Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1113/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 maraqlı şəxslər Bakı şəhəri 9 saylı Notariat ofisinə və X16 qarşı iş üzrə (Açar sözlər: «qohumluq faktının müəyyən edilməsi tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə və maraqlı şəxs X13 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2107/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs X26 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqovun xx.xx.2022-ci il tarixli qərarına əsasən miras qoyan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 əmlakının qəbulu ilə əlaqədar notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlərdə: doğum haqqında şəhadətnamə ilə şəxsiyyəti təsdiq edən sənəd: pasportlarda uyğunsuzluq olduğu üçün (doğum haqqında şəhadətnamədə ad və soyadı - Zurufı Davud ata adı Yaqub, Zurufi Dəniz ata adı Yaqub, pasportda: Ərizəçi2 və X31) bildirir ki, notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənləri və Notariat haqqında qanunun 40-cı maddəsini nəzərə alaraq notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır.
2. Səbail RPİ tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş AZE 08628271 № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 xx.xx.1950-ci il tarixində İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş; AZ-İİ 186982 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən isə görünür ki, X28 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 09 ayının 15 günündə 1318 № ilə qeyd edilmişdir.
3. X28 və X12 xx.xx.2010-cu il tarixində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Zurufçu” soyadı verilmişdir. Bu nikahdan xx.xx.2011-cı il tarixində X21 Bakı şəhərində anadan olmuşdur, atası X28, anası X18r.
4. İran İslam Respublikası Məhkəmə orqanının nikahın pozulması haqqında 047732 nömrəli şəhadətnamənin fars dilindən tərcüməsinin surətindən görünür ki, Təbriz şəhəri 43 saylı boşanma bürosu 4089 №-li, xx.xx.1979-cu il tarixli nikah sənədi və Təbriz şəhər Ümumi Məhkəməsinin 19-cu şöbəsi tərəfindən verilmiş 1883 №-li, xx.xx.2006-cı il tarixli məhkəmə qərarına əsasən ər və arvad arasında mövcud nikah pozulur və xanım ona veriləcək məhriyəni bağışlamışdır. Boşanma iddiasını irəli sürən tərəf, yəni Yaqub Zurufçu bu bağışlama və digər şərtləri qəbul etmişdir. X39 Farzin-imza.
5. İran İslam Respublikasının, Təbriz, X15 Qeydiyyatı İdarəsinin sənədinin fars dilindən tərcüməsinin surətindən görünür ki, Zroufı /Yaghoob/ Gholı xx.xx.1950-ci ildə Təbriz şəhərində doğulmuşdur, xx.xx.1956-cı il təvəllüdlü həyat yoldaşı Rezaeı Villa ilə xx.xx.1979-cu ildə nikah bağlamışdır. Onların uşaqları: xx.xx.1982-ci il təvəllüdlü Daniz və xx.xx.1990-cı il təvəllüdlü Dalğha.
6. İş materiallarında olan Azərbaycan Beynəlxalq Məktəbinə (Bakı Oxford Məktəbi) qəbul üçün xx.xx.2005-ci il tarixli ərizənin ingilis dilindən tərcüməsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X33 Bakı Oxford məktəbinin 8-ci sinfinə qəbul edilmişdir. Şagirdin atası Yakob Zourofchy (musiqiçi), anası Vila Rezai (evdar qadın). Yaşadığı ünvan Bakı şəhəri Əzizbəyov rayonudur.
7. İş materiallarında olan Azərbaycan Beynəlxalq Məktəbinin təhsilin bitməsinə dair xx.xx.2006-cı il tarixli sertifikatının ingilis dilindən tərcüməsindən görünür ki, 2005-ci ildə məktəbə qəbul olunmuş xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi1nin məktəbdə son iştirak günü xx.xx.2006-cı ildə olmuşdur.
8. İran İslam Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 157 nömrəli xx.xx.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin fars dilindən tərcüməsindən görünür ki, X34 xx.xx.1950-ci ildə İranın Təbriz şəhərində doğulmuşdur. Arvadı xx.xx.1956-cı ildə doğulmuş Vila Rezai ilə xx.xx.1979-cu ildə nikah bağlamışlar. Uşaqları: xx.xx.1982-ci ildə doğulmuş Deniez və xx.xx.1990cı ildə doğulmuş Dalga.
9. İş materiallarında olan İran İslam Respublikasının X4 Dövlət qeydiyyatı tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dəniz Zurufi xx.xx.1982-ci ildə Tehranda doğulmuşdur. Atası Yaqub, anası Viladır.
10. İş materiallarında olan İran İslam Respublikasının X4 Dövlət qeydiyyatı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Davud Zurufi xx.xx.1990-cı ildə Almaniya, Hamburqda doğulmuşdur. Atası Yaqub, anası Viladır.
Birinci instansiya məhkəməsində icraat:
11. Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 Davıdın və Ərizəçi2 Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ərizəçilər X29 və Ərizəçi2ın (X8 vətəndaşlarının) doğma atalarıdır. Ərizəçilər Yaqubun 1-ci nikahından olan uşaqlarıdır. Zurufçu (Zurufi, hətta bəzi sənədlərdə Zrofi kimi) Yaqub Qulu oğlu vəfat etdikdən sonra onun Azərbaycan Respublikasında bır sıra əmlakları miras qalmışdır. Həmin miras əmlaklara dair ərizəçilərin mərhum ataları Y.Zurufçu 2-cı nikahından olan, yetkinlik yaşına çatmayan X14 vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, ərizəçilər Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 1193-cü maddəsinə əsasən məcburi paya malikdirlər. Ərizəçilər məcburi payın müəyyən edilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 müraciət etsələr də, sonuncu miras əmlaklardan məcburi payın ayrılmasından imtina etmiş və bunu onların doğum haqqında şəhadətnamələrində soyad və ata adları ilə şəxsiyyətlərini təsdiq edən sənədlərdəki məlumatlara uyğun olmadığı ilə əsaslandırmışdır. Ərizəçilər ABŞ vətəndaşlarıdır və onların sənədlərdə, pasportlarda adları ingilis dilinə uyğunlaşdırılaraq yazılmışdır. Həmçinin doğum haqqında X19 Respublikasında verildiyi uçün həmin doğum haqqında Şəhadətnamələrdə düzəliş etmək mumkiin deyildir. Təqdim edilən sənədlərdən göründüyü kimi mərhum Yaqub Zurufçu (Zurufi) xx.xx.1979-cu ildə İran İslam Respublikasının vətəndaşı X39 Fərzin ilə 1cı dəfə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların iki uşaqları anadan olmuşdur: xx.xx.1982-ci il təvəllüdlü Dəniz, xx.xx.1990-cı il təvəllüdlü Dalga Davıd. Ərizəçilərin doğum haqqında Şəhadətnamələrində ata adları Yaqub, soyadları isə Zurufi göstərilmişdir. X37 Purian Fərzin ilə Yaqub Zurufçuya (Zurufiyə) məxsus İran İslam Respublikası tərəfindən verilmiş və tərcümə edilmiş sənədlərdən görünür ki, onların rəsmi nikahlarından xx.xx.1982-ci il təvəllüdlü Dəniz, xx.xx.1990-cı il təvəllüdlü Dalğa Davıd adlı uşaqları anadan olmuşdur. Lakin ərizəçilər sonradan ABŞ vətəndaşlığını qəbul etmiş və onların şəxsiyyətlərini təsdiq edən sənədlərdə ad və soyadları qeyd edildiyi kimi ingilis dilinə uyğunlaşdırılmış və Ərizəçi1 Davıd və Ərizəçi2 kimi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi Ərizəçi1 Davıd və Ərizəçi2 Yaqub Zurufçunun (Zurufiınin) doğma övladlarıdır, ata-baladırlar, eynı şəxslərdir. Zurufçu və Zurufi soyadı məsələsinə gəldikdə isə Yaqubun oz rəsmi sənədlərində də əvvəllər soyadı Zurufi kimi göstərilmişdir. Yəni bu adları çəkilən şəxslər eyni şəxslərdir, ata-baladırlar. Bu faktı Yaqubun 2-ci ailəsi Zurufçu (Mustafayeva) Aynur Valeh qızı da danmır. Bu halları və faktları təsdiq edən şəxslər, iş yoldaşları, qonşular, qohumlar, ailə foto-video albomları var. Yaqubun özünün bu barədə Şüvəlanda Bağ evində mətbuat nümayəndələri ilə keçirdiyi video müsahibələrində Amerikada yaşayan Dalğa Davıd adlı oğlunun və Dəniz adlı qızının olduğunu, hətta bır müddət uşaq vaxtı onların - Dalğa Davıd və Dənizin Şüvəlanda 3/2-2038/2037 №-İi Bağ evində yaşadıqlarını, Dalğa Davıdin Bakıda "Oxford” məktəbində təhsil aldığını təsdiqləyir. Yaqub Zurufçu (Zurufi) məşhur müğənni olduğu uçun Azərbaycanda hamı onu və ailələrini tanıyırdı. Hətta Azərbaycan Respublikasının Prezidenti H.Əliyev onu dəfələrlə qəbul edib, “Olimp” tərəfdə, Yasamal rayonu, İnşaatçılar pr. ev 66-da mənzillə mükafanlandırmışdır. Həmin mənzildə Bakıda Yaqub 1-ci ailəsi Vila Rezai və uşaqları Dalğa Davıd və Dənizlə birgə yaşamışdır. Sonradan ailə Əzizbəyov (Xəzər) rayonunda Şüvəlandakı Bağ evində yaşamışdır. Göründüyü kimi Dalğa Davıd və X30 (Zurufinin) doğma övladlarıdır. Qanunvericiliyin tələbinə əsasən ərizəçilərin sənədlərində soyad və adlarında olan hərf dəyişikliyi onlara mərhum atalarından qalan miras əmlakda qanunla onlara çatacaq məcburi payı qəbul etmək hüququndan məhrum etmir. Ancaq Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 17 mart 2022-ci il tarixli Qərarla notariat hərəkətlərini aparmaqdan imtina etmiş, nəticədə notarius tərəfindən miras əmlaklara dair vəsiyyətnamə uzrə vərəsə kimi yetkinlik yaşına çatmayan Zurufçu Atillaya və X16 isə məcburi pay hüququna dair Şəhadətnamələr verilmişdir. Ərizəçilər isə miras əmlak bölgüsündən kənarda qalmışlar. Nəticədə ərizəçilərin vərəsəlik hüquqlarının həyata keçirilməsində çətinliklər yaranmışdır. Yuxarıda qeyd etdikləri kimi ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlər İran İslam Respublikasında və X9 verildiyindən həmin sənədlərdə düzəliş edilməsi qeyri-mümkündür. Bu səbəbdən Ərizəçi1 Davıd və Ərizəçi2 Zurufçu (Zurufi) Yaqub Qulu oğlunun qohumluq münasibətlərinin, yəni onların Yaqubun doğma övladları olmaları, onların eyni şəxslər olması faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Qeyd edildiyi kimi qohumluq münasibətlərinin müəyyən edilməsi ərizəçilərə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır və onlar bu faktı başqa qaydada təsdiq etdirə bilmirlər.
13. Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 Nümayəndə məhkəməyə ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Ərizəçi1 Davıd və Ərizəçi2 Zurufçu (Zurufı) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 xarici şəxslər olmaqla X8 vətəndaşlarıdır. Qohumluq faktı münasibətlərinin müəyyən edilməsi ərizəçilərə vərəsəlik hüquqlarının həyata keçirilməsi və 9 saylı notariat ofisinin xüsusi notariusu X5 vərəsəliklə əlaqədar imtina qərarı ilə bağlı lazımdır. Bu barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində vərəsəliyin müəyyən edilməsi və s. iddia tələbi ilə bağlı iddia qaldırılmışdır. Hazırda işə baxılır. Ərizəçilər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərildiyi kimi, onların atalarının vəfatı ilə əlaqədar Azərbaycan Respublikasında olduğu və gəldiyi yer ünvan 2 ünvanı göstərilmişdir. Qeyd edilənlərə əsasən Ərizəçi1 Davıdın və Ərizəçi2 Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2107/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Mədinə BAğırova) ilə ərizə təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2019-cu il tarixli 03 saylı qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və s.) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Zurufçu (Zurufi) Yaqub Qulu oğlu xx.xx.1950-ci ildə Təbriz şəhərində doğulmuşdur. O, xx.xx.1979cu ildə X39 Fərzin ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin nikahdan onların iki övladları anadan olmuşdur: xx.xx.1982-ci il təvəllüdlü Dəniz və xx.xx.1990-cı il təvəllüdlü Dalğa David. Zurufçu (Zurufi) Yaqub Qulu oğlu ilə X39 Fərzin arasında olan nikah xx.xx.2006-cı il tarixdə İran İslam Respublikası Məhkəmə orqanı tərəfindən pozulmuşdur. Bundan sonra Vila Rezai övladları Dəniz və Dalğa Davidlə birlikdə X11 köçmüş və Amerika vəətəndaşlığını qəbul etmişlər. X28 xx.xx.2010-cu il tarixində Mustafayeva (Zurufçu) Aynur Valeh qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan onların xx.xx.2011-ci ildə bir övladları anadan olmuşdur: X22. X28 xx.xx.2021-ci ildə ölmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçilərə aid sənədlərdə, eləcə də, mərhum X23 aid sənədlərdə onun adı və soyadı fərqli (Zurufi, Surofchy, Zoroufi) göstərilsə də, iş materiallarında olan sənədlərdən, ailə foto-video albomlardan ərizəçilər Ərizəçi1 Davıdın və Surofchy X3 övladları olması öz təsdiqini tapır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
16. Maraqlı şəxs X26 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.
17. Maraqlı şəxs apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin heç birində iddia edilən onların atalarının məhz xx.xx.1950-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş X28 olması heç bir sənədlə təsdiqini tapmamışdır. Belə ki, ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən heç olmasa görünür ki, onların ataları olmuş şəxs, məsələn, xx.xx.1950-ci il təvəllüdlüdür. Digər fərq, iddia olunan şəxsin soyadında ciddi fərqlər vardır (bir sənəddə “Zurufi”, digər sənəddə “Surofchy” qeyd edilmişdir). Qeyd edilən əsaslara görə isə heç bir halda hazırki ərizə təmin edilməməli (qohumluq faktı sübuta yetirilməmişdir), ərizə rədd edilməli idi. Lakin məhkəmə iş materiallarına ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin hər birində (sait və samit fərqləri olmağına baxmayaraq) sanki məhz X23 aid olduğunu sübüt etmək üçün ad, soy ad və ata adı olaraq X10 qeyd edərək və heç bir araşdırma aparmadan ərizənin təmin olunmasına dair qənaətə gəlmiş, qətnaməsinin əsaslandırmasını heç bir maddi hüquq normasına istinad etmədən, sadəcə MPM-nin 307-ci maddəsini göstərməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə iclasında maraqlı şəxs X13 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarı:
Bənd 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.2. Əgər qohumluq faktının müəyyən olunması X4 qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi X4 dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. X4 dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.
Apellyasiya baxışının hədləri:
24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
27. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ərizə təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
28. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
29. Əvvəla ərizədə qeyd olunanların faktiki əsası (faktiki hallar) qanuni əsaslarının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
30. Çünki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir yaxud itirilmiş sənədlərin bərpası mümkün deyil. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir.
31. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndindədə göstərilir ki, qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün;.. və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə də ərizəçilərin qohumluq münasibətləri faktının müəyyən edilməsində məqsədləri mərhum atalarından miras qalmış əmlaka vərəsəlik payının əldə edilməsinə nail olmaqdan ibarətdir. Demək belə münasibətlərin hüquqi nətəicələrə səbəb olacağı birmənalıdır.
32. Hazırki ərizədə göstərilən, yəni müəyyən edilməsi xahiş edilən fakt heç də X17 doğulduğu ay və günlə bağlı deyildir. Bu halın hazırki ərizədə göstərilən faktın müəyyən edilməsinə də heç bir təsiri ola bilməz. Çünki, ərizəçilər həmin şəxslə qohumluq münasibətlərində, yəni ata övlad olmaları faktının təsdiq edilməsini məhkəmədən xahiş ediblər. Buna görə də təqdim olunan sənədlərdə X17 doğum tarixinin xx.xx.1950-ci il yaxud xx.xx.1950-ci il qeyd olunması heç bir halda ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, sənədlərdə doğum ayının və gününün fərqli qeyd olunmasına baxmayaraq ərizəçilər məhz X28 ilə ata övlad olduqlarını bəyan edirlər. İşdə olan sübutlar da bu faktın müəyyən edilməsi üçün kifayət edir.
33. Təqdim edilən sənədlərdə X1 fərqlərin olması da ərizənin əsassız olmasına dəlalət etmir. Çünki, soyadda fərqlərin olması həmin sənədlərin müxtəlif dillərdə olması və tərcüməsi ilə bağlıdır. Eyni zamanda sənədlərdə X2 fərqli göstərilməsi də həmin sənədlərin ayrı-ayrı şəxslərə aid olması demək deyil. Bna baxmayaraq, bu hallar belə ərizənin rədd edilməsi üçün əsas sayıla bilməzdi. Qeyd olunduğu kimi hazırki ərizənin predmeti soyadda hərflərin fərqli olması ilə bağlı olmamışdır.Ona görə də şikayətin bu dəlili də açıq-aşkar əsassız sayılır.
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2107/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Maraqlı şəxs X13 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2107/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.