Məhkəmə qərarları › İş №2(103)-11143/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11143/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11143/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5838/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5838/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh1, maraqlı şəxs Nəsimi Rayon Polis İdarəsinə qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 verdiyi qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5838/2021saylı, 30 sentyabr 2021-ci il tarixli qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır.Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və iddiaçı X2 ilkin iddia ərizəsi arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı X4 Cavabdeh1, maraqlı şəxs Nəsimi Rayon Polis İdarəsinə qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 verdiyi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqla bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(006)- 5838/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar