Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1116/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2295/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 2295/2020 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin olunmuş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının vəfat etdiyini bildirmiş, bu səbəbdən də, qətnamənin ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, bununla əlaqədar yazılı ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddiaçının vəfat etməsi ilə əlaqədar, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən (Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan və s.) görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, tələb işə bərpa ilə bağlıdır. Bu səbəbdən də barəsində mübahisə edilən hüquq münasibəti özü-özlüyündə hüquq varisliyinə yol vermir. Çünki, iddiaçının işə bərpa olunması şəxsi xarakter daşımaqla, yalnız iddiaçının əmək hüquqlarının müdafiəsi ilə bağlıdır və həmin hüquq heç bir halda hüquq varisliyinə yol vermir (yəni, kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələb olmaqla, onun sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquqdur). MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ölməsi səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 2295/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması» tələbinə dair mülki iş üzrə icraata iddiaçının ölməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1116/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1116/2021
16.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver