Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1106/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, gecikdirilmiş ödənc, mənəvi ziyan tələbi barədə” iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddiasına dair işə baxmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə Məhkəmə tərəfindən apellyasiya qaydasında baxılan zaman vəkili (nümayəndəsi) Məhkəməyə bildirdi ki, onlar da qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini Rayon Məhkəməsinə təqdim etmişlər. İddiaçının vəkili (nümayəndəsi) tərəfindən Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının apellyasiya şikayəti Rayon Məhkəməsinin dəftərxanası tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Məhkəmə bildirir ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması üçün iş materiallarına baxış keçirilməlidir, lakin artıq qeyd edildiyi kimi iş apellyasiya instansiya məhkəməsinin icraatındadır. Odur ki, yuxarıda göstərilənləri və MPM-nin 263-264, 364, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, gecikdirilmiş ödənc, mənəvi ziyan tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1106/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1106/2021
12.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver