Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1107/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «istifadə hüququnun olmaması, mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3160/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 14B ünvanında yerləşən 43 saylı mənzil tam payda xüsusi mülkiyyət hüquqi əsasında xx.xx.2015-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır.
2. xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanı üzrə qeydiyyatdadır.
3. Cavabdeh İddiaçı keçmiş gəlinidir, Cavabdeh ilə İddiaçı oğlu X8 arasında xx.xx.2014-cü il tarixli nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-228/2020 saylı qətnaməsi ilə pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 iyun 2015-ci il təvəllüdlü X1 və 07 dekabr 2017-ci il təvəllüdlü X2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, Cavabdeh oğlu Əliyev Yusif ilə 28 mart 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 15 iyun 2015-ci il təvəllüdlü X4 və 7 dekabr 2017-ci il təvəllüdlü Əlizadə Atilla Yusif oğlu doğulmuşdur. Cavabdehlə ailə münasibətlərini davam etdirən bilmədiklərindən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 228/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh oğlu Yusif Əliyevlə olan nikahları pozulmuş, uşaqların anasının himayəsində saxlanılması və hər uşağa görə hər ay 170 manat alimentin tutulması qət edilmişdir. Hazırda cavabdehin iddiası əsasında alimentin məbləği artırılaraq hər uşağa görə 193 manat müəyyən edilsə də, Cavabdeh alimentin yenidən artırılması barədə məhəkəmədə iddia qaldırmışdır. Cavabdeh oğlu Yusif Əliyevlə ailə qurduqdan sonra onun mülkiyyətində olan Nərimanov rayonu, Təbriz küçəsi, ev 14B mənzil 43-da yaşayır və pasport qeydiyyatındadır. Nikahları pozulduqdan sonra Yusif mənzili tərk etmiş, mənzildə Şahbazlı Aydan və uşaqları yaşayırlar. Son bir neçə ayadək mənzilin bütün kommunal xidmətləri tərəfindən ödənilirdi və onların mənzildən çıxarılma tələbi yox idi. Hazırda mənzil ipotekadadır. Biznes işində yaranmış maliyyə çətinlikləri ilə əlaqədar öhdəliklərimi yerinə yetirmək imkanında olmadığından mülkiyyət hüququ ilə ona məxsus cavabdehin yaşadığı mənzili satmaq qərarına gəlmişdir. Əldə olunan vəsait hesabına ipoteka öhdəliyini tam yerinə yetirmək və qalan vəsaiti digər borclarının icrasına yönəltmək istəyir. Bununla əlaqədar cavabdehə xəbərdarlıq etmişdir. Lakin o, könüllü olaraq mənzildən çıxmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməklə hüququnu bərpa etmək istəyir. O, cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsinə dair notariat qaydasında razılıq verməmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3160/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək Cavabdeh azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 saylı mənzildən çıxarılmaları; iddianın qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, hazırki iş üzrə cavabdeh X6 isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Ona görə də iddia tələbi qismən təmin edilməklə Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə 15 iyun 2015-ci il təvəllüdlü X4 və 07 dekabr 2017-ci il təvəllüdlü X3 aid hissədə isə qeyd edib ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. X4 və X5 yetkinlik yaşına çatmamış olmaqla anasının, hazırki iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Belə olan halda onlar, cavabdehlə bərabər mənzildən çıxarılmalıdır. Məhkəmə onu da qeyd edib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə Cavabdeh azyaşlı övladları X4 və X5 ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır və bunun üçün əlavə olaraq hər hansı göstəriş verilməsinə ehtiyac yoxdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, Konstitutsiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında toxunulan maraqlı məqamlardan biri cavabdehlə iddiaçı arasında qohumluq münasibətinə iddiaçının oğlu ilə cavabdeh arasında nikaha xitam verilməsidir. Bu artıq müzakirə olunmayan məsələdir. Lakin məhkəmə təəssüf ki, cavabdehin iki azyaşlı uşağının olması və onların da sözügedən mənzildə doğulması, yaşaması, ən əsası isə azyaşlı Tomris və Atillanın İddiaçı nəvələri olması barədə məlumatsızdır. Ailə Məcəlləsində baba və nənənin nəvələrini saxlamaq vəzifəsi vardır. İddiaçı isə cavabdehlə yanaşı iki azyaşlı nəvəsini də mənzildən çıxarır. Yaxın qohumların bir-birini saxlamaq vəzifəsindən söhbət gedirsə onda məhkəmə bu məsələləri araşdırmadan cavabdehi və iki azyaşlı olan uşağı yeganə yaşayış yeri olan bu mənzildən çıxarılması barədə necə qətnamə qəbul edə bilər? Əlbətdə ki, məhkəmə mülkiyyət hüququnu üstün hüquq hesab edərək cavabdehin mənzildən çıxarılmasını qanuni hesab etmişdir. Bu azyaşlılar iddiaçının yaxın qohumları sayılırsa, onların babanı, babanın isə onları saxlamaq vəzifəsi varsa, onda nədən cavabdehin öz övladları ilə yaşadıqları mənzildən çıxarılması qanuni və ədalətli sayıla bilər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki,...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edilməyinə baxmayaraq şikayətin obyektini qətnamənin tam hissəsi, yəni azyaşlı uşaqların istifadə hüququnun olması ilə bağlı iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılır.
23. Əvvəla, tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2014-cü ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.
24. Belə ki, cavabdehin yaşamaq istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə cavabdehin yəni iddiaçının oğlu ilə nikahda olmuş keçmiş gəlininin həmin mənzilə hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan mənzildə faktiki yaşamış və qeydiyyatda olsa belə, bu hallar cavabdehin həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
25. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehin keçmiş qaynatasının mülkiyyətində olan mənzildə qeydiyyatda olması və yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Çünki, cavabdehin qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan keçmiş qaynatasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, cavabdehin bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynatasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti mahiyyət etibarilə düzgün olmuşdur.
26. Bundan əlavə, cavabdeh şikayətində mübahisəli mənzildə yaşamaq üçün hüququnun hansı əsasla yarandığını açıqlamır. Qeyd olunan mənzilə 2014-cü ildə gəlin köçməsi və başqa yaşayış yerinin olmadığı həqiqi olsa belə bu hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, bu vəziyyətdə də iddiaçının mülkiyyət hüququ pozulmuş olur. Cavabdehin mənzil iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alındığı vaxt orada yaşaması da heç nəyi dəyişmir və istifadə hüququnun yarandığını təsdiq etmir.
27. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan hazırki iddianın təmin olunduğu üçün övladı olan yetkinlik yaşına çatmayan şəxslərin də cavabdehlə birlikdə həmin mənzildən çıxarılmasına əsas verir. Çünki, məhkəmə qətnaməsinə əsasən azyaşlı uşaqlarının cavabdehin yanında qalmaları müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçının oğlu ilə cavabdehin birgə nikahından doğulmuş uşaqlarının hər iki valideyninin yaşadığı yer onların da yaşayış yeri hesab olunduğundan hər iki valideynin yaşadığı yerdə yaşamaq hüquqları da mövcuddur. Bununla belə, cavabdeh apellyasiya şikayətində Ailə Məcəlləsinin tələblərinə görə babanın öz nəvələrini saxlamaq vəzifəsinin olduğunu göstərir. Lakin yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər(AM.m.89). Göründüyü kimi, yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə, hansıki, hazırkı işdədə belə bir hal, yəni öz valideynlərindən yardım ala bilməmələri müəyyən edilməmişdir, baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malik olurlar. Ona görə də iddiaçı olan babanın nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmədiyindən sonuncuların da qeyd olunan əsasla mənzildən istifadə hüququ yaranmamışdır.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3160/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3160/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.