Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11177/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5644/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 28.17 kv. metr yaşayış sahəsi və 11.1 kv.metr yardımçı sahə üçün satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi, müqavilə üzrə qalan 3500 ABŞ dolları pul vəsaiti Azərbaycan manatının məzənnəsinə uyğun olaraq İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə verərək, tərəflər arasında bağlanılmış 23 aprel 2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədiyi üçün behin iki misli olan 1000 manat pul, 26 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 (on dörd min) manat pul, ünvan 2al rayonu, Zülfü Adığözəlov küçəsi, dalan 15, ev 10, mənzil ünvanında mənzilin təmir işlərinə çəkilmiş xərcin dəyəri olan və zərərin əvəzi kimi 19.000 (on doqquz min) manat pul, cəmi 34.000 (otuz dörd min) manat zərərin əvəzi kimi Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5644/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Fərid Əyyubov). Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki iş üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5644/2021 saylı, 18.10.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili K.Cənnətov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində müqavilənin bağlanmış hesab edilməsi, müqavilə üzrə qalan 3500 ABŞ dolları pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh ödənilməsi qeyd edilmişdir. İddia predmetinin dəyişdirilməsi barədə ərizədə isə tərəflər arasında bağlanılmış 23 aprel 2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədiyi üçün behin iki misli olan 1000 manat pul, 26 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 (on dörd min) manat pul, ünvan 2al rayonu, Zülfü Adığözəlov küçəsi, dalan 15, ev 10, mənzil ünvanında mənzilin təmir işlərinə çəkilmiş xərcin dəyəri olan və zərərin əvəzi kimi 19.000 (on doqquz min) manat pul, cəmi 34.000 (otuz dörd min) manat zərərin əvəzi kimi Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddianın predmetini, əsasını tamamilə dəyişmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə müxtəlif predmetə dair və müxtəlif əsaslar üzrə iddia olduğundan iddia ərizəsi üzrə iddia predmetinin dəyişdirilməsi barədə ərizə hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizənin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinn mövqeyi qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5644/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5644/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11177/2021
12.11.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver