Məhkəmə qərarları › İş №2(103)-11031/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11031/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11031/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-892/2018 saylı işi üzrə 17.07.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-892/2018 saylı işi üzrə 17.07.2018-ci il tarixli qətnaməsindən 30.08.2018-ci il tarixində Cavabdeh1 tərəfindən apellyasiya şikayıti verilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 892/2018 saylı işi üzrə 31 avqust 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Cavabdeh1 tərəfindən 12.08.2021-ci il tarixində yenidən apellyasiya şikayəti verilmişdir. 06.09.2021-ci il tarixində isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-892/2018 saylı işi üzrə 31 avqust 2018-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilmiş və prosessual müddətlərə qiymət verilmədən (digər tərəfin şikayət vermək hüququ təmin edilmədən) iş apellyasiya instansiyasına göndərilmişdir. (74, 80, 86, 94,100, 109).Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İşdən görünür ki, qətnamə icraya yönəlmiş və qanuni qüvvəsin almişdır (iş səh.89-104). Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddətin ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Qeyd edilən xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-137, 146, 357-366, 372, 402- 406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-892/2018 saylı işi üzrə 17.07.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar