Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11137/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6383/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6383/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək, qərardadının ləğv edilməsi və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6383/2021 saylı, 15 oktyabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6383/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi cavabdehlər xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh9, xx.xx.2017ci il təvəllüdlü Cavabdeh8 yetkinlik yaşına çatmamışlar, yəni onların mülki-prosessual fəaliyyət qabiliyyəti yaranmamışdır. Belə ki, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8 mülki iş üzrə cavabdehlər qismində cəlb edilə bilməzlər. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı ASC iddia ərizəsində eyni zamadan, yetkinlik yaşana çatmayanlarla yanaşı onların valideynləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh10 da cavabdehlər qismində göstərmişdir. Göründüyü kimi, iş üzrə digər cavabdehlər tam fəaliyyət qabiliyyətli olmaqla iddia üzrə tələbə cavab vermək imkanında olan şəxslərdir. xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh9, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh8 iş üzrə həmin cavabdehlərin uşaqlarıdır. Kolegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin (və ya cavabdehlərindən birinin) düzgün seçilməməsi iddia tələbi üzrə araşdırmanı nəticəsindən aslı olaraq iddianın bütüvlükdə (və ya cavabdehlərdən birin aid hissədə) rədd edilməsi üçün əsas ola bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin tələbləri baxımında yetkinlik yaşına çatmayanların cavabdeh olaraq göstərilməsinə mane olan hər hansı norma mövcud olmadığından, hazırki halda xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh9, xx.xx.2017ci il təvəllüdlü Cavabdeh8 yetkinlik yaşına çatmayan şəxs olmaları iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halda birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd olunan əsasla geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6383/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 4002-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6383/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirəsi üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11137/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11137/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver