Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1104/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə mülki iş üzrə (açar sözlər: maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı son-haqq hesabın və maddi zərərəin ödənilməsi, əmək kitabçasının verilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-884/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı xx.xx.2020-ci il tarixində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan əmək müqaviləsinə əsasən, İddiaçı sürücü ekspeditor vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı məbləği 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş müqavilədə işçinin imzası yoxdur. Bağlanmış əmək müqaviləsi barədə bildiriş xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. İşçinin aylıq əmək haqqı məbləği 500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC-nin 10 yanvar 2024-cü il tarixli, MN 023 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı Cavabdeh MMC-də ekspeditor vəzifəsində çalışmışdır. 2022-ci ilin 17 noyabr tarixindən etibarən maddi-məsul şəxs olaraq özbaşına işə gəlməmiş, dəfələrlə rəsmi və şifahi xəbərdarlıqla müraciətlərinə məhəl qoymayaraq, işini təhvil verməmiş, külli miqdarda yeyintiyə yol vermişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış tam maddi məsuliyyət barədə müqaviləyə əsasən, sürücü ekspeditor vəzifəsini icra edən işçi şirkət tərəfindən ona etibar edilərək verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə tam maddi məsuliyyət daşıyır. İddiaçı 16 noyabr 2022-ci il tarixdə Cavabdeh MMC-yə müraciət edərək, öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli MM903 nömrəli “İşçinin əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən “Baş ofis” bölməsində “Ekspeditor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. ”a” tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2022ci il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə işlədiyi dövr ərzində xx.xx.2022-ci il tarixədək 4 il müddət ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın, habelə ödənilməyən əmək haqqı və komissiya üçün son haqq-hesabın iddiaçıya ödənilməsi, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixədək yerləşdirilməməsi nəticəsində başqa işə düzələ bilmədiyi üçün aylıq əmək haqqının 500 (beş yüz) manat və komissiya əvəzi qismində 400 (dörd yüz) manat olmaqla hər ay üçün cəmi 900 (doqquz yüz) manat, on bir ay üçün isə 9900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh MMC-də saxlanılan əmək kitabçasının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 2019-cu ildə Cavabdeh MMC-yə ekspeditor vəzifəsinə işə qəbul olunub və 21 noyabr 2022-ci il tarixədək cavabdeh MMCdə faktiki işləyib vəzifə öhdəlikləri lazımi şəkildə yerinə yetirib. 2022-ci ilin noyabr ayında MMC-nin rəhbər heyəti iddiaçı tərəfindən mənimsəmə hallarına yol verməkdə iddiaçını ittiham etmiş və iddiaçı 21 noyabr 2022-ci il tarixdən işə buraxılmayıb. İddiaçı bildirir ki, həmin ittihamlar əsassızdır və həqiqətə uyğun deyil, hər hansı çatışmamazlıqlara yol verməyib. Cavabdeh MMC isə bu məsələ ilə bağlı heç bir açıqlama vermir və iddiaçıya qarşı irəli sürdüyü böhtan xarakterli ittihamı konkret sübutlarla təsdiq etmir. Ona görə də cavabdeh MMC-dən dəfələrlə xahiş edərək onu ya işə buraxıb əmək haqqının ödənməsini, ya da onunla son haqq-hesab aparılaraq əmək müqaviləsinə öz xahişi ilə xitam verilməklə əmək kitabçasını ona verilməsini xahiş etmişdir. Etdiyi xahişlərə baxmayaraq o, bu günə qədər nə işə buraxılıb, nə onunla əmək müqaviləsinə xitam verilib, nədə ki işə buraxılmadığı dövr üçün əmək haqqı ödənilib. Bu səbəblərdən də başqa iş yerinə düzəlməkdə ciddi çətinliklər çəkir, maddi vəziyyəti də ağırlaşıb. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-884/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli, MM903 saylı əmrə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı əmək kitabçası Cavabdeh MMCdən alınaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də ekspeditor vəzifəsində işə başlamışdır, xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi ilə bağlı Cavabdeh MMC-yə ərizə ilə müraciət etmişdir və xx.xx.2022-ci il tarixdən ekspeditor vəzifəsindən azad edilməsinə baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır. Məhkəmə iddianın İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə işlədiyi dövr ərzində xx.xx.2022-ci il tarixədək 4 il müddət ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın və ödənilməyən əmək haqqının iddiaçıya ödənilməsi barədə hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də ekspeditor vəzifəsində işlədiyi müddət ərzində qanunvericiliklə məyyən edilmiş məzuniyyət hüququndan istifadə etməmiş və hər hansı kompensasiya almamışdır. Eyni zamanda, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməli olduğu halda mülki işin məhkəmə araşdırması zamanı cavabdeh işəgötürən tərəfindən iddiaçıya son haqqhesabın ödənildiyi müəyyən edilməmişdir. Belə olan halda iddia həmin hissədə təmin edilərək, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir. Məhkəmə iddanın komissiya üçün son haqq-hesabın ödənilməsi hissisinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında əmək müqaviləsi bağlanan zaman İddiaçı komissiya haqqının ödənilməsi ilə bağlı razılaşma olmamış və ya belə bir şərt müqaviləyə əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə cavabdehin əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək haqqından əlavə olaraq komissiyanın ödənilməli olması barəsində hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, cavabdehin bağlanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçıya komissiya üçün son haqq-hesab ödəmək öhdəliyi olmadığından, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddianın Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixədək yerləşdirilməməsi nəticəsində iddiaçının başqa işə düzələ bilmədiyi üçün aylıq əmək haqqının 500 (beş yüz) manat və komissiya əvəzi qismində 400 (dörd yüz) manat olmaqla hər ay üçün cəmi 900 (doqquz yüz) manat, on bir ay üçün isə 9900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyi zaman bu barədə bildirişi müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində yerləşdirməli olduğu halda, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq bu barədə bildiriş müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sistemində yerləşdirilməməsi səbəbindən adında aktiv əmək müqaviləsi olduğu üçün başqa işə düzələ bilməsi mümkün olmamışdır. Belə ki, əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi bununla bağlı bildiriş elektron informasiya sistemində yerləşdirilməsindən sonra qüvvəyə minir və əvvəlki əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş altsistemdə yerləşdirilmədiyi halda yeni əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin sistemdə qeydiyyata alınması mümkün deyil. Bu qayda əmək qanunvericiliyində təsbit edilmişdir və sübuta ehtiyacı yoxdur. İşəgötürən Cavabdeh MMC-nin bu hüquqazidd əməli nəticəsində iddiaçıya maddi ziyan vurması açıq-aşkardır. Odur ki, iddiaçıya dəymiş maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə dəymiş maddi ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, qeyd edilən məbləğ xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrdə minimum aylıq əmək haqqı (300 manat) nəzərə alınmaqla 457.89 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək dövrdə minimum aylıq əmək haqqı (345 manat) nəzərə alınmaqla 3324.5 manat olmaqla, ümumilikdə 3782.39 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh MMC-də saxlanılan əmək kitabçasının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əmək müqaviləsinə xitam verildiyi halda, işçinin əmək kitabçası işəgötürən tərəfindən sonuncu iş günü işçiyə verilməlidir. Lakin hazırki iş üzrə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyinə baxmayaraq, qanunvericliklə nəzərdə tutulmuş bu vəzifə icra edilməmişdir. Odur ki, İddiaçı əmək kitabçası Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49 (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan redaksiyada), 68, 69, 83 (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan redaksiyada), 110, 114, 135, 143, 144, 191, 195-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1, 82.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-884/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin “İddiaçı dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə işlədiyi dövr ərzində xx.xx.2022-ci il tarixədək 4 il müddət ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın, habelə ödənilməyən əmək haqqı və komissiya üçün son haqq-hesabın iddiaçıya ödənilməsi, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixədək yerləşdirilməməsi nəticəsində başqa işə düzələ bilmədiyi üçün aylıq əmək haqqının 500 (beş yüz) manat və komissiya əvəzi qismində 400 (dörd yüz) manat olmaqla hər ay üçün cəmi 900 (doqquz yüz) manat, on bir ay üçün isə 9900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh MMC-də saxlanılan əmək kitabçasının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismin təmin edilmişdir. Məhkəmə 2(011)-884/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin əsaslandırma hissəsində qeyd etmişdir ki (səh. 8, abzas 2), “Məhkəmə iddianın Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixədək yerləşdirilməməsi nəticəsində iddiaçının başqa işə düzələ bilmədiyi üçün aylıq əmək haqqının 500 (beş yüz) manat və komissiya əvəzi qismində 400 (dörd yüz) manat olmaqla hər ay üçün cəmi 900 (doqquz yüz) manat, on bir ay üçün isə 9900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir.” Qeyd edilir ki, məhkəmə bu hissədə kifayət qədər araşdırma aparmamışdır. Belə ki, qanunvericinin tələbindən göründüyü kimi (AR Mülki Məcəlləsi 21.2-ci maddəsi), əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış faydanın yaranması ilə bağlı sübutları, yəni digər iş yerlərinə dəvət olunmasına baxmayaraq, cavabdeh təşkilatın işçisi kimi qeydiyyata alınması səbəbindən işə düzələrək gəlir əldə edə bilməməsini və bununla bağlı əldə çıxmış faydanın həcmini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının məhrum olduğu gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinin gedişatı da iş materialları ilə müəyyənləşdirilməmişdir. Hesab edilir ki, məhkəmə yuxarıda sadalanan xüsusatları araşdırmadan müvafiq nəticəyə gəlmişdir. Odur ki, 3782,39 manat məbləğində maddi zərərin tutulması hissəsində iddia tələbləri təmin edilməməlidir. Ona görə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin “İddiaçı dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin dəlillərinin əsassız olmasını bildirib, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apaellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaları 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. 6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. 6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən “İddiaçı dəymiş maddi ziyana görə 3782.39 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Göründüyü kimi əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Hazırkı iş üzrə cavabdehin qətnaməni mübahisələndirdiyi hissədə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı ilə bağladığı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdikdən sonra cavabdeh öz vəzifəsini icra etmədiyindən, yəni əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdək yerləşdirmədiyindən iddiaçının adında aktiv əmək müqaviləsi olduğu üçün başqa işə düzələ bilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə işəgötürən tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İddiaçının işdən azad olduqdan sonra yeni işə düzəlib ən azı həmin dövr üçün ölkədə müəyyən olunan minimum həddə əmək haqqı almaq hüququ var idi. Cavabdehin hərəkətləri nəticəsində isə iddiaçı bu hüququndan məhrum olmuşdur. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya cavabdehin hərəkəti nəticəsində maddi ziyan dəyməsi, dəymiş maddi ziyanın məbləğinin isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrdə minimum aylıq əmək haqqı (300 manat) nəzərə alınmaqla 457.89 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrdə minimum aylıq əmək haqqı (345 manat) nəzərə alınmaqla 3324.5 manat olmasına dair gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini cavabdehin qətnaməni mübahisələndirdiyi hissədə qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən hissədə məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-884/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.