmə qətnaməsində belə bir göstərişin olub-olmamasından asılı olmayaraq, müvafiq icra orqanı həmin hərəkətləri həyata keçirməyə qanuna əsasən borcludur. Məsələn, oturuşmuş məhkəmə praktikasına görə mirasın qəbul edilməsi faktını müəyyən edən məhkəmələr bir qayda olaraq qətnamənin nəticə hissəsində müvafiq şəhadətnamənin verilməsinin notariat orqanına həvalə olunması barədə də göstəriş qeyd edirlər. Və yaxud başqa bir misal, ər-arvadın daşınmaz əmlakdakı paylarını müəyyən edən məhkəmələr bir sıra hallarda daşınmaz əmlakın reyestr xidmətinə müəyyən etdiyi paylara müvafiq yeni çıxarışın verilməsinə dair vəzifə həvalə edirlər. Qüvvədə olan qanunvericiliyə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi notariat orqanının, daşınmaz əmlakla bağlı hüquqların qeydə alınması isə müvafiq icra orqanınındaşınmaz əmlakın dövlət reyestr xidmətinin ərazi idarələrinin vəzifəsidir. Belə olan halda aydın olur ki, məhkəmə qərarlarında müvafiq göstərişlərin qeyd edilibedilməməsindən asılı olmayaraq, həmin məhkəmə aktlarından irəli gələn hərəkətlərin müvafiq icra orqanları tərəfindən, həm də mütləq qaydada yerinə yetirilməsi qanunun tələbidir. Demək ki, məhkəmə aktlarındakı göstərişdən asılı olmayaraq, həmin orqanlar məhkəmə aktlarından irəli gələn müvafiq hərəkətləri etməyə borcludurlar. Bununla belə, hazırkı mülki işdə olduğu kimi, bir sıra başqa işlərdə də bunun üçün subyektiv hüquqların və qanuni əsasların olmamasına baxmayaraq, həmin qurumlar tam əsassız yerə məhkəmə aktlarını mübahisələndirirlər ki, bu da dövlət resurslarının izafi yerə itirilməsinə, eləcə də (onsuz da iş yükü çox olan) məhkəmələrin lüzumsuz yerə əlavə yüklənməsinə gətirib çıxarır ki, bu isə öz növbəsidə ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirir. Bir sıra məhkəmə qərarlarında bu cür göstərişlərin qeyd olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hal dövlət hakimiyyət orqanı kimi məhkəmələr tərəfindən pozitiv öhdəliklərinin icrası kimi qəbul olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1263/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsindən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün sayılmalı və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 01 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 403, 405, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1263/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar