Məhkəmə qərarları › İş №2(103)-1106/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1106/2023

27.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1106/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X13rşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X13rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mediasiya xərcinin tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx"xxxx"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə, xx.xx.2018-ci il tarixli, 44 nömrəli əmrə və Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən 1 il müddətinə 1 nömrəli Bakı Avtonəqliyyat müəssisəsi” MMC-yə texnik-mexanik vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə qurtardığı qeyd edilmişdir.

2. Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin "xxxx" MMC-nin “əmək müqaviləsinə xitam verilməsi barədə” 38 saylı, xx.xx.2019-cu il tarixli əmrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən müəssisədə texnik-mexanik vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir.

3. xx.xx.2019-cu il tarixli, 107-ş/h saylı əmrə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq birinci ayı sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə yük daşımalarının tənzimlənməsi şöbəsinin yük daşımaları üzrə X3 bölməsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

4. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli əmək müqaviləsinə və Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən 3 ay müddətinə cəmiyyətin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə fərqlənmə nişanlarının cəlbetmə bölməsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə qurtardığı qeyd edilmişdir.

5. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə ünvalanmış ərizəyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir.

6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 102-m saylı əmrinə əsasən Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X3 bölməsinin mütəxəssisi İddiaçı xx.xx.2021- xx.xx.2022-ci iş ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məzuniyyət hesabından 30 təqvim günü, əmək stajına görə əlavə məzuniyyət hesabından 6 təqvim günü olmaqla, cəmi 36 təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş və onun xx.xx.2022-ci il tarixdən işə başlaması müəyyən edilmişdir.

7. Əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmamışdır.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı onunla bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli əmək müqaviləsinin müddətinin 22 iyul 2022-ci il tarixdə bitməsi səbəbindən əmək qabiliyyəti bərpa olunaraq, işə başladıqdan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sözügedən müqaviləyə xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

9. Əmək müqaviləsinə xitam verilməsi barədə” 115-s/h saylı, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X3 bölməsinin mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

10. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilmiş və bildiriş xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin baş direktorunun 03 avqust 2022-ci il tarixli, 115-ş/h nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2001-ci ilin iyun ayından avtomobil nəqliyyatı sahəsində işləmişdir. İşlədiyi müəssisə əvvəl Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinin tərkibində olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1572 nömrəli Sərəncamı ilə BŞİH Nəqliyyat Departamenti ləğv edildikdən sonra Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə verilmişdir. 2006-cı ilin avqust ayından 2011-ci ilin dekabr ayınadək həmin nazirliyin iki ayrı-ayrı şöbəsində müfəttiş vəzifəsində işləmişdir. Müəssisə ləğv edildiyindən xx.xx.2011-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 2012-ci ilin sentyabr ayında yenidən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “X7 təşkili” MMCnin Yük daşımaları üzrə iş şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müəssisə ləğv edildiyindən xx.xx.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 2015-ci ilin aprel ayında X8 və X3 Şöbəsinə (YMLFNCŞ) nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, 2015-ci ilin dekabr ayında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən işdən azad edilmişdir. 2016-cı ilin mart ayından dekabr ayının 7-dək "xxxx" ASC-də işləmişdir. 07 mart 2017-ci ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə olan "xxxx"xxxx"xxxx" MMC-də sürücü işinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. 12 noyabr 2018-ci ildən "xxxx"xxxx"xxxx" MMC-də müddətsiz müqavilə ilə texnik-mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə 38 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə işdən azad edilməyi onun təşəbbüsü ilə olmamış, müdiriyyətlə belə razılığa gəlmişlər ki, o, axırıncı tutduğu vəzifəyə müddətsiz müqavilə əsasında keçirəcəklər. Lakin "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli əmri ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi əsasında “Yük daşımalarının tənzimlənməsi” şöbəsinin “Yük daşımaları üzrə X3 bölməsi”nə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmr ona təqdim edilməmiş, onunla bağlanmış müddətsiz əmək müqaviləsi heç bir əsas olmadan ləğv edilmiş, 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə 1078/h saylı əmr verilməklə yenidən işə qəbul edilmişdir. Cavabdeh, "xxxx" MMC-nin baş direktorunun 03 avqust 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Cəmiyyətin “Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X3 bölməsi”nin mütəxəssisi vəzifəsindən azad edilmişdir. Hesab edir ki, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçının işdən azad edilməyinə dair əmr qanunsuz və əsassızdır. Əvvəla, o, uzun müddət avtomobil nəqliyyatı sahəsində qüsursuz fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, plan və tapşırıqları həmişə artıqlaması ilə yerinə yetirmiş, hazırda 51 yaşı var və gördüyü iş daimi xarakterə malik olduğundan, onunla bağlanmış əmək müqaviləsinin uzadılmamasına heç bir əsas yox idi. İkinci, 12 noyabr 2018-ci il tarixli əmrlə o, "xxxx"xxxx"xxxx" MMC-də müddətsiz müqavilə ilə texnik-mexanik vəzifəsinə qəbul edildiyi halda, işəgötürənin təşəbbüsü ilə xx.xx.2019-cu il tarixli, 38 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilməyi və 2 gündən sonra yəni, xx.xx.2019-cu il tarixdə onun razılığı olmadan müddətli əmək müqaviləsi əsasında işə qəbul edilməyi barəsində verilmiş 1078/h saylı əmr qanunsuz olmuşdur. Üçüncü, o, 2022-ci ilin 01 iyun tarixindən əmək məzuniyyətinə buraxılmış, sonra xəstəliyi ilə əlaqədar müalicə almış və 30 iyul 2022-ci il tarixdə işə qayıdarkən xəbərdarlıq məktubuna imza etdirib, ona bildirmişdilər ki, onunla bağlanmış 22 may 2019cu il tarixli əmək müqaviləsinin müddəti 22 iyul 2022-ci il tarixdə bitdiyindən 22 may 2019cu il tarixli müqaviləyə xitam veriləcəkdir. Halbuki, iddiaçı ilə bağlanmış və işəgötürənin müddətli hesab etdiyi 22 may 2019-cu il tarixli müqavilənin müddəti 22 iyul 2022-ci il tarixdə deyil, 22 may 2022-ci il tarixdə bitmişdir. Həmin müddətdən sonra o, işini davam etdirmiş, cavabdeh onunla bağlanmış müqaviləyə xitam verilməsini tələb etməmiş və o, 01 iyun 2022-ci il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmışdır. Bununla belə, cavabdehin məqsədi onunla bağlanmış müqaviləni qərəzli şəkildə uzatmamaq və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam vermək olmuşdur. Bu səbəbdən "xxxx" MMMC-nin baş direktorunun 03 avqust 2022-ci il tarixli, 115-ş/h nömrəli əmri ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mediasiyaya ödədiyi 50 manat pul cavabdehdən tutulub ona ödənilməlidir.

13. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X3 bölməsinin mütəxəssisi vəzifəsinə təyin edildiyini, həmin vəzifədə işlədiyi müddətdə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış müddətli müqavilənin ləğv edildiyini bildirərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-3 bəndlərini, 75-ci maddəsinin 1-ci hissəsini, 79-cu maddəsini, 287-ci, 288-ci və 300-cü maddələrini əsas gətirməklə, işəgötürənin əmək müqaviləsini bir tərəfli qaydada ləğv edilməsinin qanunsuz olmasını qeyd etmişdir. İddiaçının qeyd edilən iddiası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının şəxsi işindən göründüyü kimi o, xx.xx.2018-ci il tarixdə ərizəsi əsasında əmək müqaviləsi ilə 1 il müddətinə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin "1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin texnik-mexanik vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə 38 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə 107-Ş/H nömrəli "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əmri ilə Cəmiyyətin Yük daşımaları üzrə X3 bölməsinin mütəxəssisi vəzifəsinə qarşılıqlı razılıq əsasında əmək müqaviləsi ilə 3 ay müddətinə işə qəbul edilmiş və əmək müqaviləsi sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadılaraq xx.xx.2022-ci il tarixində Cəmiyyətin 115-Ş/H nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən onunla bağlanmış müqaviləyə əsaslı olaraq xitam verilmişdir. Bununla yanaşı, iddiaçı Cəmiyyətlə arasında bağlanmış sonuncu əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsi nəzərdə tutulsa da o, xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmasını, eləcə də sağlamlığı ilə bağlı müalicə olunduğuna görə onunla bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixində xitam verilmiş və bu barədə də iddiaçıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçının ərizəsindən və şəxsi işindən göründüyü kimi o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Cəmiyyətdə çalışmışdır. Göründüyü kimi iddiaçı "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də işlədiyi müddət 5 il tamam olmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Beləliklə, iş materiallarından göründüyü kimi, İddiaçıla bağlanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş nəhayət, İddiaçı məzuniyyətdə olması və müalicə alması müddətləri nəzərə alınmaqla əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 03 avqust 2022-ci il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2021-ci il tarixli, 1463 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan bir sıra qurumların, o cümlədən "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Bu səbəbdən hazırda Cəmiyyət ləğv olma mərhələsindədir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi xahiş edilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 6149/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X3 bölməsinin mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair 03 avqust 2022-ci il tarixli, 115-ş/h saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X3 bölməsinə mütəxəssis vəzifəsinə bərpa edilməsi, 03 avqust 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X6)

15. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 12 dəfə 3 ay müddətinə (cavabdehin sözlərinə görə isə, 11 dəfə 3 ay müddətinə, 4 dəfə də 1 ay müddətinə) uzadılmışdır. Halbuki, əmək müqaviləsini qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatlrın səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanana zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq, daim işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş prinsiplərə zidd vəziyyət yaranır. İddiaçı işlədiyi idarələrin adı/təşkilati-hüquqi forması dəfələrlə dəyişsə də, o, faktiki olaraq eyni qurumda fəaliyyətinə davam etmişdir. Belə olan halda, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması şübhə doğurur. İddiaçının işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsi baxımından tərəflər arasında əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. İşçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqçadan bəlli olmuş və iddiaçının əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Bu səbəbdən həmin əmr ləğv edilməli, iddiaçı işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Eyni zamanda, iddiaçıdan cavabdehin xeyrinə mediasiya prosesində Bakı 12 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat məbləğində pul da tutulmalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü, 45ci, 47-ci, 73-cü, 179-cu, 239-cu, 300-cü maddələrinə, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinə, “Avropa Sosial Xartiyası”nın 1-ci hissəsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə ərizəsi əsasında əmək müqaviləsi ilə 1 il müddətinə "xxxx"xxxx"xxxx" MMC-nin texnik-mexanik vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə 38 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə 107-Ş/H nömrəli "xxxx" MMC-nin əmri ilə cəmiyyətin Yük daşımaları üzrə fərqləmə nişanlarına cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsinə qarşılıqlı razılıq əsasında əmək müqaviləsi ilə 3 ay müddətinə işə qəbul edilmiş və əmək müqaviləsi sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadılaraq, xx.xx.2022-ci il tarixində cəmiyyətin 115-Ş/H nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən onunla bağlanmış müqaviləyə əsaslı olaraq xitam verilmişdir. Bununla yanaşı, iddiaçı ilə cəmiyyət arasında bağlanmış sonuncu əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsi nəzərdə tutulsa da, o, xx.xx.2022-ci il tarixdə əmək məzuniyyətinə çıxmasını, eləcə də sağlamlığı ilə bağlı müalicə olunduğuna görə onunla bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixində xitam verilmiş və bu barədə də iddiaçıya müvafiq bildiriş təqdim edilmişdir. Qanunvericiliyiyə uyğun olaraq onunla olan əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçının ərizəsindən və şəxsi işindən göründüyü kimi, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək cəmiyyətdə çalışmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən 1 aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. İddiaçının məzuniyyətdə olması və müalicə alması nəzərə alınmaqla əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə əsassız olaraq qeyd edilən əlavələrin guya həmin tarixlərdə bağlanmış müqavilələrin əlavələri olması kimi qeyd etmişdir. Bu da öz növbəsində onu sübut edir ki, məhkəmə ona təqdim edilmiş sübutları tədqiq etməmişdir. Belə ki, sadalanan həmin əlavələrinin məhz xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin əlavələri olmaları yazılaraq, əlavələrin mətnlərində həmin müqavilənin bir ay müddətinə bağlandığı qeyd edilmişdir. İddiaçı qeyd edilən əlavələrin hər birinin məzmunları ilə tanış olaraq onları öz imzaları təsdiq etmiş, həmin müddətli müqaviləni və ona əlavələri heç vaxt mübahisələndirməmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsi müəyyən müddətə bağlanılma əsaslarından biri də “F” bəndində qeyd edilən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmasıdı. Lakin, məhkəmə bu hala diqqət yetirməmiş, Məcəllənin 47-ci maddəsinin “F” bəndində qeyd edilən halın həmin maddə də qeyd edilən digər hallarla eyni hüquqi qüvvədə olmasını və həmin halların bir-birilərindən asılı olmayan müstəqil hallar olmasına diqqət yetirməmişdir. Həmçinin, məhkəmə qətnamədə yuxarıda qeyd etdiyi mövqeyində Əmək Məcəlləsinin 45.4-cü maddəsində qeyd edilən cümlənin davamına, yəni “Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla” hissəsini nəzərə almamış, bununla da həmin maddəni düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddədən də göründüyü kimi, qanunverici həmin maddənin əhatə dairəsini 47-ci maddədə qeyd edilən hallar, o cümlədən 47-ci maddənin “F” bəndində qeyd etdiyi hal ilə məhdudlaşdırmışdır. İddiaçı öz iddia tələbini təsdiq etmək məqsədi ilə hər hansı bir sübut təqdim etməmiş, 22 may 2019-cu il tarixli əmək müqaviləsinə 22 fevral 2022-ci il, 22 mart 2022-ci il, 22 aprel 2022-ci il və 22 may 2022-ci il tarixlərində edilmiş 1 nömrəli əlavələrin məzmunundan xəbərdar olmadığına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə iclasında iddiaçının iddia tələbini təsdiq edəcək heç bir sübut tədqiq edilməmiş, məhkəmənin gəldiyi nəticəyə səbəb olmuş hallar sübut edilməmiş, əksinə qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlməmişdir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan bir sıra qurumlarının, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Yerüstü nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmış, bu zaman Fərmanda sadalanmış müəssisələrin yalnız əmlakları AYNA-ya verilmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının tələbi əsassız olmaqla, hər hansı sübuta söykənmədiyindən və iddia tələbinin təmin edilməsi üçün maddi və prosessual əsaslar olmadığından, məcburi mediasiya prosesinin tətbiq edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş vəsait cavabdehdən tutulmamalı, iddiaçının özünə aid edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyası “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin yaradılmasını nəzərə alıb, bu cəmiyyəti onun hüquqi varisi olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxslə əvəz etmişdir.

22. 16 mart 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsin nümayəndəsi X9 bildirmişdir ki, ölkə başçısının müvafiq fərmanına uyğun olaraq, "xxxx" MMC-nin əsasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsi yaradılmış və Agentliyə yalnız cəmiyyətin əmlakı keçmiş, cəmiyyətin hər hansı öhdəliyi, habelə səlahiyyətləri və ya ştatları verilməmişdir. Agentlik yeni struktura və səlahiyyətlərə malik Publik hüquqi şəxsdir. Bu səbəbdən Agentlik hazırki mülki iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi kimi çıxış edə bilməz. İddiaçının əvvəllər tutduğu ştat və eyni vəzifə olmadığından onun qətnamənin icrası qaydasında işə bərpa edilməsi də mümkün olmayacaqdır. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 73-cü maddəsinin ikinci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, "xxxx" ... Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

30. Məhkəmə kollegiyası ilk növbədə işə cavabdehin hüquqi varisi kimi cəlb edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə bu sahə üzrə fəaliyyət göstərən bir sıra qurum, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Başqa sözlə, bu Fərman müasir cəmiyyətdə hər hansı zərurətin qalmaması səbəbindən "xxxx" MMC-nin və bir sıra digər qurumların həyata keçirdikləri səlahiyyətlərdən imtinanın rəsmiləşdirilməsi deyil, məhz bu sahədə işin təkmilləşdirilməsi, o cümlədən bu sahə üzrə fəaliyyət göstərən müxtəlif qurumların səlahiyyətlərində olan təkrarçılığın aradan qaldırılması, mövcud səlahiyyətlərin daha təkmil formada və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nail olmaq məqsədi daşıyır. Hüquqi nəticə etibarı ilə əvvəllər sahələr üzrə bir neçə quruma aid olan səlahiyyətlər hazırda Agentliyin şəxsində vahid bir qurumda cəmləşmişdir. Bu baxımdan Agentlik yeni struktura və səlahiyyətlərə malik olan Publik hüquqi şəxs olsa da, onun həyata keçirdiyi bir sıra səlahiyyətlər və bu səlahiyyətlərə uyğun olaraq təsdiq edilmiş ştatlar həmin Fərmanda göstərilmiş qurumların, o cümlədən "xxxx" MMC-nin malik olduğu bir sıra səlahiyyətləri və həmin səlahiyyətlərə uyğun olan ştatları ilə eynilik təşkil edir. Hər bir halda, "xxxx" MMC fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq aidiyyəti səlahiyyətlərə malik olmuşdur. Qeyd edilən Agentliyin də məhz bu və bir sıra digər qurumların əsasında yaradılması həmin səlahiyyətlərin (tam və ya hər hansı hissədə, daha təkmil formada və yüksək keyfiyyətdə) bundan sonra məhz Agentlik tərəfindən həyata keçirilməsini, yəni Agentliyin ümumi anlamda eyni istiqamətlər üzrə fəaliyyət göstərməsini özündə ehtiva edir. Fərmana əsasən bu qurumların əmlakının Agentliyin balansına keçməsi də bu halı bir daha təsdiq edir. Bu da öz növbəsində məhz Agentliyin cavabdehin hüquqi varisi olmasını tədiq edir.

31. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasına istinadən vurğulayır ki, iddiaçının işlədiyi qurumun adı və təşkilati-hüquqi forması dəfələrlə dəyişsə də, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək müddət istisna olmaqla, faktiki olaraq 2001-ci ildən 2022-ci il tarixədək eyni qurumda fəaliyyət göstərmiş və həmin sahə üzrə müxtəlif vaxtlarda dispeçer, müfəttiş, mütəxəssis, sürücü, texnik-mexanik vəzifələrində çalışmışdır. Belə ki, məsələn, iddiaçı 2006-cı ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyində işləyən zaman sonuncu iş üzrə yerinə yetirdiyi əmək funksiyalarına uyğun fəaliyyət göstərimişdir. xx.xx.2012-ci il tarixdə isə eyni adlı, cəmiyyətdə, yəni Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “X7 Təşkili” MMCdə mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixli əmrlə təyin edilmiş sonuncu iş yeri üzrə isə 3 ildən bir az artıq müddət ərzində onunla 3 ay və 1 ay olmaq şərti ilə 15 dəfə müddətli əmək müqaviləsi bağlanmışdır. Bununla belə, iddiaçı ümumilikdə 2001-ci ildən, fasiləsiz şəkildə isə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 5 ildən artıq müddət ərzində müddətli əmək müqaviləsi əsasında eyni sahə üzrə eyni və ya eynilik təşkil edən əmək funksiyalarını yerinə yetirmişdir. Bu da öz növbəsində onunla əmək müqavilələrinin müddətli bağlanmasına baxmayaraq, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işinin daimi xarakterə malik olmasına dəlalət edir.

32. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

33. İddiaçının əmək funksiyası azad bazar iqtisadiyyatı şəraitində böyük əhəmiyyət kəsb edən və xüsusi yeri olan yük daşımaları sahəsində fəaliyyət göstərməkdən ibarət olmuş və bu baxımdan öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Bu hal onun işlədiyi qurumun müxtəlif vaxtlarda müxtəlif səbəblərlə ləğv edilməsinə baxmayaraq, sonradan yenidən təşkil edilməsi, habelə bu sahənin daha da təkmilləşdirilməsi məqsədi ilə ölkə Prezidenti tərəfindən xx.xx.2021-ci il tarixli Fərmanın qəbul edilməsi ilə də təsdiq olunur. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir.

34. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

35. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

36. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

37. Bu baxımdan məhkəmə hesab edir ki, ümumilikdə 20 ildən, fasiləsiz olaraq isə 5 ildən artıq müddət ərzində adı və təşkilati-hüquqi forması baxımından fərqli olsa da, eyni funksiyaları yerinə yetirən qurumda işləmiş iddiaçı ilə müxtəlif müddətlərə (1 il, 1 ay, 3 ay) müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və müddətli hesab oluna bilməz. Bu da öz növbəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndinin etibarsız olmasına dəlalət etməklə, onun müddətsiz bağlanmış hesab edilməsini şərtləndirir.

38. Bununla belə, məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 115-ş/h saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş, iddiaçını tutduğu vəzifəsinə bərpa etmiş və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqını və ödənilmiş 50 manat məbləğində mediasiya xərcini tutmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 6149/2022 saylı qətnaməsi apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar