Məhkəmə qərarları › İş №2(103)-1105/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1105/2022

19.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1105/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1706/2021 saylı iş üzrə qəbul etdiyi 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1706/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 08.06.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın, Cavabdeh2 11.06.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın və X2 15.10.2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli Çıxarışların etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 0.4 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X1 qeyri-qanuni sahibliyindən alınaraq iddiаçı İddiaçı verilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiаçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən 24 dekabr 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən digər Cavabdeh1 nümayədəsi eyni zamanda vəkili Vəkil1 da apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxlması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətlərinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1706/2021 saylı iş üzrə qəbul etdiyi 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 nümayədəsi eyni zamanda vəkili Vəkil1 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar