Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1111/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Müslüm qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı Müslüm qızına qarşı “evə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı Müslüm qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Müslüm qızı Cavabdeh qarşı“istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” tələbinə dair tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəövladları X2, X3, X4 Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzildən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı Müslüm qızına qarşı “evə köçürülmə” tələbinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, onun 3 uşağı - X5, X6 və X7 ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızının ilkin iddiadan imtinası qəbul edilmiş, İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” tələbinə dair ilkin iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə isə İddiaçı Müslüm qızının xx.xx.2020-ci il tarixli qərardaddan verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı Müslüm qızının şikayəti birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda onun iddia ərizəsindən imtina etdiyi qeyd edilsə də, o, bu barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad iddia tələbinin “istifadə hüququna xitam verilməsi” barədə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, “qeydiyyatdan çıxarma” barədə icraata xitam verilməsi hissəsində isə ləğv edilməli və həmin hissədə başqa əsaslarla icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Müslüm qızının öz iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, həmçinin yazılı şəkildə məhkəməyə təqdim edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onu qəbul etmiş və haqlı olaraq iddia tələbinin “istifadə hüququna xitam verilməsi” hissəsində icraata xitam vermişdir. Bununla belə birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçının iddiadan imtina etməsini əsas gətirərək iddia tələbinin “qeydiyyatdan çıxarma” hissəsində icraata xitam verməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd edilən müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın “cavabdehin qeydiyyatdan çıxarılması” hissəsi məhkəmədə baxılmalı tələb deyil və birinci instansiya məhkəməsi iddiaçının iddiadan imtina etməsi əsası ilə deyil, məhz həmin tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verməli idi. Belə ki, iddiaçı ərizəsində iddianın yalnız “istifadə hüququna xitam verilməsi” hissəsində xitam verilməsini xahiş etmişdir. Qeyd edilən müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasına dair tələblə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsaslanmaqla müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, belə müraciəti təmin olunmadıqda isə həmin orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı İddiaçı Müslüm qızının Cavabdeh qarşı iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsinə dair icraata xitam verilməsi hissəsində ləğv edilsin. İddiaçı Müslüm qızının Cavabdeh qarşı iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsində mülki işin icraatına xitam verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” hissəsi üzrə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1111/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1111/2021
01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver